Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-219/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5060 (beş min altmış) manat əsas borc kimi, 2000 (iki min) manat əldən çıxmış faydaya görə, 1500 (bir min beş yüz manat) mənəvi ziyana görə, yəni, 5060+2000+1500=8500 (səkkiz min beş yüz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, o, yaxından tanıdığı X1 vasitəsi ilə onun qohumu, yəni bacısı oğlu Cavabdeh 01 dekabr 2017-ci ildə 5060 manat pul vermişdir. İddiaçı vasitəçi X1 şəxsiyyət vəsiqəsinin surətini almışdır. Cavabdeh hər ay 140 manat verəcəyini bildirmişdir. Cavabdeh 01 dekabr 2017-ci tarixdə 110 manat verib və imzası ilə təsdiqləyib. Sonrakı aylar 2018-ci ilin yanvar ayında 100 manat öz bacısı oğlunun qızı X3 ilə göndərmişdir. Sonrakı aylar yanvarda 2018-ci ildə 100 manat, fevral-mart aylarında isə verməmişdir. Sonra aprel, may, iyun ayılarında 100 manat X3 vasitəsilə göndərmişdir. Sonra pulu verməkdən imtina etmişdir. İddiaçı pulu verən Əmirova Ramilənin şəxsiyyət vəsiqəsinin surətini almışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş edərək bildirmişdir ki, qeyd edilən pul məbləğini cavabdeh 2018-ci ilin dekabr ayınadək qaytarmalı olduğu halda bugünədək öz borcunu tam şəkildə ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi X4 iddia tələbinin qəbul etməyərək, bildirdi ki, iddiaçının cavabdehə qarşı qeyd edilən borc məbləğinin 3000 manat hissəsi ilə bağlı artıq Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-431/2021 saylı xx.xx.2021-ci il tarixli qətanaməsi ilə artıq iddia tələbi rədd edilmiş və bugünədək qeyd edilən qətnamədən şikayyət verilməmişdir. Bu səbəbdən də iddia tələbinin qeyd edilən hissəsi ilə iş üzrə icrrata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa iddia tələbinin 2060 manat borcun, o cümlədən maddi və mənəvi ziyanın ödənilməsi hissəsində isə rədd edilməsini xahiş edərək bildirimişdir ki, qeyd edilən pul məbləği cavabdeh tərəfindən iddiaçından alınmamışdır. Belə ki, iddiaçı iddiasını təsdiq edəcək sübutlarıda məhkəməyə təqdim etməmişdir. Yeganə sübut kimi isə əlyazma hesab edilən qaralama təqdim edilmişdir, həmin qaralamadan cavabdehin məlumatı olmamışdır. Bundan da əlavə cavabdeh tərəf ərizə verərək qeyd etmişdir ki, əgər iddiaçı bildirdiyi kimi veribsə belə iddia müddətini ötürmüş olduğundan müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsini məhkəmən xahiş etmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-219/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı 3000 manat məbləğində pul tələbinə dair mülki işin icraataına xitam verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. - İddiaçının məhkəməyə təqdim etdiyi 05 noyabr 2017-ci il tarixli əl yazmadan görünür ki, Cavabdeh tanışı İddiaçı 3000 (üç min) manat 3 % ödəmək şərti ilə, yəni 3900 manat ödəmək şərti ilə pul vəsaiti almışdır. - İddiaçının məhkəməyə təqdim etdiyi borc verilməsi barədə əlyazmadan heç bir məlumatın aşkar olunmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1728/2021 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə xətşünaslıq ekspertizasının keçirilməsi, rəyin alınması və rəy məhkəməyə təqdim edilənədək mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2021-ci il tarixli, 4/774 nömrəli məhkəmə - xətşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubun surətindən görünür ki, ekspertiza təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2021-ci il tarixli, 4/774 nömrəli məhkəmə - xətşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubun surətindən görünür ki, ekspertiza təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2021-ci il tarixli, 4/1224 nömrəli məhkəmə - xətşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubun surətindən görünür ki, ekspertiza təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2022-ci il tarixli, 4/1676 nömrəli məhkəmə - xətşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubun surətindən görünür ki, ekspertiza təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-431/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı 3000 manat əsas borc, 900 manat götürdüyü öhdəliyə görə, öhdəliyi yerinə yetirmədiyinə görə 2000 manat, mənəvi ziyana görə 1500 manat olmaqla, cəmi 7400 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmiş və İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdikləri hallarla bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi yalnız öz subyektiv mülahizəsinə istinad edir və iddia tələbini təsdiq edən heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı cavabdehin ondan 2060 manat pulun almasını təsdiq edəcək əlyazma təqdim etsədə qeyd edilən əlyazmanın mətnində nə yazıldığı, məzmunun nə olması məhkəməyə aydın ola bilmədiyindən məhkəmə qeyd edilən əlyazmanı mötəbər sübut kimi qəbul edə bilmir. Bundan başqa məhkəmə iddia tələbinin əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin qeyd edilən hissəsi o zaman məhkəmə tərəfindən araşdırılmalı olmalıdır ki, iddia tələbi ilkin hissədə yəni əsas borcun tutulması hissəsində əsaslı olsun. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi nəqədər ki, əsas borcun tutulması hissəsində təmin edilməmişdir, əldan çıxmış fayda və mənəvi ziayn hissəsində də təmin edilə bilməz. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “2060 (iki min altmış) manat borc, 2000 (iki min) manat əldən çıxmış fayda, 1500 (bir min beş yüz) mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-219/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-219/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver