Məhkəmə qərarları › İş №2(008)-2035/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2035/2023

19.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2035/2023 19.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evin tikintisinə çəkilmiş xərcin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “evin tikintisinə çəkilmiş xərcin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evin tikilməsi ilə bağlı çəkilmiş 50.000 manat məbləğində xərcin və 1.5 ar torpaq sahəsinin alınması verdiyi 3000 ABŞ dolları məbləğində pulun cavabdehdən alınıb xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuşdur. Birgə nikah dövründə 2008-ci ildə cavabdehlə Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu Mədən küçəsində keçmiş qayınatası X1 1500 ABŞ dolları pul verərək ondan 1.5 sot torpaq sahəsi almış və torpaq sahəsində 80 kv.m sahəsi olan özbaşına bir mərtəbəli ev inşa etdirmişlər. Həmin özbaşına tikilmiş evə ailə büdcəsindən 35.000 manat pul sərf etmişlər. Hələ nikahları pozulmazdan əvvəl 2016-cı ildə keçmiş həyat yoldaşı və atası onu evdən qovub, bir daha həmin evə buraxmamışlar. O, həmin evə qayıdıb yaşamaq istəsə də, qarşı tərəf buna imkan verməmişdir. Bununla bağlı evə köçürülmə tələbi ilə Sabunçu Rayon Məhkəməsində iddia qaldırsa da, iddiası təmin edilməmiş, həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsi Sabunçu Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Onun maddi dururmu çox aşağıdır. Hazırda o, məhkəməyə müraciət edərək ünvan 1ndə yerləşən 1.5 sot torpaq sahəsində tikilmiş 80 kv.m sahəsi olan birmərtəbəli özbaşına inşa edilmiş evin tikilməsi ilə bağlı çəkilmiş xərcin, 35000 manat pulun yarısı olan, 17.500 manatının, 1.5 sot torpaq sahəsi üçün verdiyi 3000 ABŞ dolları pulun yarısı olan, 1500 ABŞ dollarının cavabdehdən alınaraq, onun xeyrinə tutulması istəyir. Göstərilənlərə əsasən, iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)- 456/2017 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulması, birgə nikahdan doğulmuş üç uşaq analarının yanında saxlanmaları və onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı cəmi 351 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş şəhadətnamədən görünür ki, tərəflər arasındakı nikaha xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-1278/2018 saylı qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı evə köçürülməsi və evdən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-4749/2018 saylı qətnaməsinə əsasən, İddiaçı həmin qətnamədən verdiyi apellyasiya rədd edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı daha əvvəl Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi barədə Sabunçu Rayon Məhkəməsində iddia qaldırmış, lakin məhkəmənin xx.xx.2018-ci il tarixdə qəbul etdiyi qətnaməyə əsasən iddiası rədd edilmişdir. Həmin məhkəmə baxışı zamanı cavabdeh sözügedən evin atası tərəfindən və onun hesabına tikildiyini, yaşamaları üçün onlara verildiyini, 6-7 il orada birlikdə yaşadıqdan sonra iddiaçının Binə qəsəbəsində 15.000 manata özünə ev aldığını bildirmişdir. Sözügedən qətnamədən verilmiş apellyasiya şikayəti ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsi tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, ev özbaşına inşa olunmuş, ev üzərində iddiaçının mülkiyyət, istifadə və digər hüquqları yoxdur. Evə köçürülmə barədə iddia tələbi üzrə məhkəmə tədqiqatı zamanı İddiaçı həmin özbaşına tikilinin inşa edilməsində iştirak etdiyini, vəsait xərclədiyni təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin sözügedən və apellyasiya instansiyası məhkəməsinin qətnamələri hazırkı iş üzrə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Çünki Mülki Prosessual Məcəllənin 82.3cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarı). Digər tərəfdən, hazırkı işdə də iddiaçı ərizəsində və izahatında göstərilənləri, yəni sözügedən tikilinin birgə nikah dövründə, onun vəsaiti hesabına (və ya maddi köməkliyi ilə) tkildiyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Sübutetmə yükünə görə hazırkı işdə iddia ərizəsində sadalanan cehiz və qızıl-zinət əşyalarının cavabdehdə olmasını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddia tərəfi ərizədə göstərilən əşyaların cavabdehdə olmasını məhkəmə baxışı zamanı mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “evin tikintisinə çəkilmiş xərcin tutulması” tələbinə dair iddiasının nə hüquqi, nə də faktiki əsası vardır. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. İddia tələbi rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə, qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət e t d i: İddiaçı Cavabdeh qarşı “evin tikintisinə çəkilmiş xərcin tutulması” tələbinə dair iddiası rədd edilsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar