Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2345/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 2800 manat və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yaşayan qonşusunun tanışı Cavabdeh ilə 2021-ci ilin təxminən aprel ayının ortalarında Binə qəsəbəsində tanış olmuşdur. Söhbət əsasında cavabdeh iddiaçıya bildirmişdir ki, o “Azneft” İB-ndə mühəndis işləyir. İddiaçı da cavabdehə orada fəhlə kimi işləmək istədiyini bildirmişdir. Cavabdeh hazırda orada fəhləyə ehtiyac olduğunu və ona kömək edə biləcəyini demişdir. Bu söhbətdən təxminən 1 həftə keçmiş yenidən Cavabdeh ilə görüşərkən iddiaçıdan 3000 manat borc istəmişdir. İddiaçı da əvvəlcə ona borc vermək istəməmiş, sonra cavabdehin iş məsələsində ona kömək göstərdiyi üçün borc vermişdir. İddiaçı cavabdehə 1 həftə müddətində notarius qaydasında borc verə biləcəyini demişdir. 1 həftə sonra cavabdeh ilə əlaqə saxlayaraq iddiaçı bildirmişdir ki, iddiaçı yardımlı rayonundadır və hələlik onun üçün 400 manat pulu kartına köçürə bilər. xx.xx.2021-ci il tarixdə Yardımlı Rayon Poçt İdarəsi vasitəsi ilə 400 manat pulu cavabdehə köçürtmüşdür. Pulu köçürtdükdən sonra isə qalan pulu Bakıya gəldikdən sonra 1 ay müddətinə verəcəyini demişdir. 29 iyun 2021-ci il tarixdə cavabdeh ilə Qara Qarayev metrosunun yanında görüşüb, ona 30 saylı notariat kontorunda borc müqaviləsi bağlayaraq 2400 manat pul vermişdir. Cavabdeh aldığı pulu 2 ay müddətinə, yəni 29 avqust 2021-ci il tarixdə qaytaracağını demişdir. 2 ay sonra cavabdehdən pulu istəmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə pulu verməkdən yayınmışdır. Aradan 5-6 ay keçdikdən sonra iddiaçı yenə pulunu istəmiş, lakin cavabdeh pulunu qaytarmamışdır. Ondan sonra dəfələrlə zəng vurub cavabdehdən pulu qaytarılmasını tələb etsə də müxtəlif bəhanələr gətirərək, pulun qaytarılmasından boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Cavabdeh 2400 manat pul vəsaitini xx.xx.2021-ci il tarixədək faizsiz olmaqla qaytarmaq şərtilə ilə borc vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh 399,80 manat pul vəsaitini poçt vasitəsi ilə göndərmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi verilməsi üçün 49 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə, mülki iş üzrə məhkəmə araşdırması zamanı, o cümlədən notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi və mədaxil qəbzinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2021-ci il tarixdə isə 2400 manat borc verməmişdir. Cavabdeh isə məhkəmə iclaslarına dəfələrlə devət edilməsinə baxmayaraq gəlməmiş, ona qarşı irəli sürülən iddia tələbini təkzib edən və ya verilmiş pulun qaytarılmasını təsdiq edən hər hansı sübutar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ümumilikdə 2800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi dövlət rüsumun yalnız 30 manat olan hissəsi tələb edildiyindən, dövlət rüsumu həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2345/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2345/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver