Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2355/2021 11.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 qarşı “borc” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1, X3, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətininin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 216.85 (iki yüz on altı dollar, səksən beş sent) ABŞ dolları məbləğində kredit borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehlərə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Onlara iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış xx xxxxxxx 2009-cu il tarixli, 02L000006577 nömrəli istehlak kredit xətti müqaviləsinə əsasən İddiaçı QSC Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açmışdır. İddiaçı QSC ilə X5 arasında bağlanılmış xx xxxxxxx 2009-cu il tarixli, 02S000009505 nömrəli zaminlik müqaviləsinə əsasən X1 qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birgə məsuliyyət daşıyır. İddiaçı QSC ilə X9 arasında bağlanılmış xx xxxxxxx 2009-cu il tarixli, 02S000009504 nömrəli zaminlik müqaviləsinə əsasən X2 qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla birgə məsuliyyət daşıyır. İddiaçı QSC ilə X9 arasında bağlanılmış xx xxxx 2015-ci il tarixli, 002R********** nömrəli kredit razılaşmasına əsasən İddiaçı QSC ilə Cavabdeh1 15 (on beş) ay müddətinə 2.4167 (iki tam on mində bir yüz altmış yeddi) % olmaqla 1850 (bir min səkkiz yüz əlli) ABŞ dollar məbləğində kredit vermişdir. xx xxxx 2015-ci il tarixli kassa mədaxil qəbzindən görünür ki, İddiaçı QSC Cavabdeh1 hesab nömrəsinə 1850 (bir min səkkiz yüz əlli) ABŞ dolları köçürmə etmişdir. İddiaçı QSC ilə X9 arasında bağlanılmış xx xxx 2016-cı il tarixli, 002R**********SA nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişə əsasən cavabdeh tərəfindən qalıq məbləğin və ona hesablanmış faizlərin bu Sazişə əlavə olunan xx xxx 2016-cı il tarixli Ödəniş Planına uyğun olaraq 15 ay müddətinə 2.4167 (iki tam on mində bir yüz altmış yeddi) % olmaqla ödənilməsi razılaşdırılmışdır. İddiaçı QSC ilə X9 arasında bağlanılmış xx xxxxxx 2017-ci il tarixli, 002R**********SB nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişə əsasən cavabdeh tərəfindən qalıq məbləğin və ona hesablanmış faizlərin bu Sazişə əlavə olunan xx xxxxxx 2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq 12 ay müddətinə 2.4168 (iki tam on mində bir yüz altmış səkkiz) % olmaqla ödənilməsi razılaşdırılmışdır. xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 həmin tarixə banka 216.85 (iki yüz on altı dollar, səksən beş sent) ABŞ dolları məbləğində borcu mövcuddur. İddiaçı QSC-nin xx.xx.2020-ci il tarixli, 25035 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh3 217,5 ABŞ dolları (iki yüz on yeddi dollar beş sent) borc məbləğini xx.xx.2020-ci il tarixinədək ödəmədikləri təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İddiaçı QSC-nin xx.xx.2020-ci il tarixli, 25036 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, X9 217,5 ABŞ dolları (iki yüz on yeddi dollar beş sent) borc məbləğini xx.xx.2020-ci il tarixinədək ödəmədikləri təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İddiaçı QSC-nin xx.xx.2020-ci il tarixli, 25037 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 217,5 ABŞ dolları (iki yüz on yeddi dollar beş sent) borc məbləğini xx.xx.2020-ci il tarixinədək ödəmədikləri təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Həmçinin, iş matriallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi, tərəflər arasında istehlak kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirərək üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Həmçinin zaminlər X9 və Cavabdeh3 kredit müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürdüklərindən kredit müqaviləsi üzrə yaranmış borc hər üç cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya ödəməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 216.85 ABŞ dolları məbləğində kredit borcun və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 müştərək qaydada 216.85 (iki yüz on altı dollar, səksən beş sent) ABŞ dolları ( ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində kredit borcun və 20 ( iyirmi ) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2355/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2355/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver