Məhkəmə qərarları › İş №2(008)-1969/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1969/2020

06.10.2020 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1969/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qeyd edilməklə şəxsin ölmüş elən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət komissiyası, Sabunçu rayon Polis İdarəsinin 13cü Polis Bölməsi və Sabunçu rayonu Əmək və X8 Mərkəzi qeyd edilməklə xx.xx.1983-cü ildə Kəlbəcər şəhərində anadan olmuş X2 xx.xx.2013-cü il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək ərizədə Ərizəçi, Maraqlı şəxs isə maraqlı şəxs kimi qəbul edilməsini xahiş etmişdir. Sonradan ərizəçi ərizəni dəqiqləşdirərək Maraqlı şəxs qeydə edilməklə xx.xx.1983cü ildə Kəlbəcər şəhərində anadan olmuş X2 xx.xx.2013-cü ildə ölmüş elən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, «Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə» ərizə ilə maraqlı şəxs Sabünçü rayon Qeydiyyat İdarəsinə və qeyrilərinə qarşı Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. Onun oğlu X5 xx.xx.1983-cü ildə Kəlbəcər rayonunda anadan olub. Orxan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamışdır. 2007-ci ildə oğlu Orxan ailə qurmuş, birgə nikahdan 2009-cu il təvəllüdlü bir qızı var. 2013-cü ilin fevral aynının 19-da oğlu Orxan xəbərsiz evdən çıxmış, bir daha geri qayıtmamışdır. Zəng vurub əlaqə saxladıqda, Qırmızı körpünü keçərək dostları ilə Türkiyə Respublikasına işləməyə getdiyini bildirmişdir. Səhəri günü zəng vurduqda telefonuna zəng çatmamışdır. 4-5 gün sonra oğlu Orxan onun telefonuna zəng vurub Suriyada olduğunu bildirərək, izahını onunla əsaslandırmışdır ki, «Suriyada vəziyyət yaxşı deyil, kömək lazımdır, məndə kömək etmək istəyirəm» demişdir. 3 ay ərzində bir neçə dəfə telefon danışıqları olmuşdur. xx.xx.2014-cü ildə ATV kanalında APA az. Xəbər sayıtında Suriya Dövlətində gedən döyüşlərdə xx.xx.2013-cü il tarixdə Azərbaycandan gedən vətəndaşlarından ölənlərin olduğunu eşitmişlər. Oğlu Orxanın şəklini televiziyada göstərmişlər. Siyahıda isə oğlunun adı, soyadı, ata adı yox idi. Müraciət etdikdə bildirmişlər ki, bu xəbəri Suriya kütləvi informasiya vasitələrinin məlumatına istinadən vermişlər, onlarda bu barədə başqa dəlil, sübut yoxdur. Sonra onlar axtarış vermək üçün polisə müraciət etmişlər. ATV kanalında səni axtarıram verlişinə müraciət etmişlər. Artıq 7 ildir ki, oğlu Orxandan heç bir xəbər yoxdur. xx.xx.2013-cü ildə Azərbaycan Respublikasından Gürcüstan Respublikasının sərhəddini keçərək Suriya dövlətinə getmişdir. xx.xx.2013-cü ildə ATV televiziyası ilə ölmüş oduğu yayımlanmışdır. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Sabunçui Rayon Qeydiyyat Şöbəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq öz nümayəndəsini məhkəmə iclasına göndərmədiyindən, məhkəmə MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd olunmalıdır. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. Ərizəçi 1954-cü ildə Kəlbəcər rayonunda doğulmuşdur (xx.xx.2010-cu il tarixdə Sabunçu rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti). X5 xx.xx.1983-cü il tarixdə Kəlbəcər rayonunda doğulmuşdur, atası X6, anası Ərizəçidır (xx.xx.1983-cü il tarixdə Kəlbəcər rayon VVAQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin və xx.xx.2009-cu il tarixdə Sabunçu rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı 07078205 nömrəli şəxsiyyət vəsiqəsinin surəti). Beləlklə, iddiaçı Ərizəçi X2 anasıdır. X5 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında qeydiyyatdadır (146 saylı Mənzil-X7 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayış (Forma 2). Ərizəçi müraciəti əsasında X5 barəsində qohumluq əlaqələri itirən şəxs kimi Sabunçu rayon Polis İdarəsinin Q və ŞVŞ-də axtarış işi açılmış, keçirilən tədbirlər zamanı müsbət nəticə əldə edildikdə ona məlumat veriləcəyi bildirilmişdir (Sabunçu rayon Polis İdarəsinin xx.xx.2016-cı il tarixli məktubu). Məhkəmənin sorğusuna cavab olaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1983-cü il tarixdə Kəlbəcər rayonunda doğulmuş X5 barəsində Polis Bölməsinə hər hansı bir məlumat daxil olmamışdır. X1 dəfə dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2013-cü il tarixdə Gürcüstana çıxışı barədə məlumat qeyd edilmişdir (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nərazətindən verilmiş xx.xx.2020-ci il traixli, 33/2505 saylı məktub). 146 saylı Mənzil Kommunal Sahəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 08 №-li məktubunda X2 2009-cu ildən ölümünə qədər ailəsi ilə birlikdə Sabunçu rayonu, ünvan 2 ünvanında yaşaması və əlavə məlumatın olmaması barədə məlumat verilmişdir. Bu zaman X5 «mərhum» kimi qeyd edilmişdir. Hazırda ərizəçi oğlu X2 xx.xx.2013-cü ildə ölmüş elən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsini istəyir. Məhkəmə aşağıdakı qeyd olunan əsaslara görə iddianın rədd edəlməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Göründüyü kimi, şəxsin ölmüş elan edilmiş hesab edilməsi məhkəmənin üzərinə bir vəzifə kimi qoyulmamışdır. Məhkəmə hesab edir ki, X2 xx.xx.2013-cü il tarixdə Gürcüstana çıxması və sonra Azərbaycana qayıtmaması onun ölmüş olmasına dəlalət etmir. 146 saylı Mənzil Kommunal Sahəsinin məhkəməyə ünvanladığı məktuba dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, adıçəkilən orqanın X2 «mərhum» adlandırmasına, «ölümünə qədər» ifadə işlətməsinə səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar