Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-203/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Anayeva Sevinc Vahid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona dəymiş ziyanın əvəzi olaraq 2000 manat və ödənilmiş dövlət rüsmumun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında, iş üzrə cavabdeh olan qonşusu Cavabdeh isə, ünvan 2 ünvanında yaşayır. Cavabdehin səhlənkarlığı səbəbindən, onun mənzilinə su axıdılmış və nəticədə, 2000 manat maddi ziyan vurulmuşdur. Bu barədə cavabdehə şifahi şəkildə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır. O, vurulmuş ziyanla bağlı 44 saylı Mənzil Kommunal İstismar sahəsinə ərizə ilə müraciət etmiş, bu barədə xx.xx.2021-ci il tarixli akt tərtib olunmuşdur. Göstərilən səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onu evindən qonşuya su axmır. Su əvvəl axsa da, hazırda nasazlığı aradan qaldırmışdır. Hesab edir ki, aralarında baş vermiş münaqişəyə görə iddiaçı onunla prinsip aparır. Göstərilənlərə əsasən, cavbadeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, onun izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, MH 054915 seriya nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən 17 saylı evin 15 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Sabunçu rayon Mənzil-Kommunal Təsərüfat Birliyinin 44 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi V.Ə.Rəşidov, mühasibi Z.M.Rüstəmova və fəhləsi Ə.Səfərov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi ünvanında yerləşən 17 saylı evin 15 saylı mənzildə yaşayan İddiaçı şikayət ərizəsinə əsasən həmin mənzilə baxış keçirilmiş və bu zaman Cavabdeh məxsus 17 saylı mənzildən 15 saylı mənzilə su axıdılaraq ziyan dəydiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/4941 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi ünvanında yerləşən 17 saylı evin 15 saylı mənzilinə yuxarı mərtəbədə yerləşən 17 saylı mənzildən su axıdıldığı, su sızma hadisəsi nəticəsində 15 saylı mənzilin zal və dəhliz otaqlarının divarlarına və döşəməsinə ziyan dəydiyi, əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 941 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi ünvanında yerləşən 17 saylı evin 17 saylı mənzilindən su axıntısı nəticəsində həmin evin 15 saylı mənzilində qüsurlar meydana çıxmışdır. Həmin qüsurların aradan qaldırılması ilə əlaqədar, yerinə yetirilməli olan təmir işlərinin dəyərinin cavabdehdən alınaraq, ödənilməsi barədə iddia tələbi ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iş üzrə araşdırma aparılaraq, məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 10/4941 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi ünvanında yerləşən 17 saylı evin 15 saylı mənzilindəki qonaq (zal) otağında və dəhlizində qüsurların həmin evin 17 saylı mənzilindən su axıntısı nəticəsində əmələ gəlməsi, 15 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan bərpa işlərinin təqribən 941 manat məbləğində dəyərləndirildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olan 941 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir və iddia görülməyən işlərin dəyərinin ödənilməsi hissəsində təmin edildiyindən, həmin məbləğ cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olan 941 (doqquz yüz qırx bir) manat və ödənilmiş dövlət rüsmumun əvəzi olan 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilsin. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-203/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-203/2023
28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver