Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2203/2023 06.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3230 (üç min iki yüz otuz manat) pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, qeyd etdiyi ünvanda yaşayır. Cavabdeh oğu onun oğlu X1 Hallar Nazirliyində işə düzəltmək, adı ilə ondan 3500 (üç min beş yüz manat) pul alaraq ona qarşı dələduzluq etmişdir. Cavabdeh bildirmişdir ki, həmin pul işçiləri işə götürülməsindən ötrü müdiriyyət tərəfindən tələb olunur. O, cavabdehin səmimiyyətinə tam inanaraq onunla danışdığı vaxt xx.xx.2021-ci ildə Cavanşirin verdiyi ada X3 “Kapital Bank” xidmətlərin nağd ödənişi vəsatəti ilə 500.00 (beş yüz manat) Million elektron ödəniş sistemi vasitəsi ilə pul köçürmüş, (həmin çekin surətini) ərizəsinə əlavə edir. Cavabdeh həmin pul aldığını ona bildirərək qalan pulu da göndərməyini ondan tələb etmişdir. xx.xx.2022-ci il tarixində o, Cavabdeh adına Cəlilabad rayon Göytəpə poçt vasitəsi ilə 2020 (iki min iyirmi manat) pul köçürmüş, həmin tarixdə təkrarən cavabdeh israrla ondan pul tələb etdiyindən Göytəpə poçt vastəsi ilə 1010 (min on manat) pulu başqasından borc alaraq Cavanşirin öz adına köçürmüş, (həmin qəbzlərin surətini ərizəsinə əlavə etmişdir). Sonradan cavabdehin onu aldatdığını hiss edib ondan pulunu tələb etsə də, cavabdeh ona 100 (yüz manat) aparat vasitəsi ilə 200 (iki yüz manatı) isə iş yoldaşı Babək adlı şəxsin vasitəsi ilə qaytarmışdır. Cavabdeh qalan 3230 manat pulunu geri verəcəyinə söz vermişdir. O, hər dəfə pulunu cavabdehdən geri istəsə də o onu aldadır, telefon nömrəsini bloka ataraq ondan qaçmağa çalışmışdır, o, cavabdehin pulu verməyəcəyini hiss edib məhkəmə qaydasında almağa qərara gəlmişdir. Xahiş etmişdir ki, nəzərə alınsın. Odur ki, məhkəməyə müraciyət etməli olmuşdur. Nəzərinə çatdırır ki, Cavanşirin ondan pul alması barədə kifayət qədər şahid və sübutları vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş edərək bildirmişdir ki, cavabdehin ayrı-ayrı vaxtlarda ondan 3530 manat məbləğində pul aldığını, lakin onun 500 manatını ödədiyini bildirmişdir. Qeyd edilən ödənişin 300 manat olan hissəsi məhkəməyə müraciət etməmişdən əvvəl olsada 200 manat olan hissəsi isə məhkəməyə iddia ərizəsi verildikdən sonra cavabdeh tərəfindən ona qaytarmışdır. və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarına əlavə edilmiş 01277 saylı xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, 500 maant məbləğində pul vəsaiti X2 hesabına ödənilmişdir. xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, 1000 manat məbləğində pul vəsaiti X8 tərəfindən Cavabdeh Sefi oğluna ödənmişdir. Xidmət haqqı 10 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli Göytəpə PŞ tərəfindən təqdim edilmiş qəbzin surətindən görünür ki, X8 tərəfindən 2000 manat məbləğində pul vəsaiti Cavabdeh Sefi oğluna ödənmişdir. Xidmət haqqı 20 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki işin matriallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzlərin surətindən məlum olur ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 3000 manat məbləğində pul vəsaiti göndərilmişdir. İddiaçı məhkəməyə izahat verərək bildirmişdir ki, cavabdehə göndərilmiş pul vəsaitinin 500 manat hissəsi cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Belə olan halda cavabdehə göndərilmiş 3000 manat puldan ödənilmiş 500 manat hissə çıxılmalı yerdə qalan pul məbləğ 2500 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixli qəbzlərə əsasən cavabdehə 1010 və 2020 manat pul ödəmiş olduğunu bildirsədə, sözügedən qəbzlərdən məlum olur ki, qeyd edilən 10 və 20 manat olan pul məbləği cavabdehə pulun köçürülməsi zamanı ödənilən xidmət haqqı olduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bundan başqa məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli qəbzə əsasən X2 adına göndərilmiş 500 manat pulun cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı X2 adına göndərilmiş pulun cacvabdeh Cavabdeh verilmiş olduğunu məhkəmədə bildirsədə bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul və 45 (qırx beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2203/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2203/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver