Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2245/2025 01.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (dəqiqləşdirilmiş tələblə) Cavabdeh1 5820 manat borc, 2200 manat vurduğu zərər, cəmi 8020 manat, Cavabdeh2 1200 manat əsas borc, 800 manat vurduğu zərər olan pulun, cəmi 2000 manatın, eyni zamanda 120 manat ödənilmiş dövlət rüsumunun və hüquqi yardıma görə 320 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlərlə 2023-cü ildə çörək bişirən yerdə birgə işləmiş, münasibətləri yaxşı olmuşdur. Cavabdeh Faiq bildirdmişdir ki,onun maşını xarab olub, 3000 manat lazımdır, maşını düzəltdirib pulu ona qaytracaq və ona köməklik edəcək. Sonra yenə də maşını vurulanda 2000 manat və sonra 820 manat aldı, maşını satıb pulu ona qaytaracağını bildird. Maşının qiyməti 7000 manat olduğu halda 14000 manata deyirdi. İddiaçı verdiyi pulun əvəzi olaraq maşını ondan istəmiş, lakin o, müxtəlif səbəblərdən uzatmış bu məsələni, sonra isə iddiaçı maşının satıldığını bilmiş və aldadıldığını başa düşmüşdür. Sonra Faiq əlavə 2500 manat istəmiş, onun 2200 manatı olmuş və o məbləği Faiqin anası, digər Cavabdeh2 vermişdir. Cavabdehlər 3 ilə yaxındır ki, onu aldadırlar, bu gün sabah sənin pulunu qaytaracıq desələr də, amma bunu etmirlər. İddiaçı məcbur qalıb 2024-cü ilin mart ayında 13 saylı PB-nə müraciət etmiş, onlar pulu qaytardıqlarına dair polisə yalan məlumat vermişdilər. 13-cü PB-də polis də xx.xx.2024-cü ildə Cinayət işinin başlanmasının rədd olunması barədə Qərar qəbul etdi. Cavabdehlər 8020 manat (səkkiz min iyirmi) manat alıblar ondan. 350-350-300 man qaytarıblar, qalıb 7000 manat, eyni zamanda, 7000 manat pul bu günə kimi öz dəyərini itirmiş və infliasiyaya uğramışdır.Ona görə də ödəniləcək pul verilərkən infliasiya səviyyəsi nəzərə alınmalıdır. AR MPM-nin 232–ci maddəsinə əsasən məhkəmə tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda qeyd edti ki, cavabdeh Faiq ona heç bir məbləğ ödəməmiş, lakin digər cavabdeh 3 dəfəyə onun kartına 1000 manat borcundan köçürtmüşdür. İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək qeyd etdi ki, o, sələmlə iddiaçıdan 5000 manat məbləğində pul almış, bir müddət pulun faizini, sonra isə ana məbləği ödəmişdir, iddiaçıya borcu yoxdur, xahiş edir iddia rədd edilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək qeyd etdi ki, o, iddiaçıdan 2200 manat məbləğində pul almış, 1000 manatı bir neçə dəfə onun kartına köçürtmüş, sonradan iddiaçının kartı bloka düşdüyündən əlbəl qalan məbləği ödəmişdir, iddiaçıya borcu yoxdur, xahiş edir iddia rədd edilsin. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı ilə cavabdehlərin arasında hər hansı müqavilə münasibətləri mövcud olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Şöbəsinə müraciət etmişdir. 13-cü Polis Şöbəs tərəfindən xx.xx.2024-cü il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Qərar qəbul etmişdir. Həmin qərardan aşağıdakılar görünür. Cavabdeh1 izahatında bildirmişdir ki, o, iddiaçıdan 5000 manat pulu aylıq 10 faiz sələmlə götürmüş, aylıq olaraq borc götürdüyü məbləğə 500 manat sələm faiz vermişdir. Anası Cavabdeh2 borc pul lazım olmuş, o, Bəsdi xanımı anası ilə tanış etmi, 2023-cü ilin may ayında Bəsdi xanımdan borc olaraq pul götürmüşlər, götürdükləri 5000 min manatın faizinin dayandırılmasım xahiş etmiş, həmin pulu hissəli şəkildə ödəyəcəyini demişdir. 2023-cü ilin iyun ayından oktyabr ayınadək aylıq olaraq 350-400 manat ödəmişlər. Oktyabr ayının ortalarında böyük qardaşının toy məclisindən əldə olunmuş pulla Bəsdi xanıma olan pul borclarını tam şəkildə ödəmişlər. Əlavə olaraq Bəsdi xanıma ümumiliklə borcunun olmadığını qeyd etmişdir. Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı ona 2200 manat pulu ona vermiş, 2023-cü ilin iyun ayından okytabr ayınadək 350-400 manat olmaqla Bəsdinin pulundan qaytarmış, 2023-cü ilin oktyabr ayında isə oğlu X1 toyunu etdikdən sonra əldə yığılan məbləğdən Bəsdiyə olan borcunu tam şəkildə bağlamışdır. Bəsdi xanıma oğlu Faıqın aldığı 5000 manatı da bağlamış və bu günkü gün Bəsdiyə pul borcu qalmamışdır. Məhkəmə baxış iclasında şahid X4 aşağıdakı məzmunda ifadə verdi. O, iddiaçılar ilə uzun müddətdir ki, ailəvi dostdur. Faiqin qardaşının toy məclisindən sonra cavabdehlərlə birlikdə İddiaçı evinə getmiş, cavabdehlər onun yanında iddiaçıya 2023-cü ilin oktyabr ayının təmini 25-27-si 5600 manat pul vermiş, bu zaman nə iltizama imza atdırılmış, nə də videoçəkiliş aparılmışdır. Şahid iddiaçının evinin yerləşdiyi yeri çox ətraflı izah etsə də, evin içininin görüntüləri barədə məhkəməyə məlumat verə bilməmişdir. Məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus bank kartından görünür ki, Cavabdeh2 tərəfindən xx.xx.2023-xx.xx.2023 il tarixlər arasında müxtəlif vaxtlarda 950 manat məbləğində ödənişldər edilmişdir. İddiaçı 1000 manat ödənişin edildiyini etiraf etmişdir. Həmin bank kartından kartın xx.xx.2023-cü il tarixədək aktiv olduğu görünür. Hazırda iddiaçı hər cavabdehdən ona aid borcun və zərərin ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Qeyd edildiyi kimi, tərəflərin arasında rəsmi müqavilə olmamışdır. Qeyd edildiyi kimi, Cavabdeh1 iddiaçıya olan 5000 manat, Cavabdeh2 2200 manat borcunu etiraf etmişlər, bu da işin mübahisəsiz hallalıdır. İşin digər mübahisəsiz halı da odur ki, Cavabdeh2 borcundan 1000 manat iddiaçıya ödəmişdir. Cavabdehlər borclarını tam qaytardıqlarını bildirsələr də, buna dair məhkəməyə sübutlar təqdim etməmişdilər. Məhkəmə şahid ifadəsini inandırıcı hesab etmir, belə ki, şahid cavabdehlərin yaxınıdır və verdiyi ifadə ziddiyətlidir. Cavabdehlər iddiaçının kartının 2023-cü ilin oktyabr ayında bloklandırdığını bildirsələr də, qeyd edildiyi kimi həmin kartın xx.xx.2023-cü il tarixədək aktiv olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1nın hərəkətləri nəticəsində 5000 manat, Cavabdeh2 hərəkətləri nəticəsində isə 1200 manat məbləğində zərərə düşmüş, nəticədə cavabdehlər həmin məbləğdə əsassız varlanmışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh1 5000 manat, Cavabdeh2 1200 manat iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı eyni zamanda hər cavabdehdən zərərin tutulmasını istəyir. Lakin, məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı zərərlə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı eyni zamanda eyni zamanda 120 manat dövlət rüsumunun, 320 manat hüquqi yardıma görə ödənilmiş pulun tutulmasını istəyir. Məhkəmə xərclərə dair aşağıdakıları qeyd edir. İddia tələbinin ümumi məbləği 10020 manat təşkil edir, həmin məblğəin 50 faizi həcmində iddia Cavabdeh1 qarşı, 12 faizi Cavabdeh2 qarşı təmin edilir. Odur ki, cavabdeh 120 manat dövlət rüsumunun 60 manatı Cavabdeh1, 14,4 manatı manatı isə Cavabdeh1 tutulmalı, 45,60 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Cavabdeh2 tutulan 1200 manat Cavabdeh1 tutulan 5000 manatın 24 faizi təşkil etdiyindən, hüquqi yardıma görə 320 manatın 243,20 manatı Cavabdeh1, 76,8 manat isə Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 5000 manat, Cavabdeh2 2000 manat, eyni zamanda vəkilə ödənilmiş 320 manat məbləğində pul hər iki cavabdehdən alınaraq İddiaçınun xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı Cəbrayıl rayonundan məcburi köçkün kimi İmişli rayonunda məskunlaşmışdır (AA seriyalı 290172 №-li məcburi köçkün vəsiqəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh1 5000 manat məbləğində iddiaya görə 120 manat, Cavabdeh2 2000 manat iddiaya görə 34 manat dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən əmin edilsin. Cavabdeh1 5000 manat borc, 60 manat dövlət rüsumu, hüquqi yardıma görə 243,20 manat alınaraq İddiaçı xeyrinə tutulsun. Cavabdeh2 1200 manat, 14,4 manat dövlət rüsumu, hüquqi yardıma görə 76,8 manat alınaraq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. 45,60 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2245/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2245/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver