Məhkəmə qərarları › İş №2(008)-1942/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1942/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1942/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Rüstəmova Əminə Pünhan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1800 manat borcun və ödənilmiş 38 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırır ki, Cavabdeh 2014-cü ilin dekabr ayında ona müraciət edərək, 7000 manat borc istəmiş, iddiaçı özündə həmin məbləğ olmadığından "xxxx"ASCnin Bakıxanov filialına gedərək, 18-xx-xx-088808 nömrəli kredit müqaviləsi bağlayaraq, 7000 manat kredit götürərək cavabdehə vermişdir. Aralarında olan razılığa görə cavabdeh pulu ona hissə-hissə qaytarmalı idi. Lakin, cavabdeh hal-hazıra kimi 5200 manat qaytarsa da, qalan 1800 manatı qaytarmaqdan yayınır. Bu barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət etsə də, nəticəsi olmamış və sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddinanı qəbul etməyərək rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin cavab məktubundan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış materiallar mülki məsələlərə aid olduğundan ona mülki qaydada məhkəməyə müraciət etməsinin məqsədə müvafiq olması bildirilmişdir. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsində Cavabdeh verdiyi izahatından görünür ki, o iddiaçı ilə uzun illərdir bir-birlərini tanıyırlar. 2014-cü ilin dekabr ayında ehtiyacı olduğundan İddiaçı “Muğanbankdan” 7000 manat pulu öz adına götürərək ona vermişdir. Həmin məbləğdən 5200 manatını qaytarmış lakin sonradan maddi durumu pisləşdiyindən ödəniş edə bilməmiş, qalan məbləği qısa müddətdə ödəyəcəyinə söz vermişdir. İş matrialarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 38 manat məbləğində dövlət rüsuu ödəmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında borc müqaviləsi bağlanaraq iddiaçı tərəfindən cavabdehə vaxtında ödənilməsi üçün pul vəsaiti vermişdir. İddiaçı tərəfindən verilmiş olduğu pulun məbləğinin 7000 manat olduğu qeyd edərərək və bu halı təsdiq edən cavabdeh tərəfindən 13-cü Polis Bölməsində vermiş olduğu izahatı da mülki işin materiallarına əlavə etmişdir. Həmçinin cavabdehin xx.xx.2018-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin 13cü Polis Bölməsində vermiş olduğu izahatıda özü etiraf etmişdir ki, 7000 manat borc məbləğindən 5200 manat pulu ödəmiş qalan məbləği isə qısa müddət ərzində ödəyəcəkdir. Cavabdeh məhkəmə iclasında izahat verərərkən 7000 manat borc məbləğinin iddiaçı tərəfindən bankdan götürülərək ona verildiyini lakin tam olaraq qaytarmiş olduğunu və buna dair sübutların məhkəməyə təqdim edə bilməsi üçün məhkəmədən vaxt isdəməsinə baxmayaraq, borcun öənilməsi ilə bağlı sübut məhkəməyə təqdeim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 1800 manat məbləğində pul tutularaq iddiaçı X1 ödənilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 38 manat dövlət rüsumunun ödənilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1800 (min səkkiz yüz) manat məbləğində pul vəsaiti, ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar