Məhkəmə qərarları › İş №2(008)-2231/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2231/2022

05.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2231/2022 05.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı darvazanın yerinin dəyişdirilməsi və tullantı sular üçün qazılmış quyunun cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Vişnyoka bağ sahəsi, 808 ünvanındakı hasarın yerinin dəyişdirilməsi; ünvanların arasındakı qanunsuz tikililərin (qaraj, şomba) cavabdeh tərəfindən sökülməsi; cavabdehin qanunsuz əməlləri nəticəsində dəymiş 300 manat zərərin; dövlət rüsumu üçün ödənilmiş 100 manatın tutularaq ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyoka bağ sahəsi, 787 k nömrəli bağ evində yaşayır. Bağ eviylə üzbəüz vətəndaş X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyoka bağ sahəsi, 808 ünvanında olan bağ evi yerləşir. Cavabdeh iddiaçının dayısı oğludur. Təəssüf ki, bir neçə il əvvəl iddiaçının bu ərazidə torpaq sahəsi aldıqdan və bu torpaq sahəsi üzərində evi tikdikdən sonra cavabdeh və ailəsi onlara qarşı aqressivləşmiş və adekvat olmayan hərəkətlər etməyə başlamışdır. Belə ki, cavabdeh iddiaçının bağ sahəsinə bitişik torpaq sahasini almışdır. Əvvəldən həmin boş torpaq sahəsinin küçə qapısı (darvazası) onun öz bağı tərəfində yerləşirdi. Qarşı tərəfin onlara anlaşılmayan aqressiyasından sonra cavabdeh hər iki bağ sahəsinin arasında qanunsuz olaraq kanalizasiya tullantılarının toplantısı olan “şomba” qazdırmış və sonradan böyük bir qaraj tikməyə başlamışdır. Cavabdeh bu tikililəri öz həyətində yox, məhz ümumi istifadə yerində tikmişdir. Həmin qaraj cavabdehin sonradan aldığı bağın darvazasının qarşısını kəsdiyi üçün, darvazanı sökərək düz iddiaçının evinin qarajının çıxışında qoydurmuşdur. Cavabdeh yeni aldığı torpaq sahəsində ferma saxlayır. Çoxlu sayda qoyunları vardır və həmin qoyunları otarmağa çıxararkən onun evinə bitişik və onun tərəfindən “tametlə” düzəldişmiş ümumi istifadədə olan həyətdən keçirir. Qoyunlar hər dəfə ordan keçərkən bütün ətrafı kirləndirir və ətaf qoyun qığı ilə örtülü olur. Bu səbəbdən bir neçə dəfə cavabdehi məlumatlandırmışdır. Lakin cavabdeh heçbir nəticə çıxarmır, əvəzində “get kimə şikayət edirsən, et” deyərək öz başından edir. Hətta bununla qalmayaraq ağır tonnajlı yük maşınlarını öz torpağına salmaq adı ilə həmin darvazadan keçirir və bununla da ətrafda ağır toz-duman olmasına və eyni zamanda tametlərin qırılmasına səbəb olur. Göstərilən ərazidəki özbaşına tikili iddiaçının evinə gediş-gəlişə mane olur, həyətdə oynayan uşaqlar üçün təhlükə yaradır. Eyni zamanda kanalizasiya borusundan gələn natəmiz qoxular küləkli havalarda evə dolur və normal olaraq həyat şəraitinə mane olur. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tikilmiş tikinti dayandırılmış və qarajın az bir hissəsi sökülmüşdür. Amma ərazidə tikinti daşları və yarımçıq tikili saxlanılmışdır. Məhkəmə xx.xx.2022-ci il tarixdə əsl olmayan cavabdehi əsl olan Cavabdeh ilə əvəz etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, özünün mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyoka bağ sahəsi, 808 №-li bağ sahəsi və cavabdehin mülkiyyətində olan Vişnyoka-2 bağ sahəsi, 808 , 809 və 809a salyı bağ sahələrində cavabdeh tərəfindən iddiaçının divarının 1,5 metrlik məsafəsində quraşdırılan darvazanın yerinin dəyişdirilməsi və 17 metr uzunluğu olan divarının digər küncünə yaxın məsafədə qoyulması, iddiaçı ilə cavabdehin bağ sahələrinin arasında olan ümumi istfadədə olan ərazidə inşa edilmiş tullantı sular üçün quyunun sökülməsi və söküntüdən sonra ərazinin abadlaşdırılmasının cavabdehin hesabına həyata keçirilməsi, dövlət rüsumu üçün ödənilmiş 100 manatın cavabdehdən tutularaq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə elektron məhkəmə sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarındakı ünvana, eyni zamanda bağ evinin ünvanına bildirişlər göndərilməklə məlumat verilmiş, o, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin və tələbini dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı və cavabdeh qonşu, eyni zamanda qohumdular. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyoka bağ sahəsi, 787 k nömrəli 378,10 kv metrdən ibarət olan bağ evi və 0,08 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir (DƏDRX tərəfindən verilmiş Çıxarış, daşınmaz əmlaık reyestr nömrəsi **********56-11301, qeydiyyat nömrəsi **********8, qeydiyyat tarixi xx.xx.2019-cu il). Bakı şəhəri, Sabunçu rayonu, Vişnyoka-2 bağ sahəsi, hər biri 0,12 ha torpaq sahəsi olan 808 , 809 və 809a salyı bağ sahələri (ümumi 0,36 ha) Cavabdeh mülkiyyətindədir (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). Məhkəmə tərəfindən mübahisə predmeti olan əraziyə baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmiş və təxmini cizgisi tərtib edilmişdir. İddiaçı ilə cavabdehin bağlaranının ara məsafəsi trapesiya formasında olmaqla girişdə təxmini 13 metr, sonunda təxmini 17 metrdir, iddiaçının divarına cavabdehin yanaşı divarının uzunluğu 17 metrdir, cavabdehin həmin özünə məxsus 17 metrlik divarının iddiaçının divarına olan 1,5 metrlik məsafəsində darvaza quraşdırmış, ümumi istiafdədə olan ərazinin yarısından biraz az hissəsində tullantı sular üçün quyu qazdırmışdır. İddiaçı tərəfindən məhkəməyə votsap vasitəsilə çəkilmiş foto və videoları əks etdirən yaddaş kartı təqdim edilmişdir. İddiaçının nümayəndəsinin dediyinə görə həmin videolarda və fotolarda ağacları qopardan qadın məhz cavabdehdir. Hazırda iddiaçı darvazanın yerinin dəyişdirilməsi və tullantı sular üçün qazılmış quyunun cavabdehin hesabına sökülməsini istəyir. İş materiallarından görünür ki, iddiaçının anası ilə cavabdehin arasında məhz bu məsələlərlə əlaqədar mübahisələr olub, barələrində inzibati xəta protokolları tərtib edilib və məhkəmə qərarları ilə inzibati tənbeh tədbiq edilib. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 170.4. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Məhkəmə müəyyən etmişdir ki, cavabdehin mülkiyyətində 0,36 ha torpaq sahəsi olduğu halda, qonşu ilə arasında olan ümumi istfadədə olan, iddiaçı tərəfindən tametlə və yaşıllıqla abadlaşdırılmış ərazidə tullantı sular üçün quyu qazmış və bununla da iddiaçının aşağıdakı hüquqlarını pozmuşdur: tərəflərin ümumi istifadəsində olan ərazi daralmış, avtomobillərin rahat manevrı üçün problemlər yaranmış, iddiaçı pis qoxulara dözməyə məruz qalmış, ərazinin ümumi gözəlliyi məhv olmuşdur. Bundan başqa, cavabdehin iddiaçının divarına yanaşı olan divarın uzunluğunun 17 metr olmasına baxmayaraq, cavabdeh darvazasını iddiaçının divarının 1,5 metrlik məsafəsində inşa etmişdir. Qeyd edildiyi kimi, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, cavabdehə məxsus torpaq sahəsində heyvan saxlanılır. Məhkəmə hesab edir ki, cavabdehin darvazasını iddiaçının divarının 1,5 metrlik məsafəsində inşa edilməsi iddiaçının aşağıdakı hüquqların pozur: cavabdehin darvazasından avtomobillərin, heyvanların hərəkət etməsi iddiaçını lazımsız səsə, pis qoxuya dözməyə məruz qoymuşdur. Məhkəmə bir daha qeyd etmək istəyir ki, iddiaçının torapq sahəsi 0,08 ha olduğu təqdirdə, cavabdehin mülkiyyətndə 0,36 torpaq sahəsi var, divarlarının uzunluğu kifayət qədərdir. Məhkəmə hesab edir ki, cavabdeh qonşuluq hüququna hörmətlə yanaşmaqla, maksimal dərəcədə ona ziyan vurmamalıdır, belə bir ziyanın vurulmaması üçün də cavabdeh kifayət qədər imkanlara malikdir. Cavabdeh isə münaqişənin daha da böyüməsi istiqamətində bütün hərəkətləri etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyoka bağ sahəsi, 808 №-li bağ sahəsi və Cavabdeh mülkiyyətində olan Vişnyoka-2 bağ sahəsi, 808 , 809 və 809a salyı bağ sahələrində cavabdeh tərəfindən iddiaçının divarının 1,5 metrlik məsafəsində quraşdırılan darvazanın yeri dəyişdirilsin və 17 metr uzunluğu olan divarının digər küncünə yaxın məsafədə qoyulsun, iddiaçı ilə cavabdehin bağ sahələrinin arasında olan ümumi istfadədə olan ərazidə inşa edilmiş tullantı sular üçün quyunun sökülməsi və söküntüdən sonra ərazinin abadlaşdırılması cavabdehin hesabına həyata keçirilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar