Məhkəmə qərarları › İş №2(008)-219/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-219/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-219/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X4, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağ sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “bağ sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1580 saylı bağ sahəsinə dair İddiaçı ilə Cavabdeh1 arasında alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan xx.xx.2021-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağ sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1580 saylı bağ sahəsinə dair 11 saylı Notariat kontorunda bağlanmış 4Ə-287 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər sabunçu rayon məhkəməsinin (hakim Əşir Səmədov) qərarı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfəindən mümkün hesab edilmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı il tarixdə X16 ilə birgə nikaha daxil olmuşdur. Həyat yoldaşı Adil Qurbanov xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum əri Adil Qurbanov sağikən, yəni birgə nikah dövründə - xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1580 saylı bağ sahəsini şifahi razılaşma əsasında 300.000 manat pulunu ödəməklə Cavabdeh1 almışdır. Cavabdeh1 həyat yoldaşı Adil Qurbanova xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 30 saylı DNK-da Ləhiş bağlar sahəsində yerləşən bağın özəlləşdirilməsi ilə əlaqədar onu müvafiq orqanlarda təmsil etmək üçün bütün hərəkətləri edə bilməsi barədə 5 il müddətinə etibarnamə vermişdir. Həyat yoldaşı Adil Qurbanov bu müddət ərzində bağ sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Hesab etmişdir ki, mübahisə olmadığından istənilən zaman bağ sahəsini sənədləşdirə bilər. O, X6 ilə birlikdə birgə təsərrüfat apararaq hər ikisinin qazancı əsasında o bağı tikib ərsəyə gətirmişlər. Həyat yoldaşı Adil Qurbanov 2021-ci ilin mart ayının 9-unda dünyasını dəyişmişdir. O vərəsəlik şəhadətnaməsi almaq üçün sənədləri həçinin o bağın sənədlərini hazırlamaq isdəmişdir. Kimdən ki, Rəşəd Hüseynovdan bağı alınmışdı, o onu tapıb, onunla alqı-satqı müqaviləsi bağlamasını xahiş etmişdir. O əvvəlcə razı olmuş, lakin bir gün sonra zəng edərək alınmayacağını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 bağı həyat yoldaşının qeyri rəsmi münasibətləri olan qadınla alqı-satqı müqaviləsi bağlamışdır. Həm qanuni cəhətdən, həm mənəvi əxlaq baxımından bu cür hərəkətlərin edilməsi öz özlüyündə etibarsız və düzgün deyildir. Hesab edir alq- satqı müqaviləsi etibarsız hesab edilməli, bağa dair onunla alqı-satqı müqaviləsi balanmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, iddiaçı ona qarşı iddia irəli sürərək iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.1990-cı il tarixdə X16 ilə birgə nikaha daxil olmuş, hayat yoldayı Adil Qurbanov xx.xx.2021 -ci il tarixdə vəfat etmişdir. Birgə nikahdan övladları yetkinlik yaşına çatmışdır. Övladları və o, mərhum Adil Qurbanovun birinci növbə vərəsələrdirlər. Mərhum əri Adil Qurbanov sağ ikən, yəni onunla birgə nikah dövründə - xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1580 saylı bağ sahəsini pulunu ödəməklə Cavabdeh1 almışdır. Cavabdeh1 hayat yoldaşı Adil Qurbanova xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 30 saylı DNK-da Ləhiş bağlar sahəsində yerləşən bağın özəlləşdirilməsi ilə əlaqədar onu müvafiq orqanlarda təmsil etmək üçün bütün hərəkətləri edə bilməsi barədə 5 il müddətinə etibarnamə vermişdir. X6 bu müddət ərzində bağ sahəsini öz adına sənədləşdirə bilməmişdir. Hesab etmişdir ki, mübahisə olmadığından istənilən zaman bağı sənədləşdirə bilər. O, mərhum yoldaşı ilə birgə təsərrüfat apararaq hər ikisinin qazancı əsasında o bağı tikmişlər, ərsəyə gətirmişlər. X6 2021-ci ilin aprel ayında dünyasını dəyişmişdir. O, vərəsəlik şahadətnaməsi almaq üçün sənədləri həmçinin o, bağın sənədlərini hazırlamaq istəmiş, bağı aldıqları Cavabdeh1 tapmış, onunla alqı-satqı bağlamasını xahiş etmişdir. Rəşad əvvəlcə razı olmuş, bir gün sonra zəng edib demiş ki, mümkün olmayacaq. Sonradan ona məlum oldu ki, Cavabdeh1 bağı həyat yoldaşının qeyri-rəsmi münasibatlari olan qadınla alqı-satqı müqavilasi bağlamışdır. Həm qanuni cəhətdən həm mənəvi əxlaq baxımından bu cür hərəkətlərin edilməsi özü özlüyündə etibarsız və düzgün deyil. Həmin bağ guya onların birgə mülkiyyəti idi. Hesab edir ki, müqavilə etibarsız hesab edilməli, bağa dair alqı-satqı müqavilasi onunla bağlanmalıdır. İddiaçı Cavabdeh1 qarşı ilk dəfə verdiyi iddia ərizəsində isə bildirmişdir ki, xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1580 saylı bağ sahəsini şifahi razılaşma əsasında 300.000 manat pulunu ödəməklə Cavabdeh1 almışdır. Buna görə də Cavabdeh1la onun arasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1580 saylı bağ sahəsinə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, kommersiya mübahisələri üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 01 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun keçid müddəaları sayılan 2.2-ci maddəsində deyilir ki, Bu Qanun, onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Prosessual hüquqlarımdan istifadə edərək iddia ərizəsinə qarşı etiraz təqdim etmiş və aşağıda göstərilənlərə əsasən iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. İlk olaraq onu bildirir ki, 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Nadi qızı ilk dəfə “Alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi” ilə məhkəməyə müraciət etmişdir və arasında Bakı şəhəri, Sabunçu rayonu,Ləhiş bağ sahəsi, 1580 saylı bağ sahəsinə dair İddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixində isə cavabdehlər Cavabdeh1 və o, Cavabdeh2 qarşı “Müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə yeni əsasla və yeni predmetlə məhkəməyə yeni iddia ərizəsi vermişdir. Hesab edir ki, məhkəmənin icraatında olan mülki işlə bağlı, iddianın həm əsasının, həm də predmetinin eyni anda dəyişdirilməsi yolverilməzdir. Buna görə də yeni iddia icraata götürülməməli idi. Ona qarşı verilmiş iddia tələbi ilə bağlı bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1580 saylı bağ sahəsini Cavabdeh1 etibarnamə əsasında təmsil edən X17 onunla Bakı şəhəri 11 saylı Notariat ofisində alqı-satqı müqaviləsi bağlamış və o, 44000 (qırx dörd min) manat nağd pul ödəməklə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu,Ləhiş bağ sahəsi, 1580 saylı bağ sahəsini satın almışdır. Həmin bağ sahəsinin mərhum X14 heç bir aidiyyəti olmamış, bağ sahəsinə dair Cavabdeh1la onun arasında hər-hansı bir razılaşma və ya müqavilə olmamışdır. Belə olduğu təqdirdə hesab edir ki, İddiaçı ona və qeyrisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Ona görə də iddia rədd edilməlidir. İddiaçı Nadiq qızının Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydadad məlumatlandırılmış digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat vaerməmişdir. Məhkəmə mülki işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən digər Cavabdeh1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edərək bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1580 saylı bağ sahəsi rəsmi sənədlərdə onun mülkiyyətində olsa da əslində bağ sahəsinin mülkiyyətçisi onun əmis Şahid Hüseynağa oğluna məxsusu olmuşdur. Əmisinin xahişi ilə o, bağı Adillə satmışdır. Puluda əmisi götürmüşdür Adilldən. Bağ satılan vaxt bağın sənədləri tam hazır olmadığından o Adilə etibarnamə vermişdir ki, sənədləşdirmə işləri aparsın. Lakin sonradan ona məlum oldu ki, Adil rəhmətə getmişdir. O əvvəlcə həmin bağı Adillin həyat yoldaşına satmaq isdəsədə, sonra o elə bilmişdir ki, Adllə həyat yoldaşı ayrılıb, həmin bağ sahəsində olan evdə isə Adilin digər həyat yoldaşı yaşadığından o bağı Tahirəyə satmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı şöbəsinin V-ЖГ seriyalı, 413149 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X9 12 dekabr 1990-cı il tarixdə 1139 nömrəli akt qeydi ilə nikahları bağlanmışdır. 1 saylı Bakı “ASAN Xidmət” X5 AZ İİ seriyalı, 168340 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X16 xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2021-ci il tarixli, 263 nömrəli aktla ölüm haqqında akt qeydi qeydə alınmışdır. xx.xx.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 5 il müddətinə X14 Ləhiş bağlar sahəsində yerləşən bağın özəlləşdirilməsi ilə əlaqədar onu müvafiq dövlət orqanlarında idarələrində, komitələrində, təşkilatlarında, icra orqanlarında təmsil etməyi adından ərizə yazmağı, imza etməyi, sənədlər təqdim etməyi, almağı, o cümlədən DTXK-dən kadastr planı, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, texniki sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********25 nömrəli, xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1580 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X2 və İstismarı Birliyi ilə Cavabdeh1 arasında xx.xx.2006-cı il tarixli, 17384 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəşəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 1580 saylı bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi xx.xx.1962-ci il təvəllüdlü X16 ********** qeydiyyat nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir və xx.xx.2014-cü il tarixdə həmin bağ sahəsi Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi Bakı şəhəri 11 saylı Notariat Kontorunda təsdiq edilmiş 4Ə-287 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. X15 və Ekspertiza Mərkəzi MMC-nin 65 nömrəli, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 1580 saylı bağ sahəsinin və həmin bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinin hazırki bazar qiymətinə uyğun olaraq bazar qiyməti təqribən 175000 manat təşkil etdiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın AN-İ seriyalı, ******* nömrəli Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan ünvanında yerləşən ümumi sahəsi 0.242236 ha olan torpaq sahəsini Cavabdeh2 44 000 manata satmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnaməsinin surətindən görünür ki, X10 vərəsəsi arvadı İddiaçıdır və o, miras əmlakdan 3/10 pay irs almalıdır. Əvvəlki məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid Hüseynağa oğlu izahatında bildirmişdir ki, o mərhum Adillə bir yerdə işləmişlər. Onun Ləhiş bağı var idi. O bağı Adilə bağışlamışdır. Bağ faktiki onun onun olmuş, lakin qardaşı oğlu Rəşadın adına olmuşdur. Adil həmin bağda ikinci həyatyoldaşı ilə yaşamışdır. O evi təmir etdərək, orada yeni ev tikmişdir. Həyatyoldaşı və uşaqları ilə birlikdə orada yaşamışdır. Əvvəlki məhkəmə iclasına şahid qismində dəvət edilmiş X1 izahatında bildirmişdir ki, o iddiaçının evində tikinti işləri ilə məşğul olmuşdur. Hasar çəkmişdir. Hamam və sanitar qovşağı tikmişdir. Tikinti işləri aparan zaman həmin qadın da orada olmuşdur. Onun orada çox olmasını görəndə bilmişdir ki, Adilin o qadınla münasibəti var. Gördüyü işlərin pulların Fatma xanım vermişdir. Hərdən Adil də gördüyü işlərə görə ona pul vermişdir. Adil öləndən sonra 500 manat borc qalmışdır. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X3 izahatında bildirmişdir ki, o, Adilin bibisi olmuşdur. Adil ilə bağda eyni evdə yaşamışlar. Adil ev alan zamanı onlar da Adilin kömək etmişlər. Onlar cavabdeh olan Talıyeva Tahirəni evdə köməkçi bilmişlər. Ayın 9-u Adil öldükdən sonra cavabdehlər arasında ayın 10-u alqı-satqı olub. Bağ alınan zaman Adil ondan pul alıb bağ evini tikintisinə xərcləmişdir. Lakin Adildən səvayı Fatma da evin tikintisinə pul xərcləmişdir. Tikinti 4-5 il davam etmişdir. Hal-hazırda o bağ evində Cavabdeh2 yaşayır. Fatma xanımda əvvələr həmin evdə yaşamışdır. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X11 izahatında bildirmişdir ki, Adil onun qardaşı oğlu olmuşdur. Adil bağ alan zaman və eyni zamanda bağın tikntisi zamanı ondan da pul almışdır. Bağ təxminən 2007-ci illərdə alınmışdır. Fatma xanımla yay mövsümündə orada qalmışlar. 2012-2013-cü illərdə orada təmir işləri aparılmışdır. Təmir işləri üçün Adil də, arvadı Fatma da pul ödəmişlər. İndi orada əvvəllər orada gözətçi saxladığı xanım yaşayır. İddiaçı halhazırda orada yaşamır. Onu ikinci arvadı kimi bağda saxladığını deyirdi. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsi nəzərdə tutur ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsız hesab olunur (Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələri). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Mülki işin matriallarından görünür ki, Cavabdeh1 öz xüsusui mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən ümumi 0.242236 ha olan 1580 saylı bağ sahəsini Cavabdeh2 xx.xx.2021-ci il tarixdə 44.000 manat məbləğinə satmlışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış torpaq sahəasinə dair alqı-satqı müqaviləsinin onun hüquq və mənafelərinə toxunması səbəbindən etibarsız hesab edilməsini məhkəmədən xahiş edərək qeyd edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı məhkəməyə müraciət edərək sözügedən bağ sahəsinin mülkiyyətçi tərəfindən onun həyat yoldaşı Qurbanov Adilə satılmış olduğu bildirərək bu halı təsdiq edən sübut kimi isə keçmiş mülkiyyətçinin Qurbanov Adilə 5 il müddətinə vermiş olduğu etibarnaməni təqdim etsədə, məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, mülkiyyət hüququ yalnız torpaq sahəsinin və onun üzərində tikilmiş tikilinin qanunla müəyyən edilmiş qaydada dövlət reystrində qeydiyyatda alındığdan sonra yaranır. Etibarnamələr isə hüquqmüəyyənedici sənd hesab edilə bilməz, yalnız etibar edənin etibar edilənə özünə məxsus hüquqlarını həyata keçirmək üçün vermiş olduğu qanunla qadağan edilməmiş səlahiyyətləridir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağ sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar