Məhkəmə qərarları › İş №2(008)-2027/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2027/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2027/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayənədi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 450 (dörd yüz əlli) manat borc və 200 manat cərimə, vəkilə çəkilən xərc 200 manat və dövlət rüsumu 30 manat, cəmi 880 (səkkiz yüz səksən) manat məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun maşınını icarə müqaviləsinə əsasən etibarnamə ilə idarə edən şəxsdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə onunla Bakı şəhər 23 saylı Notariat ofisində icarə müqaviləsi bağlayaraq, onun adına (yəni) İddiaçı adına olan, Azrərbaycan Respublikası DİN BDYPİ QİS tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli BA 212807 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WOLOAHL ********** və buraxılış ili 2006-ci il olan “OPEL ASTRA” MİNİK markalı 99TC782 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə verilməsi barədə icarə müqaviləsi bağlamışdır. İcarənin şərtinə görə “İcarəyə götürən” Cavabdeh “İcarə verən” İddiaçı 600 manat 00 qəpik (altı yüz manat sıfır qəpik) icarə haqqı ödəməlidir və icarəyə götürdüyü avtomobili götürdüyü vəziyyətdə saxlamağı öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022- ci il tarixə kimi avtomaşını idarə etmiş, müqavilənin şərtini pozmuşdur. Cavabdeh müqavilənin şərtinə görə 200 (iki yüz) manat avomaşının üzərinə gələn cərimə, radar və idarə etdiyi 1 ay 4 gün müddətə ödəməli olduğu 450 (dörd yüz əlli) manat, cəmi 650 (altı yüz əlli) manat pulu ödəməmişdir. Lakin cavabdehə dəfələrlə şifahi və yazılı pretenziya qaydasında olaraq, müqavilənin şərtinə əməl etməsini xahiş və tələb etsə də o, əməl etməmişdir. Odur ki, məcbur olub məhkəmədə iddia qaldırmaq məcburiyyətində olmuşdur. Cavabdeh müqavilənin şərtinə görə onun pulunu ödəməlidirlər. Göründüyü kimi, Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməlidir, ona olan borcunu qaytarmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı öz mülkiyyətində olan buraxılışlı ili 2006 olan “Opel Astra” minik markalı, ** TC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini aylıq 600 manat ödəmək şərti ilə 1 il müddətinə icarəçi Cavabdeh icarəyə vermişdir. İcarə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. - Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehdən 650 manat maddi ziyan 10 gün müddətinə ona ödənilməsini xahiş etmiş, əks təqdirdə Cavabdeh Kaml oğluna qarşı həmin maddi ziyanın və digər xərclərin tələb edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə xəbərdar edilmişdir. - 76629 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı 190 manat hüquqi yardım üçün ödəniş etmişdir. - ******* nömrəli əməliyyat nömrəsindən görünür ki,İXP4986694 nömrəli protokola əsasən xx.xx.2023-cü il tarixdə 257 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə pulludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 689.1-ci maddəsinə əsasən Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasənn mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə mülki işin materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış müqavilədən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlamaqla iddiaçı öz mülkiyyətinə olan avtomobili cavabdehə 1 il müddətinə aylıq 600 manat ödəmək şərti ilə cavabdehin müvəqqəti sahibliyi və istifadəsinə vermişdir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, sözügedən müqavilə 1 il müddətinə bağlanmış olsada sözügedən avtomobil cavabdehin istifadəsində xx.xx.2022-ci ilə qədər olmuşdur. İddiaçı hazırda məhkəməyə müraciət edərək bildirirki, cavabdeh maşın onun istifadəsində olduğu müddətidə ödəməli olduğu 600 manat icarə haqqının 450 manat hissəsini ödəmədiyindən pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdeh isə dəfələrlə məhkəmə iclasına çağırılasada məhkəməyə gəlməmiş, 1 aylıq icarə haqqından 450 manat borcunun qalamasını təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin 200 manat cərimənin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzi əlavə edilmiş olsada qeyd edilən protokolun hansı avtomobil barəsində tərtib edilməsi, protokolun nə vaxt tərtib edilməsi yəni məhz avtomobil cavabdehin istifadəsində olduğu 1 ay ərzində tərtib edilməsi və pulun kim tərəfindən ödənilməsi mülki işin matriallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə 200 manat vəkil xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəinə münasibət bildirərək qeyd edir ki, mülki işin matraillarına əlavə edilmiş vəkilə ödənilmiş qəbzdən görünür ki, iddiaçı vəkil üçün 200 manat deyildə 190 manat məbləğində xidmət haqqı ödəmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 190 manat vəkilə görə xidmət haqqınını 100 manatı cavabdehdən iddiaçının xeyrinə tutulması daha ədalətli olduğundan iddia tələbi bu hissədə də qismən 100 manat hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan başqa məhkəmə iddia tələbinin 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat məbləğində pul, 100 (yüz) manat vəkil xərci və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar