Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1938/2023 04.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü il təvəllüdlü X5 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X8 xx.xx.1963-cü il tarixdə Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş və itkin düşənə qədər bu kənddə yaşamışdır. (Təxminən 2013-cü ilə qədər). Ərizəçinin atası ilə anası ailə həyatı qurduqdan bir neçə il sonra boşanmışlar, onların birgə nikahından iki uşaqları olmuşdur. X8 içkiyə qurşandığından boşandıqdan sonra səfil həyat tərzi keçirmiş, daimi bir yerdə yaşamamış, olduğu yeri tez-tez dəyişdirmişdir. O, boşandıqdan sonra ailəsi ilə əlaqəni tamamilə kəsmiş, ailəsi və uşaqları ilə maraqlanmamışdır. Uşaqları anası saxlamışdır. X8 2013-cü ildən etibarən onu hər hansı bir yerdə görən olmamışdır. 2014-cü ildən 2017-ci ilədək bütün qohumlar onu mümkün olan (ehtimal edilən) yerlərdən soruşub axtarmış, lakin həmin tarixədək tapılmadığı üçün 2017-ci ildə onun rəsmi qurumlar tərəfindən axtarılıb tapılması məqsədilə aidiyyatı orqanlara - Dünyamalılar kənd nümayəndəliyinə və X12 rəsmi ərizə ilə müraciət etmiş, lakin təəssüf ki, onun axtarışları bugünə kimi heç bir nəticə verməmişdir. Beyləqan Rayon Polis Şöbəsinin ərizəçiyə ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilir ki, atasının xəbərsiz itkin düşməsi faktı ilə bağlı Beyləqan rayon Polis Şöbəsində xx.xx.2017-ci il tarixdə 310126 saylı axtarış işi açılmış, zəruri tədbirlərin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının Dünyamalılar kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilir ki, X8 hal-hazırda Dünyamalılar kəndində qeydiyyatda olsa da, məlum olmayan ünvanda yaşamışdır. Uzun müddətdir ki, onun özü və harada yaşaması barədə kənd icra nümayəndəliyi heç bir məlumat əldə edə bilməmişdir. AR DİN BPQMİ-nin Maps üzrə Məlumat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışında X8 barədə məlumatın olmadığı qeyd edilmişdir. Göründüyü kimi, təxminən son 10 il ərzində X2 olması və ya öldüyü barədə heç bir məlumat əldə edilməsi mümkün olmamışdır. Ehtimal edilir ki, o sağ deyil və ölmüşdür. X5 itkin düşmüş hesab edilməsi ilə bağlı qətnaməsi ona görə lazımdır ki, Beyləqan rayonu Dünyamalılar kəndində onun mülkiyyətində əkin üçün pay torpağı (63 sot) və həyətyanı torpaq sahəsi (12 sot) vardır. Həmin torpaqlar hazırda sahibsiz qalmışdır. Ərizəçi qətnaməni əldə etməklə sahibsiz qalmış ata mülkünə sahiblənmək, onu idarə etmək və sərəncam vermək istəyir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, X8 barəsində axtarış işi onun icraatındadır. Uzun müddət keçməsinə baxmayaraq hələ də şəxs tapılmayıb. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Beyləqan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/69-484 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.1963-cü il tarixdə Beyləqan rayonunun Dünyamallar kəndində anadan olmuşdur.Bu barədə xx.xx.1963-cü il tarixdə Beyləqan rayon Əhmədli KİN tərəfindən 181 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası X9r. - Beyləqan Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X5 xəbərsiz itkin düşməsi faktı ilə bağlı Beyləqan rayon Polis Şöbəsində xx.xx.2017-ci il tarixdə 310126 saylı axtarış işi açılmış, zəruri tədbirlərin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Hazırda axtarış tədbirləri davam etdirilir. - Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının Dünyamalılar kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilir ki, X8 halhazırda Dünyamalılar kəndində qeydiyyatda olsa da, onlara məlum olmayan ünvanda yaşamışdır. Uzun müddətdir ki, onun özü və harada yaşaması barədə kənd icra nümayəndəliyi heç bir məlumat əldə edə bilməmişdir. - Beyləqan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/69-557 saylı, xx.xx.2022ci il tarixli arayışdan görünür ki, xx.xx.1963-cü ildə Beyləqan rayonu, Dünyamallar kəndində anadan olmuş X15 s oğlunun ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - AR DİN BPQMİ-nin Maps üzrə Məlumat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X8 barədə məlumat yoxdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.1963-cü il təvəllüdlü X1 Bəyim Abbas qızı ilə boşandıqdan sonra ailəsi ilə əlaqəni kəsmişdir. 2013-cü ildən sonra itkin düşmüşdür. Sonuncu görüldüyü yer İmişli rayonu olmuşdur. Barəsində Beyləqan Rayon Polis Şöbəsində axtarış işi açılmış, lakin uzun müddət keçməyinə baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. Hazırda ərizəçi atasının adına olan torpağı rəsmiləşdirmək üçün xəbərsiz itkin düşməsi barədə faktın təsdiq edilməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Həmin Məcəllənin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Azərbaycan Respublikası MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 314-cü maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Hakim ərizəni qəbul etdikdən sonra, itkin düşən şəxsin əmlakının yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanına onun əmlakını idarə etmək üçün şəxs (qəyyum) təyin etməyi təklif edə bilər. İşin faktiki hallarından da müəyyən edilir ki, 2013-cü il tarixdən ərizəçi və onun ailəsi X4 xəbər ala bilmir. Belə olan halda artıq həmin vaxtdan iki ildən artıq müddətin keçdiyi müəyyən olunur. Odur ki, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1963-cü il təvəllüdlü X5 2014cü ilin yanvar ayının 01-dən xəbərsiz itkin düşmüş hesab edilməsi faktı müəyyən edilməlidir. Belə ki, itkin düşmə haqqında son məlumatların alındığı ayı dəqiq müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında növbəti ilin yanvar ayının 1-ci günündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilisin. xx.xx.1963-cü il təvəllüdlü X8 2014-cü ilin yanvar ayının 01-dən xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-1938/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1938/2023
04.04.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver