Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2291/2022 27.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X8, İddiaçı Suleyman oğlunun, onun nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdehlər Cavabdeh2 və X3 , onların vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Suleyman oğunun cavabdehlər Cavabdeh2 və X4 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Suleyman oğlu cavabdehlər Cavabdeh2 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən evdəki yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və cavabdehlərin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, adıçəkilən ev iddiaçının öz şəxsi vəsaiti hesabına inşa edilmişdir və , 2003-cü ildən arvadı X2 ilə birlikdə həmin evdə yaşayır. Evin sayğacları iddiaçının adınadır, bütün vergiləri özü ödəyir. Sabunçu rayon Məhkəməsinin qətnaməsi ilə həmin evə arvadı ilə pasport qeydiyyatına düşmüşdür. Ələkbərova Naibə gəlini, Cavabdeh2 isə nəvəsidir. X12 (cavabdeh Ələkbərova Naibənin əri) ünvan 2 ünvanında öz vəsaiti hesabına mənzil alıb vermişdir. 31.12.1994-cü il Naibə həmin evə gəlin gəlmişdir. Oğlu həmin evi satdı, pulu xərclədi. Oğlu və ailəsi evsiz qalmasın deyə onlara Sabunçu rayonu Leyla Məmmədbəyli küçəsində 3 otaqlı həyət evi aldı, 6 ədəd avtomobil aldı. Oğlu hamısını satdı. Onlar hazırki evə köçmək istədilər, iddiaçı buna etiraz etdi, buna oğlu ailəsi ilə birlikdə iddiaçının yaşlı olmasından istifadə edərək gecə yarısı əşyaları ilə evə girmişdilər. Bir neçə il yaşadıqdan sonra oğlu X13-19 virsundan öldü. Hazırda iddiaçılar evin mansard hissəsinin 2 otağını, 2-ci mərtəbənin bir hissəsini və birinci mərtəbədə olan bir otaq və mətbəxi zəbt ediblər. Cavaödehlər iddiaçının və onun arvadını hədələyirlər, iddiaçı özünü təhlükədə hiss edir. İddiaçının oğlu Elxan, arvadı və qızı bir neçə il bundan əvvəl iddiaçının evinə qeyri-qanuni yolla pasport qeydiyyatına düşüblər. Cavabdehlər iddiaçıya maddi ziyan da vururlar, o, onlara görə də kommunal xidmətlərə görə ödənişlər edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və X6 iş üzrə izahat verərək qeyd etdilər ki, onlar adıçəkilən evə iddiaçının və onun arvadının yazılı razılığı ilə köçüb qeydiyyata düşüblər. Onalrın başqa yaşayış yerləri yoxdur, kommunal xidmətləri barəbər ödəyirlər. Xahış edirlər iddia rədd olunsun. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ev (sonradan – mübahisəli ev) qanunsuz tikilidir. İddiaçı Cavabdeh2 babası, cavabdeh X3 qaynatasıdır. İddiaçı və arvadı X1 rayon Məhkəməsinin 28.04.2004-cü il tarixli qətnaməsi ilə həmin evə pasport qeydiyyatına düşmüşdülər. Həmin qətnaməylə adıçəkilən evin iddiaçı və onun arvadının hesabına tikildiyi müəyyən edilmişdir. Kommunal xidmətlər üzrə iddiaçı abonent kimi qeydiyyata durub. İddiaçı və arvadı 14.06.2013-cü il tarixdə notarial qaydada imzaları təsdiq edilmiş ərizəylə Bakı şəhəri Sabunçu RPİ-yə müraciət edərək, X9, Cavabdeh2 və X3 adıçəkilən evə qeydiyyata alınmalarına etirazlarının olmadığını bildirmişdilər. Cavabdehlər həmin vaxtdan hazıradək həmin evdə fasiləsiz yaşamışdılar. Hazırda iddiaçı evdəki yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və cavabdehlərin evdən çıxarılmalarını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin mənasına əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzildir. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri onun şəxsiyyət vəsiqəsilə müəyyən edilir. Yuxarıda qeyd edildiyi kimi, cavabdehlərin mübahisəli mənzildə qanuni qeydiyyatları var, həmin qeydiyyat formal xarakter daşımır, cavabdehlər orada yaşayır, yəni həmin mənzil onun yaşayış yeridir, onların başqa yaşayış yerləri yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, onların mənzildən çıxarılması qanuni ola bilməz. Məhkəmə hesab edir ki, ev qanunsuz tkili olduğundan hazırda iddiaçının və cavabdehlərin həmin evə eyni yaşayış hüquqları var. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2291/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2291/2022
27.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver