Məhkəmə qərarları › İş №2(008)-2199/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2199/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2199/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X9 qızının, İddiaçılar İddiaçı1, X4 və İddiaçı3, Cavabdehlərin nümayəndəsi (müvafiq olaraq qızı və bacısı) X2 iştirakları ilə, İddiaçı İddiaçı1, X4 və İddiaçı3 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, X4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 40.000 ABŞ dollar pulun və banka ödədikləri 294 manat dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə X6 2004-cü il tarixdə evlənmişdilər. Sabunçu rayon məhkəməsinin 05.02.2021-ci il tarixli qərarı ilə nikah pozulmuşdur. Onlar nikahdə olan zaman İlahənin atası mərhum X7 borca pul istədi. İddiaçı qohum olduğu üçün Valeh Musayevə inanaraq pul verəcəyini, o, isə pulu isə tez bir zamanda verəcəyini bildirmişdir. İddiaçılar cavabdehlərin adına müəyyən vaxtlarda bank vasitəsi ilə 50.000 ABŞ dolları göndərmişdilər.

1. 08.10.2013-cü il tarixdə İddiaçı2 Valeh Musayevə 5000 ABŞ dolları;

2. 08.10.2013-cü il tarixdə Valeh Musayeva 5000 ABŞ dolları;

3. 08.10.2013-cü il tarixdə İddiaçı3 Valeh Musayeva 5000 ABŞ dolları;

4. 11.10.2013-cü il tarixdə Valeh Musayevə 5000 ABŞ dolları;

5. 11.10.2013-cü il tarixdə İddiaçı3 Cavabdeh1 5000 ABŞ dolları;

6. 11.10.2013-cü il tarixdə Cavabdeh2 5000 ABŞ dolları;

7. 16.10.2013-cü il tarixdə Valeh Musayevə 5000 ABŞ dolları;

8. 16.10.2013-cü il tarixdə İddiaçı3 Cavabdeh2 5000 ABŞ dolları. Bundan başqa, 08.10.2013-cü il və 11.10.2013-cü il tarixdə İlahə Musayeva atası Valeh Musayevə 5000 ABŞ dolları göndərmişdir. Lakin bu vaxta qədər heç bir ödəniş etməyiblər. İndi isə Arzumanla İlahə ayrıldığı üçün cavabdehlərdən borclu olduqları pulu geri ödəmələrini tələb etməklərinə baxmayaraq bu vaxta qədər heç bir ödəniş etməyiblər. Hal-hazırda X7 2021-ci ilin oktyabr ayında ölmüşdür. Onun qanuni üzrə vərəsi isə ailə üzvləri qalmışdır. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi (müvafiq olaraq qızı və bacısı) X6 izahat verərək qeyd etdi ki, o, iddiaçı Arzumanın keçmiş arvadı, digər iddiaçıların keçmiş gəlinidir. İddiaçılar və nümaynəndə Rusiya Federasiyasında yaşayırdılar, o zamanlar onlar oradan nümayəndənin ailə üzvlərinin adına pul göndərirdilər, həmin məbləğlərin hamısı iddiaçılara Azərbaycanda təhvil verilirdi. Hazırda nümayəndənin iddiaçı Arzumanla nikahı pozulmuş və ondan aliment tutulmuşdur. Arzumanın həmin aliment üzrə xeyli miqdarda borcu yaranmışdır. Həmin borc ondan tələb edildiyindən hazırki iddia gündəmə çıxmışdır. 2013-cü ildə yaranan borc niyə bu gün tələb edilir? Çünki belə bir borc yoxdur. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı tərəfindən pul məbləğilərinin göndərilməsini təsdiq edən aşağıdakı qəbzlər və kassa mədaxil orderləri təqlim edilmişdir. İddiaçı2 tərəfindən göndərilmiş:

1. 08.10.2013-cü il tarixdə X3 adına 5000 ABŞ dolları;

2. 11.10.2013-cü il tarixdə X3 adına 5000 ABŞ dolları;

3. 16.10.2013-cü il tarixdə X3 adına 5000 ABŞ dolları.

İddiaçı1 tərəfindən göndərilmiş: 08.10.2013-cü il tarixdə X3 adına 5000 ABŞ dolları; 11.10.2013-cü il tarixdə Cavabdeh2 5000 ABŞ dolları.

İddiaçı3 tərəfindən göndərilmiş: 08.10.2013-cü il tarixdə Valeh Musayevin adına 5000 ABŞ dolları; 11.10.2013-cü il tarixdə Cavabdeh1 5000 ABŞ dolları; 16.10.2013-cü il tarixdə Cavabdeh2 5000 ABŞ dolları.

Beləliklə, X3 adına İddiaçı2 tərəfindən 15000 ABŞ dolları, İddiaçı1 tərəfindən 5000 ABŞ dolları, İddiaçı3 tərəfindən 5000 ABŞ dolları, cəmi üç iddiaçı tərəfindən X3 adına 25000 ABŞ dolları məbləğində məbləğində pul vəsaiti göndərilmişdir. Cavabdeh2 10000 ABŞ dolları, Cavabdeh1 5000 ABŞ dolları pul vəsaiti göndərilmişdir. Hazırda iddiaçılar həmin 40000 ABŞ dollarının cavabdehlərdən tutulmasını istəyirlər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın rədd edilməli olduğu qənaətinə gəlmişdir. İddiaçıları həmin mələğlərin borc olaraq verildiyi iddia edirlər, cavabdeh tərəf isə sadəcə onlar Azərbaycanda yaşadıqlarına görə onların adına ünvanlandığını və sonradan həmin məbləğlərin onlara qaytarıldığını iddia edirlər. Qeyd edildiyi kimi, tələb edilən məbləğin 25000 ABŞ dolları hissəsi X3 adına göndərilmişdir. X7 ölmüşdür və pullar onun vərəsələrindən – arvadından və qızından tələb edilir (işin bu halları mübahisəsiz olduğundan məhkəmə əlavə sənədlərin təqdim edilməsini tələb etməmişdir). Buna dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İddiaçılar tərəfindən X3 miras aktivi və cavabdehlərin həmin miras aktivinə dair vərəsə olmalarına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Odur ki, heç bir halda X5 ödənilmiş hər hansı bir məbləğ onun ailəsindən tutula bilməz. Ümumiyyətlə məhkəmə hesab edir ki, iddia bütövlükdə iddia müddəti ötdüyündən təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, hazırki öhdəliklər vaxtaşırı edilən öhdəliklərdir. Cavabdehlərin nümayəndələri iddia müddətinin tədbiqi barədə ərizə vermişdir. İddiaçı tərəfin mövqeyinə pulunu indi tələb edilməyinin səbəbi Arzumanla İlahənin boşanmasıdır. Bu hal iddia müddətinin ötürülməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia rədd edilsin. Ödənilmiş 294 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar