Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2309/2020 17.06.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi Əliyeva Gülnar Söhbət qızının, İddiaçı Firudun qızının iştirakları ilə, İddiaçı Firudun qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Firudun qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hər bir uşaq üçün tutulan 154 manat məbləğində alimentin artırılaraq hər bir uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 01.12.2007-ci il tarixində rəsmi nikah bağlamışdır. Birgə nikahlarından 24.12.2008-ci il təvəllüdlü x1 və 24.02.2011ci il təvəllüdlü x4 anadan olmuşdur. Xətai rayon Məhkəməsinin 30.10.2015-ci il tarixli 2(001)-8107/2015-ci saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və birgə nikahlarından olan uşaqlarının onun yanında qalması və hər bir uşaq üçün 110 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda cavabdeh hər bir uşağa görə 154 manat aliment ödəyir. Hazırda hər uşaq üçün minimum aliment 170 manat müəyyən edilib, təyin edilmiş 154 manat övladlarının tələbatlarını ödəmək üçün kifayət etmir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Firudun qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı Firudun qızı vəCavabdeh birgə nikahdan 2 uşaqları doğulmuşdur: 1) 24.12.2008-ci il təvəllüdlü x1 (Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 240296 №-li doğum haqqında şəhadətnamə). 2) 24.02.2011-ci il təvəllüdlü x4 (Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 629527 №-li doğum haqqında şəhadətnamə). Bakışəhəri Xətai Rayon Məhkəməsinin 30.10.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı Firudun qızı arasında 01.12.2007-ci il tarixdə Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsində bağlanmış 1096 saylı nikah qeydi ləğv edilmiş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlardan olan 24.12.2008-ci il təvəllüdlü x1 və 24.02.2011-ci il təvəllüdlü x2 anaları İddiaçı Firudun qızının yanında saxlanılması, 23.09.2015-ci il tarixdən başlayaraq 24.12.2008-ci il təvəllüdlü x1 və 24.02.2011-ci il təvəllüdlü x2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 110 manat məbləğində alimentin Cavabdeh İddiaçı Firudun qızının xeyrinə tutulması qət edilmişdir. İddiaçı Cavabdeh və İddiaçı Firudun oğlunun nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 29.01.2016-cı ildə 48 № ilə qeyd edilmişdir (Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 233182 №-li nikahın pozulması haqqında şəhadətnamə). Hazırda iddiaçıhər uşağa təyin olunmuş alimentin məbləğinin 170 manat artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, tərəflərin 2 övladlarının olması, yetkinlik yaşına çatmamış uşaqların iddiaçının yanında qalması, həmçinin uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkəüzrə yaşayış minimumunun uşaqlar üçün 170 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 24.12.2008-ci il təvəllüdlü x1 və 24.02.2011-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 154 manat məbləğində aliment artırılaraq hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat məbləğində aliment tutulmalıdır. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırki iddianın qiyməti 384 manat təşkil edir (32 man x 12 ay = 384 man). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.12.-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatadək olduqda dövlət rüsumunun məbləği 20 manat müəyyən edilmişdir. Odur ki, iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 24.12.2008-ci il təvəllüdlü x1 və 24.02.2011-ci il təvəllüdlü x3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 154 manat məbləğində aliment artırılaraq hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat məbləğində aliment tutularaq İddiaçı Firudun qızına ödənilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdehdən 20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2309/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2309/2020
17.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver