Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2244/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı Cavabdeh qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Knyaz qızına onun pensiyasından ödənilmiş 1809,77 (min səkkiz yüz doqquz manat, yetmiş yeddi qəpik) manat məbləğində pulun ona geri qaytarılması və bundan sonra onun pensiyasından tutulmaların dayandırılması və məhkəməyə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə iddia ərizəsini araşdıraraq qeyd edir ki, iş materiallarından görünür ki Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-309/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hazırki sözügedən əşyaların Cavabdeh qaytarılması və əşyalar olmadıqda onların dəyərinin ödənilməsi qət edilmişdir. Hazırki iddia tələbi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-309/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə icra edilməli olan hərəkətlərin səbəbindən meydana gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia ərizəsindən məhkəmədə baxılmamalı olması əsası ilə imtina edilməlidir. Belə ki, hazırki tələb Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-309/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin icra edilməsi ilə əlaqədar olduğundan, hazırki tələbə müstəqil iddia ərizəsi formasında baxıla bilməz. Ərizəçiyə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-309/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı ərizə formasında icra orqanına və ya aidiyyatı üzrə məhkəməyə müraciət edə bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı ““ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. xx.xx.2025-ci il tarixli **********4 nömrəli qəbzə əsasən İddiaçı tərəfindən ödənilmiş 49.4 manat məbləğində dövlət rüsumu büdcədən İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2244/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2244/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver