Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2325/2021 05.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə kiçik iddia (sadələşdirilmiş icraat) üzrə icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.01.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, İMEİ kodu **********20637 olan “Samsung Galaxy J6” markalı telefon üçün 204 manat ödənilməmiş hissə, 20 manat cərimə, 29.06.2019-cu il tarixli alğısatqı müqaviləsinə əsasən, İMEİ kodu **********98648 olan “Samsung Galaxy A50” markalı telefon üçün 59 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla, ümumilikdə 288 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu - cəmi 308 manat pulun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 12.01.2019-cu il və 29.06.2019-cu il tarixli alğı-satqı müqavilələrinə əsasən, İMEİ kodu **********20637 olan “Samsung Galaxy J6” markalı, İMEİ kodu **********98648 olan “Samsung Galaxy A50” markalı telefonlar almış, ümumilikdə 288 (iki yüz səksən səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq, 12.01.2019-cu il tarixli müqaviləyə əsasən, alğısatqı qiyməti 630 manat (18 ay x 35 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********20637 olan “Samsung Galaxy J6” markalı telefon üçün ümumilikdə 224 manat olmaqla, ondan 204 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla, 20 manat cərimə; 29.06.2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 912 manat (16 ay x 57 manat + 0 manat ilkin ödəniş), İMEİ Kodu **********98648 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 64 manat olmaqla, ondan 59 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunmaqla, 5 (beş) manat cərimə borcu yaranmışdır. Cavabdehin ümumilikdə ödədiyi məbləğ 1279 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq, tərəf olduqları mülki işə, iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş edilmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən, həmin Məcəllənin 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12.01.2019-cu il tarixli, 00467199 nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən qiyməti 630 (altı yüz otuz) manat, İMEİ kodu **********20637 olan “Samsung Galaxy J6” markalı telefon, 18 ay müddətinə, aylıq 35 manat ödənilməsi şərti ilə Cavabdeh satılmışdır. İş materiallarında olan 29.06.2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən qiyməti 912 (doqquz yüz on iki) manat, İMEİ kodu **********98648 olan “Samsung Galaxy A50” markalı telefon, 16 ay müddətinə, aylıq 57 manat ödənilməsi şərti ilə Cavabdeh satılmışdır. İş materiallarında olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh qeyd olunan məhsulları tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 13.01.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12.01.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, İMEİ kodu **********20637 olan “Samsung Galaxy J6” markalı telefon üçün 204 manat ödənilməmiş hissə, 20 manat cərimə, 29.06.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, İMEİ kodu **********98648 olan, “Samsung Galaxy A50” markalı telefon üçün 59 manat ödənilməmiş hissə, 5 manat cərimə pulu olmaqla, ümumilikdə 288 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqavilələri bağlanmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən, həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini icra etsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 12.01.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, İMEİ kodu **********20637 olan, “Samsung Galaxy J6” markalı telefon üçün 204 manat ödənilməmiş hissə, 20 manat cərimə, 29.06.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, İMEİ kodu **********98648 olan “Samsung Galaxy A50” markalı telefon üçün 59 manat ödənilməmiş hissə, 5 manat cərimə pulu olmaqla, ümumilikdə 288 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq, 20 manat məbləğində pul tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12.01.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, İMEİ kodu **********20637 olan, “Samsung Galaxy J6” markalı telefon üçün 204 manat ödənilməmiş hissə, 20 manat cərimə, 29.06.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən, İMEİ kodu **********98648 olan “Samsung Galaxy A50” markalı telefon üçün 59 manat ödənilməmiş hissə, 5 manat cərimə pulu olmaqla, ümumilikdə 288 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq, 20 manat məbləğində pul tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2325/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2325/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver