Məhkəmə qərarları › İş №2(008)-2034/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2034/2024

07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2034/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X20 qızının katibliyi, İddiaçı, Cavabdeh X6, Müstəqil tələb irəlki sürməyən üçüncü şəxs X13 qızının iştirakı ilə, İddiaçı cavabdeh X9 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 olmaqla “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X9 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 olmaqla “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ili 2013-cü il buraxılışlı, “Hyundai Elantra” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı, minik avtomobilinə dəymiş 2350 manat ziyanın, "xxxx"-ya ödədiyi 2600 manat pulun, avtomobilə dəymiş zərərin təyini üçün məhkəməyə ödənilmiş 70 manat dövlət rüsumunun, cəmi 5020 manat pulun cavabdeh X5 tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 xx.xx.2025-ci tarixədək 2 illik müddətinə etibarnamə vermiş, X8 izahat yazaraq bildirmişdir “yuxarıda göstərilən ünvanda dostları ilə birlikdə yaşadığını, 2023-cü ilin iyun ayında öz şəxsi istifadəsi üçün “Hyundai Elantra” markalı, **-BV-*** dövlət qeydiyyat nömtə nişanlı avtomobil alaraq istifadə etməyə başlamışdır. Həmin avtomobilin bəzi yerləri nasaz vəziyyətdə olduğundan avtomobili ustaya aparmış və bu barədə də rəfiqəsi Aynurəyə məlumat vermişdir. Söhbət əsnasında Aynurə qardaşının avtomobildən yaxşı anlayışı olduğunu, çox sayda usta tanışları olduğunu demişdir. Daha sonra isə Aynurə ona qardaşının köməyini təklif etmişdir. O, da Aynurənin bu təklifi ilə razılaşaraq, Aynurənin qardaşı Röyala zəng edərək kömək etməsini istəmiş, birlikdə Bakı şəhəri, Babək prospektində yerləşən ustaya getmişlər. Həmin ustanın yanında olan zaman ona iş yerindən zəng etmişlər və onu işə çağırmışlar. Bu zaman o, avtomobilin açarını ustaya verərək işə qayıtmışdır. Həmin gün Röyal avtomobildə bəzi təmir işləri görərək axşam avtomobili yaşadığı evə gətirərək ona təhvil vermişdir. Səhəri günü avtomobili idarə etmək istəyən zaman avtomobilin işə düşmədiyini müəyyən etmiş və Röyala zəng edərək avtomobilin nəyə görə bu vəziyyətdə olduğunu soruşmuşdur. Röyal təxminən 1-2 saat sonra onun olduğu yerə gələrək, avtomobili yenidən Babək prospektində yerləşən “Şahın” adlı karopka ustasının yanına aparmışdır. O, Röyala arxayın olaraq avtomobili ustanın yanında qoymuş və iş yerinə qayıtmışdır. Axşam Röyal ona zəng edərək avtomobilin hazır olduğunu bildirmişdir. O, Röyala avtomobilin ustanın yanında qalmasını, səhər tezdən gəlib özümün götürəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Röyala zəng edərək avtomobilini gətirməsini istəmişdir. Röyal yatıb qaldığını avtomobili tezliklə gətirəcəyini bildirmişdir. Təxminən 1 saat sonra Röyal ona zəng edərək avtomobil ilə yol-nəqliyyat hadisəsi törətdiyi barədə məlumat vermişdir. Təxminən 5-10 dəqiqə sonra "xxxx"-nın işçiləri zənq edərək ondan yol-nəqliyyat hadisəsi zamanı avtomobili onun idarə edib-etmədiyini soruşmuşlar. O, yol-nəqliyyat hadisəsi zamanı avtomobili idarə etmədiyini bildirmişdir. O və Röyal avtomobili dayanacaqdan çıxardaraq usdaya aparmışlar. Röyal avtomobili tezliklə düzəldəcəyini bildirmişdir. O, Röyala arxayın olmuş və xx.xx.2023-cü il tarixdə axşam vaxtı Röyal “Af Mall” ticarət mərkəzinin qarşısında maşını ona geri qaytarmışdır. Lakin maşına baxış keçirtdikdə, maşından çox yüksək səs gəldiyini, maşının rənglənmədiyini, alın şüşəsinin qırıldığını, airbagların açıldığını və maşının bəzi hissələrinin yerində olmadığını aşkar etmişdir. Bu barədə soruşduqda maşına əlavə səs qoşdurduğunu bildirmişdir. Daha sonra isə "xxxx" ona zəng edərək yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəyən “Opel Astra” markalı avtomobilin zərərini onun ödəməli olduğunu, əks təqdirdə onu məhkəməyə verəcəklərini bildirmişlər. O, Paşa Sığorta”nın əməkdaşları ilə razılaşaraq "xxxx"-ya 2600 manat pul ödəmişdir. Bir sözlə, avtomobildə dəmirçi işlərinin görülməsinə 300 manat, rənglənməsinə 850 manat, duman işıqlarına 300 manat, ön şüşəsinə 200 manat, sükanın hava yastığının təmirinə 200 manat, arxa oxların dəyişdirilməsinə 200 manat, sükan mühərrikinin dəyişdirilməsinə 300 manat, bundan başqa "xxxx"-ya ödədiyi 2600 manatla birlikdə Röyal ona ümumilikdə 4950 manat maddi ziyan vurmuşdur. Avtomobili həmin vaxt o, 1 ay olardı ki, almışdır. Yəni avtomobil Röyalda olan zaman kotalizator avtomobilin üzərində olmuşdur. Avtomobilin üzərində kotalizator olduğunu dəqiq bildiyi üçün onun Röyal tərəfindən oğurlandığını deyə bilər”. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X11 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, “Hyundai Elantra” markalı, **-BV-*** dövlət qeydiyyat nömtə nişanlı avtomobili etibarnamə olmadan istifadə etmişdir. X7 ilə qeyri-rəsmi münasibətləri olmuşdur. Avtomobili birgə istifadə etdikləri üçün təqribən avtomobilə 5000 manat məbləğində vəsait ayıraraq təmir etdirmişlər. Yol-nəqliyyat hadisəsi olandan sonra o, avtomobilin cəriməsini ödəyərək ustaya aparmışdır. Avtomobilin hər bir hissəsini düzəltdirmiş, sadəcə boyası qalmışdır. O, iddiaçını ümumiyyətlə tanımamışdır. X7 avtomobili kredit vasitəsi ilə iddiaçıdan götürərək pulunu ödəmişdir. Avtomobili etibarnamə olmadan istifadə etdiyi üçün barəsində hətta protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəlki sürməyən üçüncü şəxs X7 izahatında, “Hyundai Elantra” markalı, **-BV-*** dövlət qeydiyyat nömtə nişanlı avtomobili özü təmir etdiyini, hazırda ona dəymiş zərərin ödənilməsini istəyir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X17 12 noyabr 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan X7 25 oktyabr 2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 22-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, “Hyundai Elantra” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilini ustaya aparması üçün əvvəlcədən tanıdığı X9 verdiyini, 23 sentyabr 2023-cü il tarixdə axşam radələrində Röyalın “Af Mall” ticarət mərkəzinin qarşısında maşını ona geri qaytardığını, lakin maşına baxış keçirtdikdə, maşıdan çox yüksək səs gəldiyini, qoruyucu yastığının açıldığını və maşından 1000 manat dəyərində kotalizatorun oğurlandığı ona məlum olmuşdur. Araşdırma zamanı X3 etdiyi müraciət əsasında toplanmış 1916 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən X9 ünvanlanmış “subroqasiya hüququ ilə əlaqədar” mövzun surətindən görünür ki, "xxxx" ASC tərəfindən ödənilmiş 2.563 manat məbləğində vəsaiti 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 20 sentyabr 2023-cü il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın” surətindən görünür ki, “Opel Vectra” minik markalı avtomobilə dəyən ziyanın məbləği 2563 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" texniki xidmət mərkəzi tərəfindən verilmiş 25 sentyabr 2023-cü il tarixli qüsur aktından görünür ki, icraçı "xxxx" MMC, cəmiyyətin avtomobillərə texniki xidmət məntəqəsində sifarişçi X3 xahişi ilə, İddiaçı məxsus, etibarnamə əsasında X3 istifadəsində olan Hyundai Elantra markalı, 2013-cü il istehsalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə texniki baxış keçirərək avtomobildə 01 ədəd ikinci katalizator olmadığı aşkar edilmişdir. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli ƏN-Vİ seriyalı 486413 seriyalı etibarnamənin surətindən görünür ki, Yunusov X15 Elantra minik markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili 2 il müddətinə, yəni 23 iyun 2025-ci ilədək X4 etibar etmişdir. İş materiallarında olan “Auto Azərbaycan” şirkəti tərəfindən verilmiş 21 avqust 2024cü il tarixli AA041/1100 nömrəli aktdan görünür ki, Hyudai Elantra minik markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilə “Auto Azərbaycan” Servis Mərkəzində ilkin texniki baxış keçirilmiş və aktda qeyd edilmiş ehtiyyat hissələrinin dəyişdirilməsinə ehtiyac olduğu müəyyən edilərək cəmi 3746 manat hesablanmışdır. İş materiallarında olan Məhkəmə Ekpsertiza Mərkəzinin 05 iyul 2024-cü il tarixli 3-16- 16/2-9/3906-3/886/2024 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Hyundai Elantra” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində halhazırki vəziyyətdə hər hansı bir zədə aşkar edilməmiş, lakin həmin avtomobilin detalların (kapotun, qabaq sağ qanadın, qabaq bamperin, alın şüşəsinin, qabaq sağ faranın) bərkinc vintlərində sürtünmə, cızılma əlamətlərinin olması, eyni zamanda iş materiallarında da göründüyü kimi onların açılıb-bağlanmasına dalələt edir. Həmin detalların dəyişdirilməsinə (yenisi ilə əvəz olunmasına) uyğun gəlir. Nəzəri hesablama yolu ilə, trasoloji tədqiqatın nəticəsinə əsasən “Hyundai Elantra” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 1570,00 manat məbləğində olduğu müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin dəyəri 1000 manat, təmir işlərinin dəyəri 570 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, “Hyundai Elantra” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçı avtomobili 2 il müddətinə, yəni 23 iyun 2025-ci ilədək X4 etibar etmişdir. X7 avtomovili ustaya aparması üçün əvvəlcədən tanıdğı cavabdeh X9 vermiş, X2 Elantra” markalı **-BV- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman yol-nəqliyyat hadisəsi törətdikdən sonra təmir etdirməsi üçün ustaya apararaq, düzəltdirdikdən sonra X4 qaytarmışdır (cavabdeh həmin halları məhkəmə iclasında özü etiraf etmişdir). X1 tərəfindən maşına baxış keçirilən zaman çox yüksək səs gəldiyi və 1000 manat məbləğində katalizatorun oğurlandığını görmüşdür. Məhkəmə iclasında cavabdeh X11 “Hyundai Elantra” markalı **- BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5000 manat məbləğində vəsait xərc çəkməsini bildirsə də, buna dair heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iddia tələbində “Hyundai Elantra” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan olaraq 2350 manat və "xxxx"-ya ödədiyi 2600 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Ziyanın məbləğinə gəldikdə isə, iddiaçı hazırki tələbdə avtomobilinə 2350 manat məbləğində dəymiş ziyanın ona ödənilməsini xahiş etsə də, lakin iş materiallarında olan ekspert rəyindən görünür ki, “Hyundai Elantra” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan məbləği ümumilikdə 1570 manat təşkil edir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və hesab edir ki, iddia qismən təmin olunaraq, cavabdeh X5 “Hyundai Elantra” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1570 manat pul vəsaiti və “Paşa Sığotraya” ödənilmiş 2600 manat tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissəsə isə əsassız olduğuna görə rədd edilməlidir. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1091.1 əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Konstitusiya Məhkəməsinin qeyd edilən mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında təkrarlanmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, “Hünday Elantra” markalı nəqliyyat vasitəsinə dəymiş ziyan olaraq 1570 manat və “Paşa Sığortaya” ödənilmiş 2600 manat məbləğində pul vəsaiti cavabdeh X5 tutularaq iddiaçı X10 xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 65 manat dövlət rüsumu cavabdehdən tutulmalı və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq eksperizasının dəyəri olan 100 manat pul vəsaiti tərəflərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Dəymiş ziyan olaraq 1570 (min beş yüz yetmiş) manat və "xxxx" ödənilmiş 2600 manat məbləğində pul, 65 (altmış beş) manat dövlət rüsumu cavabdeh X5 tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq eksperizasının dəyəri olan 100 (yüz) manat pul vəsaiti tərəflərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar