Məhkəmə qərarları › İş №2(008)-229/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-229/2021

28.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-229/2021 28.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X14 qızının, İddiaçı, Cavabdeh X5 iştirakları ilə, İddiaçı Cavabdeh X6 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 avtomobilin alınmasına ödənilmiş 9000 ABŞ dollarının ödəniş gününə rəsmi məzənnəsinə uyğun manatla hesablanaraq, mənəvi zərərə görə 5000 manatın və 30 manat dövlət rüsumunun ilddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dostu X1 tanışlığı ilə avtomobil alveri ilə məşğul olan tanışı X7 ilə tanış olmuşdur. Sonuncu 12000 ABŞ dolları məbləğində Ford Explorer markalı avtomobili ona satmış, 1 il müddətinə avtomobilə dair etibarnamə vermiş, bir il ərzində Şərifəliyev Nəcməddinin iştirakı ilə 9000 ABŞ dolları ödəmişdir. 2015-ci ilin fevral və dekabr aylarında manatın devalvasiyası ilə əlaqədar qalıq pulu manatla ödəmək istəmiş, lakin cavabdeh buna razılıq verməmiş və avtomobili başqa bir adama satmışdır. Şərifəliyev Nəcməddin cavabdehə qarşı 9000 ABŞ dollarının qaytarılması barədə iddia qaldırmış, iddia təmin edilmiş, lakin apellyasiya instansiyası məhkəməsi subyektiv hüququn olmaması əsası ilə iddianı rədd etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 iddianı qəbul etməyərək qeyd etdi ki, o, adıçəkilən avtomobili 12000 ABŞ dolları məbləğində başqa bir şəxsdən almış, iddiaçıya aviomobili icarəyə vermiş, icarədən aldığı pulu avtomobilin ödənişinə yönəltmişdir. Cəmi iddiaçı ona 9000 ABŞ dolları vermişdir, bu da avtomobilin icarə puludur. Əlavə 3000 ABŞ dollarını da versəydi, o, avtmomobili iddiaçının mülkiyyətinə vermək niyyətində idi. Lakin, əlavə 3000 ABŞ dolları ödənilmədiyindən, o, avtomobili başqa bir şəxsə satmışdır. İddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə verən şahid X4 iddia ərizəsində qeyd olunanları təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır(səndələr iş materiallarına əlavə edilmişdir). ** NR *** dövlət qeydiyyat nişanı olan Ford Explorer markalı avtomobili idarə etmək məqsədilə X12 tərəfindən İddiaçı 10.07.2014-cü il tarixdə 10.07.2015-ci il tarixədək etibarnamə vermişdir. İddiaçı X5 ərizəsi əsasında toplanmış material üzrə Binəqədi RPİ İŞ-nin müstəntiqi C.Əhmədov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış X7 bildirmişdir ki, 18.07.2014-cü il tarixdə adıçəkilən avtomobili 11500 ABŞ dollara X9 almış, hər ay 500 ABŞ dolları olmaqla aralarında olan razılaşmaya əsasən Nəcməddinə vermişdir. Bağırov Elqar İddiaçı etibarnamə vermişdir. 2015-ci ilin iyul ayına qədər Nəcməddin ona 9000 ABŞ dolları vermişdir. 2014-cü ilin dekabr ayında Nəcməddin avtomobili qaytardı və dedi ki,ödəniş edə bilmir, lakin 2 aydan sonra avtomobili yenə gəldi götürdü. 2015-ci ilin iyul ayında etibarnamənin müddəti bitdi, lakin avtomobil yenə də onlarda qalmışdır. Nəcməddin avtomobili qaytardı və ödəniş edə bilmədiyini dedi. 3100 ABŞ dollarının veriləcəyi təqdirdə o, avtmomobili yenidən onlara verəcəyini bildirmiş, lakin həmin ödəniş edilmədiyindən, o, avtomobili öz adına keçirtmişdir. X11 bütün məbləği ödəmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 22.04.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X1 iddiası təmin olunaraq, yuxarıda sadalanan hallara əsasən X3 9000 ABŞ dollarının tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24.07.2019-cu il tarixli qətnaməsi ilə adıçəkilən qətnamə ləğv edilmiş, X1 iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, 9000 ABŞ dolları X2 deyil, İddiaçı məxsus olmuşdur. Bu əsasdan məhkəmə hesab etmişdir ki, hazırki iddianı qaldırmaqda Şərifəliyev Nəcməddinin subyektiv hüququ olmamışdır. Hazırda iddiaçı 9000 ABŞ dollarının və mənəvi zərər görə 5000 manatın X3 tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında avtomobilin alqı-satqısına dair şifahi müqavilə bağlanmış, müqavilənin qiyməti 12000 ABŞ dolları məbləğində müəyyən edilmiş, həmin məbləğin 9000 ABŞ dolları hissəsi ödənilmiş, qalan 3000 ABŞ dolları hissəsi ödənilmədiyindən, müqavilə münasibətlərinə xitam verilmiş, avtomobil cavabdehə geri qaytarılmış, lakin ödənilmiş 9000 ABŞ dolları onun tərəfindən iddiaçıya geri qaytarılmamışdır. Məhkəmə cavabdeh tərəfindən avtomobilin satıldığını deyil, icaryə verildiyini inandırıcı hesab etmir. Belə ki, qeyd edildiyi kimi, cavabdeh polis orqanlarına verdiyi izahatda faktiki alqı-satqını və 9000 ABŞ dolları məbləğində pulu aldığını təsdiq etmişdir. Lakin, məhkəmə hesab edir ki, 9000 ABŞ dolları məbləğində pul bütövlükdə cavabdehdən tutula bilməz. Qeyd edildiyi kimi, iddiaçıya 1 illik etibarnamə verilmişdir. Cavabdehin etirafına görə həmin bir ilin iki ayı avtomobil onun özündə olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı avtomobildən 10 ay ərzində istifadə etdiyindən, ödənilən məbləğdən həmin istifadə haqqı çıxmalıdır. Məhkəmə tərəfindən həmin dövrdə avtomobilin bir aylıq icarə haqqının müəyyən edilməsi üçün müstəqil qiymətləndirici təyin edilmişdir. "xxxx" MMC tərəfindən həmin məbləğ 250-300 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bir aylıq icarə haqqı həmin məbəğlərin orta riyazi məbləği kimi müəyyən edilməlidir, yəni 275 manat ((250 + 300) : 2 = 275 manat). Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı 10 ay ərzində avtomobildən istifadə etdiyinə görə ödədiyi 9000 ABŞ dollarından 2750 manat çıxmalı, qalan məbləğ cavabdeh tərəfindən ona qaytarılmalıdır. 2750 manat 1618 ABŞ dolları təşkil etdiyindən (2750 : 1,7) , cavabdehdən iddiaçının xeyrinə 7382 ABŞ dolları (9000 – 1618) tutulmalı, iddia maddi ziyanın qalan hissəsində rədd edilməlidir. Mənəvi ziyana gəldikdə, məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi ziyanın dəyməsini sübut edə bilməmişdir. Bundan başqa, tərəflər arasında münasibətlərin pozulmasında iddiaçının təqsiri olmuşdur. Belə ki, danışılmış məbləğin hamısını məhz o, ödəməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia 5000 manat mənəvi ziyanın ödənilməsi hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 avtomobilin alınmasına ödənilmiş 7382 ABŞ dolları ödəniş gününə rəsmi məzənnəsinə uyğun manatla hesablanaraq İddiaçı xeyriə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar