Məhkəmə qərarları › İş №2(008)-1954/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1954/2024

28.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1954/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş qəza nəticəsində İddiaçı MMC-nin əmlakına dəymiş olan 2500 manat məbləğində pul vəsaiti zərər qismində cavabdehdən alınaraq onun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində saat 07.30-da Bakı şəhəri, Heydər Əliyev prospektində yol-qəzası baş vermişdir. Azlənd Plaza MMC-yə məxsus olan İsuzu avtobus ** TH *** dövlət qeydiyyat nişanlı hadisə baş verən anda Azlənd Plaza MMC-nin sürücüsü Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir, nəticədə avtobusa xəsarət yetirərək Azlənd MMC-yə maddi ziyan vurulmuşdur. Avtonəqliyyat vasitəsinə qəza nəticəsində dəyən ziyan hesablanmışdır. Beləki, ön podprest 2000 azn, sağ güzgü+kroşteyn 350 azn, sağ oçki 50 azn, rəngsaz işi 100 azn olmaqla, ümumi ziyan 2500.00 azn təşkil edir. Cavabdehlə imzalanan əmək müqaviləsinin 5-ci maddəsinə əsasən, tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə ödəməyi öhdəsinə götürür. Əgər tərəflərdən biri digərinin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.Ancaq cavabdehlə hər hansı bir razılığa gəlinməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında İddiaçı MMC-nin Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pritenziya məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh avtonəqliyyat vasitəsinə qəza nəticəsində dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. - 26 iyun 2023-cü il tarixli aktdan görünür ki, 10TH303 dövlət qeydiyyat nömrəli avtomobilə ön patpres üçün 2000 manat, sağ güzgü-kroşteyn üçün 350 manat, sağ oçki üçün 50 manat və rəngsaz üçün 100 manat xərc çəkilmişdir. - 03 iyul 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, avtobus sürücüsü vəzifəsində işləyən Cavabdeh ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə 03 iyul 2023-cü ildə xitam verilmişdir. - 25 iyun 2023-cü il tarixli qaimə fakturadan görünür ki, İddiaçı MMC tərəfindən sağ güzgü-kroşteyn üçün 350 manat, sağ oçki üçün 50 manat cəmi 400 manat ödəniş etmişdir. - 06 iyun 2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı MMC 06 iyun 2023-cü il tarixdə Cavabdeh 06 iyun 2023-cü il tarixli ərizəsinə əsasən öz xahişi ilə İddiaçı MMC-nə sürücü vəzifəsinə işə götürülmüşdir. - 03 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı MMC-də işlədiyi sürücü vəzifəsindən işdən azad olunmasını xahiş etmişdir. - İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İsuzu Avtobus markalı 10YH 303 dövlət qeydiyyat nişanlı avtomusub sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. - - TP ******* nömrəli İnzibati tənbeh vürmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İsuzu Avtobus markalı 10YH 303 dövlət qeydiyyat nişanlı avtomusun sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi inzibati xətanı törətməkdən təqsirli bilinərək 40 manat cərimə olunmuşdur. - xx.xx.2023-cü il garixli aktdan görünür ki, Cavabdeh idarə etdiyi İddiaçı MMC-yə məxsus “İsuzu” markalı 10TH303 dövlət qeydiyyat nişanlı avtobusla yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtobusa görə İddiaçı MMC-yə 2500 manat ziyan dəymişdir. (ön patpres üçün 2000 manat, sağ güzgü-kroşteyn üçün 350 manat, sağ oçki üçün 50 manat və rəngsaz üçün 100 manat xərc) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/3916-8/1442/2024 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 2014-cü il buraxılışlı “İsuzu” markalı 10 TH303 dövlət qeydiyyat nişanlı avtobusun təmir-bərpa xərci təxminən 2420 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələin qiyməti 2350 manat, təmir-bərpa işlərinin qiyməti 70 manatdır. Aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsiri üzündən onun istifadəsində olan “İsuzu” markalı 10 TH303 dövlət qeydiyyat nişanlı avtobusa maddi ziyan dəymişdir. Hadisənin baş verməsində təqsirli şəxs Cavabdeh olduğundan, sözügedən nəqliyyat vaistəsinin mülkiyyətçisi olan iddiaçı təşkil avtomilə dəymiş ziyanı cavabdeh olan təqsirli sürücüdən geri tələb etməkdə halqıdır. İddiaçı məhkəməyə müraciət edərək sözügedən yolnəqliiyat hadisəsi zamanı iddiaçıya 2500 manat məbləğində ziyan dəymiş olduğunu bildirədə, məhkəmə tərəfindən təyin edilən ekspertiza rəyindən müəyyən edilirki, sözügedən hadisə zamanı avtomobilə 2420 manat zərər dəymiş olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə ekspertiza rəyini əsas götürərək hesab edir ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya ümumilikdə 2420 manat məbləğində zərər dəymiş olduğundan, iddia tələbi qismən təmin edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; Ödənilmiş 50 (əlli) manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2420 (iki min dörd yüz iyirmi) manat dəymiş zərər və 44.20 (qırx dört manat iyirmi qəpik) dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar