Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2093/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4200 (dörd min iki yüz) manat pulun, həmçinin 62 (altmış iki) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun maşınını icarə müqaviləsinə əsasən etibarnamə ilə idarə edən şəxsdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə onunla Bakı şəhər 23 saylı Notariat ofisində icarə müqaviləsi bağlayaraq, adına (yəni) İddiaçı adına olan, Az.Res. DİN BDYPİ QİS tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli BA 190051 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNEDE**********79 və buraxılış ili, 2005-ci il olan KİA RİO MİNİK markalı, 99SY350 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə verilməsi barədə müqavilə bağlamışdır. İcarənin şərtinə görə “İcarəyə götürən” Cavabdeh “İcarə verən” İddiaçı aylıq 600 manat (altı yüz) icarə haqqı ödəməyi və icarəyə götürdüyü avtomobili götürdüyü vəziyyətdə saxlamağı öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi avtomaşını idarə etsə də, müqavilə şərtinə əsasən 4200 (dörd min iki yüz) manat pulu ödəməməklə müqavilənin şərtini pozmuşdur. Ona dəfələrlə şifahi və yazılı pretenziya qaydasında xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbi müdafiə etdiyini, cavabdehlə aralarında icarə müqaviləsi bağlandığını, müqaviləyə əsasən hər ay 600 manat icarə haqqı ödəməli olduğunu, icarə müqaviləsinin müddətsiz bağlandığını, cavabdehin 24 noyabr 2023-cü il tarixli əl yazmasında 4500 manat borclu olduğunu, 2023-cü ildə maşını qaytaran zaman 300 manat ödədiyini hazırda 4200 manat borc məbləğini tələb etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh taksi fəaliyyəti ilə məşğul olduğunu, gündəlik 20 manat icarə haqqı ödəməklə iddiaçının maşının 1 ildən artıq istifadə etdiyini, davamlı olaraq ödəniş etdiyini, bütün ödənişləri kart hesabı ilə etdiyini, maşına ziyan dəydiyində borc götürərək qarşıladığını, 4500 manant borcu olduğunu bundan 300 manatını maşını iddiaçıya qaytararkən verdiyini hazırda 4200 manat borcu olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunan “icarə verən” İddiaçı ilə “icarəçi” Cavabdeh arasında 26 iyun 2022-ci il tarixində bağlanmış icarə müqaviləsindən görünür ki, İddiaçı AR DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli BA190051 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNEDE**********79 və buraxılış ili, 2005-ci il KİA RİO Minik markalı, 99SY350 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə vermişdir. “İcarəyə götürən” Cavabdeh aylıq 600 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunan Cavabdeh xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, İddiaçı 4500 manat borcu qaldığını və bu borcu həftədə 35 manat ödəməklə qaytaracığı barədə əlyazması mövcutdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi tərəflər arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən “icarəyə götürən” Cavabdeh “icarə verən” İddiaçı aylıq 600 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, İddiaçı 4500 manat borcu qaldığını və bu borcu həftədə 35 manat ödəməklə qaytaracığı barədə əlyazması mövcutdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmçinin məhkəmə prosesində müəyyən edilmişdir ki, cavabdeh 4500 manat borcundan 300 manatını iddiaçıya ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər Qanunun tələblərinə uyğun olaraq Cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər icra edilmədiyindən, həmçinin məhkəmə iclasında onun xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4200 (dörd min iki yüz) manat borcu olduğunu etiraf etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4200 (dörd min iki yüz) manat pul və 62 (altmış iki) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4200 (dörd min iki yüz) manat və 62 (altmış iki) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-2093/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2093/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver