Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2259/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı qazdan istifadəyə görə hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı qazdan istifadəyə görə hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın ləğvi və akt əsasında 803,40 manat məbləğində əsassız borcun hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında ona məxsus evdə 2012-ci ildə küçədə quraşdırılmış istismar müddəti bitmiş G-4 markalı, 1202AQ**********5 saylı qaz sayğacına onun iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh İB-nin nümayəndələri tərəfindən küçədə quraşdırılmış qaz sayğacının istismar müddətinin bitməsi, elektron və mexaniki göstəricilərində fərq olunduğu aşkar olunmuşdur. Bununla bağlı xx.xx.2021-ci il tarixdə onun iştirakı və imzası olmadan nümayəndələr tərəfindən ******* nömrəli akt tərtib edilərək qeyd olunan ünvanda quraşdırılmış qaz sayğacı sökülərək yenisi ilə əvəz olunmuşdur. Həmin ünvanda yaşayış olmadığından sayğacın dəyişilməsini bir neçə gün sonra bilmişdir. Bundan sonra Sabunçu QİS-nə müraciət edərək, balansında olan məbləğin mexaniki sayğaca köçürülməsini xahiş etdikdə, orada iddiaçıya onun 803,40 manat borcu olduğu bildirilmişdir. Bu vaxta qədər qeyd olunan ünvanda karta pul vurularaq təbii qazdan istifadə olunmuş, borc barəsində heç bir məlumat verilməmişdir. Cavabdeh İB-nin nümayəndələri tərəfindən təlimata əsasən qaz sayğaclarına hər ay baxış keçirilir və orada olan göstərici bazaya işlənir. Qaz sayğacı 2012-ci Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş edərək bildirdi ki, iddia tələbi əsassızdır, beləki iddiaçıya iddia tələbində qeyd edilən aktla bağlı hər hansı bir borc məbləği yazılmamışdır. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəməfən xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. - xx.xx.2022-ci il tarixli **********70000 nömrəli abonentin saldosundan görünür ki, İddiaçı evində təbii qazdan istifadəyə görə 2022-ci ilin fevral ayında 842.64 manat borcu mövcuddur. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021ci il tarixli ******* saylı aktdan görünür ki, sayğacın yivli birləşmələrinin ləğv edilməsi səbəbindən fərqləndiyindən köhnə 1202AQ**********5 nömrəli sayğac yeni **********1 saylı sayğacla əvəzlənmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək; 2.2.6-cı bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın ləğvi və akt əsasında 803,40 manat məbləğində əsassız borcun hesab kodundan silinməsini xahiş etsə də, mülki iş materiallarından həmin akt əsasında borc hesablanması görünmür. Digər tərəfdən, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, abonentin sayğacı yenisi ilə əvəz olunmuşdur, həmin aktın ləğv olunması borcun silinməsi üçün əsas ola bilməz. Bu baxımdan, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı aktın əsasında hər hansı bir borc məbləği iddiaçıya hesablanmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “aktın ləğv edilməsi və borcun hesab kodundan silinməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2259/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2259/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver