Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1981/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Anhel-Yumsaq- Kunc üçün 839.5 (səkkiz yüz otuz doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, 83.5 (səksən üç manat əlli qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A12 markalı telefon üçün 364 (üç yüz altmış dörd) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Xiaomi Redmi 9 markalı telefon üçün 170.5 (yüz yemiş manat əlli qəpik) manat ödənilməmiş hissə, 17.5 (on yeddi manat əlli qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Xiaomi Redmi 9 markalı telefon üçün 137 (yüz otuz yeddi) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən X1 Earbuds üçün 30 (otuz) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd X1 Earbuds üçün 25 (iyirmi beş) ödənilməmiş hissə, 2 (iki) manat cərimə olmaqla, ümumilikdə 1721 (min yeddi yüz iyirmi bir) manat borc və 37.21 (otuz yeddi manat iyirmi bir qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-dən Anhel-Yumuşaq Kunc mebeli, xx.xx.2021-ci il tarixli müqavilə ilə Samsung Galaxy A12 markalı telefon, xx.xx.2020-ci il tarixli müqavilə ilə Xiaomi Redmi 9 markalı telefon, xx.xx.2021-ci il tarixli müqavilə ilə Xiaomi Redmi 9 markalı telefon, xx.xx.2021-ci il tarixli müqavilə ilə X1 Earbuds, xx.xx.2020-ci il tarixli müqavilə ilə 2 ədəd X1 Earbuds almış və onların dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür; -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən Anhel-Yumsaq-Kunc üçün cəmi ödənilməmiş əsas borc 839.5 (səkkiz yüz otuz doqquz manat əlli qəpik) manat, cərimə borcu 83.5 (səksən üç manat əlli qəpik) manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A12 markalı telefon üçün cəmi ödənilməmiş əsas borc 364 (üç yüz altmış dörd) manat, cərimə borcu 36 (otuz altı) manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən Xiaomi Redmi 9 markalı telefon üçün cəmi ödənilməmiş əsas borc 170.5 (yüz yemiş manat əlli qəpik) manat, cərimə borcu 17.5 (on yeddi manat əlli qəpik) manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən Xiaomi Redmi 9 markalı telefon üçün cəmi ödənilməmiş əsas borc 137 manat, cərimə borcu 13 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A21S markalı telefon üçün cəmi ödənilməmiş əsas borc 30 manat, cərimə borcu 3 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2 ədəd X1 Earbuds üçün cəmi ödənilməmiş əsas borc 25 manat, cərimə borcu 2 manat olmaqla, 6 müqavilə üzrə cəmi 1721 (min yeddi yüz iyirmi bir) manat təşkil edir. -xx.xx.2020-ci il tarixli müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, Anhel- Yumsaq-Kuncın aylıq ödəniş məbləği 52.5 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, Samsung Galaxy A12 markalı telefonın aylıq ödənişi 36.4 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, Xiaomi Redmi 9 markalı telefonun aylıq ödənişi 34.1 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, Xiaomi Redmi 9 markalı telefonın aylıq ödənişi 34.3 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, X1 Earbudsun aylıq ödəniş məbləği 5 manat; xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, 2 ədəd X1 Earbudsun aylıq ödəniş məbləği 10 manat təşkil edir. -"xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2020, xx.xx.2021, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 839.5 (səkkiz yüz otuz doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə borcu, 83.5 (səksən üç manat əlli qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 364 (üç yüz altmış dörd) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 170.5 (bir yüz yemiş manat əlli qəpik) manat ödənilməmiş hissə, 17.5 (on yeddi manat əlli qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 137 (bir yüz otuz yeddi) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 30 (otuz) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 25 (iyirmi beş) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə pulu olmaqla, cəmi 1721 (bir min yeddi yüz iyirmi bir) manat məbləğində pul və 37.21 (otuz yeddi manat iyirmi bir qəpik) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1981/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1981/2023
03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver