Məhkəmə qərarları › İş №2(008)-2202/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2202/2023

11.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2202/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayon Məhkəməsinin 2(008)-3256/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən xx.xx.2016-cı il tarixdə doğulmuş X1 üçün tutulan alimentin artırılaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin, eyni zamanda mediasiya xərcləri üçün ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X6 doğulmuşdur. Sabunçu rayon Məhkəməsinin 2(008)-3256/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsilə cavabdehdən Güldəstənin yetkinlik yaşına çatanadək saxlanması üçün 193 manat məbləğində aliment tutulmuşdur. Hazırda həmin məbləğ uşağın saxlanması üçün kifayət etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehin rəsmi arvadı və iki uşağının olduğunu bilir. Onun qızı Güldəstə məktəbə gedir, tələbatları artıb, məktəbə qədər uşaq bağçasına, müəllim yanına gedirdi. Cavabdehin gəlirləri barədə məlumatı yoxdu, bildiyinə görə taksi fəaliyyəti ilə məşğul olur, 2019-cu ilədək polisdə işləyib. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddianı qəbul etməyərək qeyd etdi ki, onun arvadı və iki uşağı var, işləmir, aliment borcu da yığılıb. Xahiş edir, iddia rədd edilsin. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdeh faktiki nikah münasibətlərində olmuşdular. Onların yetkinlik yaşına çatmamış bir uşaqları var - xx.xx.2016-cı il tarixdə doğulmuş X6 (4 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 308300 №-li atalığın müəyyən edilməsi barədə və AZ-İİİ seriyalı 791309 №-li doğum haqqında şəhadətnamələr). Sabunçu rayon Məhkəməsinin 2(008)-3256/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün alimentin məbləği artırılaraq cavabdehdən hər ay 193 manat aliment tutulmuşdur. Cavabdehin arvadı və iki uşağı var (işin mübahisəsiz halı olduğundan əlavə sənədlərin tələb edilməsinə zərurət yaranmadı). Cavabdehin işi barədə elektron məhkəmə sistemindən məlumat əldə etmək mümkün olmamışdır. Hazırda iddiaçı alimentin məbləğinin 193 manatdan 220 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edildiy kimi, cavabdehin maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır, cavabdehin arvadı və iki başqa uşağı var. Sabunçu rayon Məhkəməsinin 2(008)-3256/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsində cavabdehin uşaqları barədə hallar müəyyən edilməmiş və 193 manat aliment tutulmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində gbstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İddiaçı alimentin artırlamısının zərurəti barədə də məhkəməyə sübutlar təqdim etməmişdir. Uşağın məktəbə getməsi onun tələbatlarının artmasına birmənalı olaraq dəlalət etmir. İddiaçının izahatına əsasən, uşaq məktəbə gədər uşaq bağçasına və müəllim yanına gedirdi, yəni uşağın tələbatlarında artım baş verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, iddiaçı 50 manat mediasiya xərcinin tutulması istəyir. Məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia rədd edilsin. Mediasiya xidməti üçün ödənilmiş 50 manat pul vəsaiti iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar