Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2350/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim X1, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "İddiaçı1 borclu olduğu 4500 manat və İddiaçı2 borclu olduğu 2000 manat pulun, 105 manat dövlət rüsumunun və 50 manat iddia ərizəsinin tərtibi ilə əlaqədar pulun alınması" barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "İddiaçı1 borclu olduğu 4500 manat və İddiaçı2 borclu olduğu 2000 manat pulun, 105 manat dövlət rüsumunun və 50 manat iddia ərizəsinin tərtibi ilə əlaqədar pulun alınması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçılar həmin tələbi belə əsaslandırmışlar ki, Cavabdeh onlardan borc aldığı pulu qaytarmamışdır. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsində deyilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia üçün qanunda alternativ aidiyyət qaydaları nəzərdə tutulmadığına görə iddia ümumi aidiyyət qaydalarına müvafiq olaraq, cavabdehin rəsmi qeydə alındığı yerin ümumi məhkəməsinə verilməlidir. "Elektron məhkəmə" informasiya sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edildi ki, Cavabdeh rəsmi qeydə alındığı ünvan Naxçıvan Muxtar Respublikası Şərur rayonu Siyaqut kəndidir. Belə olan halda, hazırkı iddiaya baxılması Şərur Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Məhkəmə qeyd edir ki, Cavabdeh faktiki olaraq Bakı şəhəri Sabunçu rayonu ərazisində yaşaması işin ərazi aidiyyətinin dəyişdirilməsinə əsas verə bilməz. Beləliklə, hazırkı işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı deyil, bu hal isə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. İddia ərizəsi qaytarıldığına görə İddiaçı1 tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 65 manat, İddiaçı2 tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 40 manat məbləğində dövlət rüsumu onlara qaytarılmalıdır. Məhkəmə bunu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "İddiaçı1 borclu olduğu 4500 manat və İddiaçı2 borclu olduğu 2000 manat pulun, 105 manat dövlət rüsumunun və 50 manat iddia ərizəsinin tərtibi ilə əlaqədar pulun alınması" barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı1 tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 65 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. İddiaçı2 tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 40 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X3.
Məhkəmə qərarları › İş №2(008)-2350/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2350/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver