Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2323/2021 05.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı bank olmayan kredit təşkilatı “Embafinans” Qapalı Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə kiçik iddia (sadələşdirilmiş icraat) üzrə icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı bank olmayan kredit təşkilatı “Embafinans” Qapalı Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 549 manat əsas borc və dövlət rüsumuna görə ödənilmiş 30,40 manat olmaqla, ümumilikdə 579,40 manat pulun bank olmayan kredit təşkilatı “Embafinans” Qapalı Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank olmayan kredit təşkilatı “Embafinans” Məhdud Мəsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22.08.2019-cu il tarixli, 360-EMB-0726-19 saylı kredit müqaviləsinə əsasən, cəmiyyət tərəfindən Cavabdeh 12 ay müddətinə 2688 manat məbləğində kredit verilmişdir. Cavabdeh üzərinə götürdüyü kredit ödəliklərini lazımınca icra etməmiş, bunun nəticəsində 12.01.2021-ci il tarixə 549 manat əsas borc, 0 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, 549.00 manat ümumi borcu qalmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən, “borcalan” müqavilə və onun əlavələrinə uyğun olaraq, ödəniş məbləğini ödəmədikdə və ya vaxtında ödəmədikdə, “borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Cavabdehə pretenziya (xəbərdarlıq) məktubu göndərilməsinə baxmayaraq, o, götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq, tərəf olduqları mülki işə, iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş edilmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən, həmin Məcəllənin 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan bank olmayan kredit təşkilatı “Embafinans” Məhdud Мəsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22.08.2019-cu il tarixli, 360-EMB- 0726-19 saylı kredit müqaviləsinə əsasən, “Embawood” Məhdud Мəsuliyyətli Cəmiyyətinin istehsal etdiyi mebelləri almaq məqsədilə, cəmiyyət tərəfindən Cavabdeh 12 ay müddətinə, faizsiz 2688,00 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 22.08.2019-cu il tarixli, 360-EMB-0726-19 saylı kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh 23.09.2019-cu il tarixdən 24.08.2020-ci il tarixədək 2688 manat banka ödəniş etməlidir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh müqavilə üzrə yaranmış borcun bank olmayan kredit təşkilatı “Embafinans” Qapalı Məsuliyyətli Cəmiyyətinin xeyrinə tam ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 14.01.2021-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh 22.08.2019-cu il tarixli, 360-EMB-0726-19 saylı kredit müqaviləsi üzrə banka 549,00 manat əsas borc olmaqla, ümumilikdə 549,00 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı bank olmayan kredit təşkilatı “Embafinans” Məhdud Мəsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə bank olmayan kredit təşkilatının müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyindən, iddia təmin edilərək, 22.08.2019-cu il tarixli, 360-EMB-0726-19 saylı kredit müqaviləsi üzrə əsas borc olan 549 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30,40 manat tutularaq, iddiaçı bank olmayan kredit təşkilatı “Embafinans” Qapalı Мəsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 22.08.2019-cu il tarixli, 360-EMB-0726-19 saylı kredit müqaviləsi üzrə əsas borc olan 549 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30,40 (otuz manat qırx qəpik) manat tutularaq, iddiaçı bank olmayan kredit təşkilatı “Embafinans” Qapalı Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2323/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2323/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver