Məhkəmə qərarları › İş №2(008)-2082/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2082/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2082/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X1 iştiarkları ilə İddiaçı ASC «Xalq» Bankının Cavabdeh2 qarşı “Azkon-C» MMC üçüncü şəxs qismində cəlb edilməklə kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC «Xalq» Bankı Cavabdeh2 qarşı “Azkon-C» MMC üçüncü şəxs qismində cəlb edilməklə məhkəməyə iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, 17.05.2018-ci il tarixli **********88818/İM №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolunda istifadəsində olan 1.0 ha torpaq sahəsi üzərində yerləşən 3356.5 kv.m ümumi sahədən ibarət 61 K saylı qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və 17.05.2018-ci il tarixli **********88818 N-İİ Kredit xətti müqaviləsi üzrə borc alan Cavabdeh1 MMC-nin iddiaçı ASC «Xalq» Bankı qarşısında 1 000 000 (bir milyon) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc, kreditdən istifadəyə görə hesablanmış 108 598,10 (bir yüz səkkiz min beş yüz doxsan səkkiz ABŞ dolları 10 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, 17.05.2021 -ci il tarixdən 05.10.2021-ci il tarixədək illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 19 166,67 (on doqquz min bir yüz altmış altı ABŞ dolları 67 sent) ABŞ dolan məbləğində əldən çıxmış fayda, cəmi 1 127 764,77 (bir milyon bir yüz iyirmi yeddi min yeddi yüz altmış dörd ABŞ dolları 77 sent) ABŞ dolları məbləğində pul vəsaiti və 05.10.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 21 (iyirmi bir) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ASC “Xalq” Bankı ilə Cavabdeh1 MMC arasında bağlanmış 17.05.2018-ci il tarixli **********88818 Ns-li Kredit xətti müqaviləsinə (26.09.2018-ci il tarixli 01 No-li Əlavə saziş nəzərə alınmaqla; bundan sonra birlikdə “Kredit xətti müqaviləsi” adlandırılacaq) əsasən iddiaçı tərəfindən Borc alana 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 9 % ödənilməsi şərtilə 1 000 000 (bir milyon) ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı, borc alan Cavabdeh1 MMC və Cavabdeh2 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolunda istifadəsində olan 1.0 ha torpaq sahəsi üzərində yerləşən 3356.5 kv.m. ümumi sahədən ibarət 61 K saylı qeyri-yaşayış binasının (bundan sonra “ipoteka predmeti”) ipotekaya qoyulması barədə 17.05.2018-ci il tarixli **********88818/İM N-li İpoteka müqaviləsi bağlanmışdır. Bankın yuxarıda qeyd edilən ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC "Xalq” Bankına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən18.05.2018-ci il tarixli RX seriyalı ******* N-İİ Çıxarış verilmişdir. Kredit xətti müqaviləsi üzrə borc alan Cavabdeh1 MMC tərəfindən üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozulduğuna görə iddiaçının Kredit xətti müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək və öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq Cavabdeh1 MMC-nin Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında 08.10.2020-ci il tarixli 2046 N°-li bildiriş göndərilmiş və iddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün əmlakın 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 08.10.2020-ci il tarixli 2046 Ks-li bildirişin qeydiyyata alınması barədə 21.10.2020-ci il tarixli 2133 №-li ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə Banka həmin İdarə tərəfindən müvafiq olaraq 05.11.2020-ci il tarixli **********67 №-İİ məktub vasitəsilə məlumat verilmişdir. İddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarının araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). ASC “Xalq” Bankı ilə Cavabdeh1 MMC arasında bağlanmış 17.05.2018-ci il tarixli **********88818 Ns-li Kredit xətti müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 MMCyə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 9 % ödənilməsi şərtilə 1 000 000 (bir milyon) ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açılmışdır. Cavabdeh1 MMC Kredit xətti müqaviləsinin 2.8-ci bəndinə əsasən kredit xətti üzrə mövcud olan əsas borcu 1.1-ci bəndlə müəyyənləşdirilmiş müddətin sonuncu günündən gec olmayaraq tam olaraq Banka qaytarmağı, kredit xətti üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənişini isə 2.7-ci bəndə əsasən hər ayın 30-dan gec olmayaraq banka ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixdə, yəni 17.05.2018-ci ildə, adıçəkilən kreditin təminatı kimi ASC “Xalq” Bankı, borc alan Cavabdeh1 MMC və Cavabdeh2 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolunda istifadəsində olan 1.0 ha torpaq sahəsi üzərində yerləşən 3356.5 kv.m. ümumi sahədən ibarət 61 K saylı qeyri-yaşayış binasının (bundan sonra -“ipoteka predmeti”) ipotekaya qoyulması barədə 17.05.2018-ci il tarixli **********88818/İM N-li İpoteka müqaviləsi bağlanmışdır. Adıçəkilən əmlakın 36 aylıq yüklülüyü barədə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən18.05.2018-ci il tarixli RX seriyalı ******* N-İİ Çıxarış verilmişdir (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********83-06301). Bank tərəfindən tutmanın ipoteka predmetinə yönəldilməsi barədə Cavabdeh2 08.10.2020-ci il tarixli, 2046 №-li Bildiriş gönədirilmişdir. DƏDRX tərəfindən ipotekaya tutmanın üönəldilməsi barədə Bildiriş qeydə alınmışdır. «X7 Mərkəzi» MMC tərəfindən ipoteka predmetinin bazar qiyməti ******* manat, likvid qiymət ******* manat müəyyən edilmişdir. Bank tərəfindən məhkəməyə təqdim edilən hesabdan çıxarışa əsasən hazırlanmış borc barədə məlumatdan görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin 1 000 000 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 108 598,10 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, 17.05.2021 -ci il tarixdən 05.10.2021-ci il tarixədək illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 19 166,67 ABŞ doları məbləğində əldən çıxmış fayda, cəmi 1 127 764,77 ABŞ dolları borcu mövcuddur. Hazırda Bank həmin borcun və 05.10.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin ipoteka predmetinə yönəldilməsini istəyir. Məhzkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış kredit müqaviləsi və ona əlavələrdən irəli gələn öhdəliklər borclu tərəfindən yerinə yetirilmədiyindən, bank tələbin ipotekaya yönəldilməsi proseduruna başlamaq hüququna malik olmuşdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia 1 000 000 ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc, kreditdən istifadəyə görə hesablanmış 108 598,10 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, 17.05.2021 -ci il tarixdən 05.10.2021-ci il tarixədək illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 19 166,67 ABŞ dolan məbləğində əldən çıxmış fayda, cəmi 1 127 764,77 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasının ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia 05.10.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi hissəsində rədd edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, belə bir tələbin təmin edilməsi gələcəkdə məhkəmə qətnaməsinin icrası mərhələsində qeyrimüəyyənlik yaradacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 21 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən, eyni zamanda 30 manat dövlət rüsumu iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. 17.05.2018-ci il tarixli **********88818/İM №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolunda istifadəsində olan 1.0 ha torpaq sahəsi üzərində yerləşən 3356.5 kv.m ümumi sahədən ibarət 61 K saylı qeyri-yaşayış binasına tutma yönəldilsin və 17.05.2018-ci il tarixli **********88818 N-İİ Kredit xətti müqaviləsi üzrə borc alan Cavabdeh1 MMC-nin iddiaçı ASC «Xalq» Bankı qarşısında 1 000 000 (bir milyon) ABŞ dolları məbləğində vaxtı keçmiş əsas borc, kreditdən istifadəyə görə hesablanmış 108 598,10 (bir yüz səkkiz min beş yüz doxsan səkkiz ABŞ dolları 10 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, 17.05.2021 -ci il tarixdən 05.10.2021-ci il tarixədək illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 19 166,67 (on doqquz min bir yüz altmış altı ABŞ dolları 67 sent) ABŞ doları məbləğində əldən çıxmış fayda, cəmi 1 127 764,77 (bir milyon bir yüz iyirmi yeddi min yeddi yüz altmış dörd ABŞ dolları 77 sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul vəsaiti ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Əmlakın ilkin satış qiyməti ******* manat müəyyən edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə tutulsun. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 21 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tahirə Əsədova BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ AZ1102 Bakı şəhəri,A.Məhərrəmov Tel: (012) 530-26-99, Faks: 433küçəsi 15 00-86 www.nasimicourt.gov.az Elektron ünvan İş № 2(006)-859/2019 26 noyabr 2019cu il İddiaçı: ASC “Xalq” Bankına AZ 1065, Bakı şəhəri, 494-cü məhəllə, İnşaatçılar prospekti 22L Cavabdehlər: X5 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 72, mənzil 125 X2 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 72, mənzil 125 Nəsimi Rayon Məhkəməsi 26.11.2019-cu il tarixli, 2(006)-859/2019 saylı qətnaməni məlumat üçün Sizə göndərir. Qoşma: qətnamə - 15 (on beş) vərəq Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar