Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2340/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 02 fevral 2018-ci il təvəllüdlü X2 və 07 noyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün onun xeyrinə hər ay hər uşaq üçün sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat alimentin tutulması və 07 noyabr 2019-cu il təvəllüdlü X4 xəstəliyinin müalicə olunması üçün əlavə xərclərə görə hər ay sabit məbləğdə 200 (iki yüz) manat alimentin və mediasiya arayışına görə ödədiyi 50 (əlli) manat rüsumun, poçt kargüzarlıq xərcinə görə ödədiyi 10 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14 aprel 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq nikah haqqında 1077 nömrəli şəhadətnamə almışdır. Birgə nikahdan 2 uşaqları doğulmuşdur: X7 - 02 fevral 2018-ci il təvəllüdlü; X9 - 07 noyabr 2019-cu il təvəllüdlü. Cavabdehlə birgə yaşadıqları dövrdə bir müddət mehriban yaşamışlar, sonradan münasibətləri pozulmuşdur. Buna görə də o, nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılmaları və alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(008)-3233/2022 saylı qətnaməsinə əsasən onunla Cavabdeh arasında olan nikah pozulmuş, 02 fevral 2018-ci il təvəllüdlü X7 və 07 noyabr 2019-cu il təvəllüdlü X9 onun himayəsində saxlanılmış, 02 fevral 2018-ci il təvəllüdlü X2 və 07 noyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 14 aprel 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin, 07 noyabr 2019-cu il təvəllüdlü X4 3 yaşına çatana kimi əlavə hər ay 50 manat pulun, onun xəstəliyi ilə bağlı əlavə xərcə görə hər ay sabit məbləğdə 50 manat alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh tərəfindən 02 fevral 2018-ci il təvəllüdlü X2 və 07 noyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi ona ödənilən aliment isə oğlanlarının minimum xərclərinə çatmadığından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(008)-3233/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, Cavabdeh 02 fevral 2018-ci il təvəllüdlü X2 və 07 noyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün onun xeyrinə hər ay hər uşaq üçün sabit pul məbləğində 250 (iki yüz əlli) manat, cəmi 500 (beş yüz) manat alimentin tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, 07 noyabr 2019-cu il təvəllüdlü X9 xəstə olduğundan, xəstəxanada mütəmadi olaraq müalicə aldığından oğlu Həmid ancaq onun maddi vəsaiti ilə qismən müalicə olunduğundan onun müalicəsi üçün lazım olan tam vəsait isə onda olmadığından Cavabdeh oğlunun xəstəliyinin müalicə olunması üçün əlavə xərclərə görə hər ay sabit məbləğdə 300 manat alimentin cavabdehdən onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2023-cı il tarixli 2(008)- 2559/2023 saylı qətnaməsi ilə 02 fevral 2018-ci il təvəllüdlü X2 və 07 noyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh qazancının 1/3 hissəsi miqdarında və hər uşaq üçün 53 manat 50 qəpik sabit pul məbləğində alimentin, 07 noyabr 2019-cu il təvəllüdlü X4 xəstəliyi ilə bağlı əlavə xərcə görə hər ay sabit məbləğdə 100 manat alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh tərəfindən 02 fevral 2018-ci il təvəllüdlü X2 və 07 noyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi ona ödənilən aliment isə oğlanlarının minimum xərclərinə belə çatmır. Bu səbəbdən də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 may 2023-ci il tarixli 2(008)- 2559/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, Cavabdeh 02 fevral 2018-ci il təvəllüdlü X2 və 07 noyabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün onun xeyrinə hər ay hər uşaq üçün sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat alimentin tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, 07 noyabr 2019-cu il təvəllüdlü X9 xəstə olduğundan xəstəxanada mütəmadi olaraq müalicə alir. Oğlu Həmid ancaq onun maddi vəsaiti ilə qismən müalicə olunur. Oğlu Həmidin müalicəsi üçün lazım olan tam vəsait isə onda yoxdur. Cavabdeh isə ayda cəmi 100 manat məbləğində əlavə xərclərə görə aliment ödəyir. Buna görə məhkəmədən 07 noyabr 2019-cu il təvəllüdlü X4 xəstəliyinin müalicə olunması üçün əlavə xərclərə görə hər ay sabit məbləğdə 200 manat alimentin cavabdehdən onun xeyrimə tutulmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 431295 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 454 nömrə ilə qeyd edilmişdir. - AZ-İV seriyalı 087852 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X5r. - AZ-İV seriyalı 379565 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X5r. - “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” MŞB/8/2023-02738 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etmək barədə qərar qəbul etmədilər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3233/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X8 ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə tarixdə bağlanmış, 1077 № ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2018-ci il tarixdə doğulmuş X2 və xx.xx.2019-cu il tarixdə doğulmuş X4 anaları X3 yanında qalmaları, xx.xx.2018-ci il tarixdə doğulmuş X2 və xx.xx.2019-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin, X4 üç yaşına çatana kimi əlavə hər ay 50 manat pulun, onun xəstəliyi ilə bağlı iddiaçı işləmədiyi üçün əlavə xərcə görə hər ay sabit məbləğdə 50 manat alimentin X3 xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2559/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında və 53 (əlli üç) manat, 50 (əlli) qəpik sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, tərəflərin birgə nikahından olan xx.xx.2019-cu il təvəllüdlü X4 müalicəsi üçün cavabehdən hər ay 100 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2559/2023 nömrəli xx.xx.2023cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2559/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsində yol verilmiş yanlışlıqların aradan qaldırılması, qətnamədə qeyd olunmuş “qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında və 53 (əlli üç) manat, 50 (əlli) qəpik sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi” sözləri “qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında və hər uşaq üçün 53 (əlli üç) manat, 50 (əlli) qəpik sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi” sözləri kimi oxunması qərara alınmışdır. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də menecer vəzifəsində işləyir və aylıq əmək haqqı 1000 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3233/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X8 ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə tarixdə bağlanmış, 1077 № ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2018-ci il tarixdə doğulmuş X2 və xx.xx.2019-cu il tarixdə doğulmuş X4 anaları X3 yanında qalmaları, xx.xx.2018-ci il tarixdə doğulmuş X2 və xx.xx.2019-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin, X4 üç yaşına çatana kimi əlavə hər ay 50 manat pulun, onun xəstəliyi ilə bağlı iddiaçı işləmədiyi üçün əlavə xərcə görə hər ay sabit məbləğdə 50 manat alimentin X3 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2559/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında və hər uşaq üçün 53 (əlli üç) manat, 50 (əlli) qəpik sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, tərəflərin birgə nikahından olan xx.xx.2019-cu il təvəllüdlü X4 müalicəsi üçün cavabehdən hər ay 100 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı uşaqların saxlanılmaları üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını və xx.xx.2019-cu il təvəllüdlü X4 müalicəsi üçün əlavə xərcin tutulmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi və Konstitusiya Məhkəməsi Plenumunun anoloji işlərlə bağlı qərarlarında formalaşdırdıqları hüquqi mövqeləri, uşaqların mənafelərini, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, uşaqların saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, iddia həmin hissədə təmin edilərək, cavabdehdən uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə, iddia tələbinin əlavə xərcin tutulması hissəsində aşağdakıları qeyd edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı əlavə xərclə bağlı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən xx.xx.2019-cu il təvəllüdlü X1 müəyyən problemlərin olması müəyyən edilsə də, bu hal Ailə Məcəlləsinin 81.3-cü maddəsinə görə cavabdehin əlavə xərclərin ödənilməsinə cəlb edilməsinə əsas ola bilməz. Çünki həmin maddənin tələbinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Lakin iş üzrə iddiaçı bu kimi xərclərin onun tərəfindən artıq çəkilmiş olduğunu və ya bu kimi xərcləri qarşılamalı olmasını təsdiq edə biləcək sübutları (xərclərin ödənilməsi ilə bağlı edilmiş ödənişləri təsdiq edən kassa çeklərini və ya müalicənin (əməliyyatın) həyata keçirilməsi üçün əvvəlcədən ödənilməsi zəruri olan xərclər barədə tibb müəssisəsinin müvafiq arayışını) məhkəmələrə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əlavə xərcin tutulması hissəsində hazırkı iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün tutulmalı olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2559/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə, 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2559/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 yеtkinlik yаşınа çаtаnаdək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-2340/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2340/2024
30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver