Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-236/2025 22.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X8 qızının katibliyi ilə, İddiaçı Cavabdehə qarşı “maddi ziyanın ödənilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdehə qarşı “maddi ziyanın ödənilməsi tələbi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50.600 (əlli min altı yüz) manat məbləğində maddi ziyan, 241,80 (iki yüz qırx bir manat səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödədiyi 320 (üç yüz iyirmi) manat məbləğində pulun Cavabdeh Elvan oğlundan tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 2020-ci ildən evlərin təmiri və dizayn işləri ilə məşğul olur. 2020-ci ildə Azərbaycan Respublikasında mebellərin quraşdırılması ilə məşğul olan Türkiyə Respublikasının vətəndaşı Cavabdeh Elvan oğlu ilə tanış olmuş və 2021-ci ilin aprel ayında ona Ravil Bilalov adında müştərinin evinin dizayn olunması və mebellə təmin edilərək quraşdırılması ilə əlaqədar müraciət etmiş, bununla bağlı aralarında müqavilə bağlanmışdır. Müqavilədə nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün mənzilin sahibi Ravil Bilalovla birlikdə Cavabdeh ilə görüşüb söhbət etmişlər. Cavabdeh müqavilədə nəzərdə tutulan işlərin, yəni mebellərin onun tərəfindən verilən dizayna uyğun işlənib hazırlanması və quraşdırılmasını öz üzərinə götürməyə razılıq verdikdən sonra ondan hazırladığı mebellerin dizaynını qəbul etmişdir. Bundan sonra Cavabdeh mənzilə baxış keçirtmiş və mebellərin ölçülərini götürmüşdür. Aralarındaki razılaşmaya əsasən görüləcək işlərə görə cavabdehə 50.600 manat pul verilməli idi. Bu səbəbdən mənzilin sahibi ilə bağlanan podrat müqaviləsinə Erzin Ozkaya da imza etmişdir. 09 aprel 2021-ci il tarixində Bakə şəhəri, Səbail rayonu ərazisində yerləşən “Qoşa Qala” qapılarının qarşısında keçmiş həyat yoldaşı X12 yanında görüləcək işlərlə əlaqədar 18.000 (on səkkiz) ABŞ dolları, yəni 36.600 (otuz altı min altı yüz) manat, 2022-ci ilin aprel ayında mebellərin boyanması üçün Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsində anası Zəkiyyə Həziyevanın iştirakı ilə 15.000 (on beş min) manatı, iki gün sonra eyni yerdə 5000 (beş min) manatı Cavabdeh vermişdir. O da, öz növbəsində 2022-ci ilin avqust ayında mebelləri tam şəkildə təhvil verəcəyinə söz vermişdir. 2022-ci ilin iyun ayında Cavabdeh onunla əlaqə saxlayaraq, artıq işlərini başqa yerdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mebel sexində davam etdirəcəyini bildirmiş, iddiaçı onu yoxlamaq üçün sifarişçi ilə birlikdə həmin yerə getmiş və cavabdehin həqiqətən də mebel sexi işlətdiyini görmüşlər. Bir müddət sonra Binəqədi rayonunda yerləşən mebel sexinə gedib məlumat almaq istədikdə orada olan şəxslər sexinin başqa şəxsə məxsus olduğunu bildirmişlər. Bundan sonra Cavabdehyı axtarmağa başlasa da tapmamışdır. 2022-ci ilin noyabr ayında Cavabdeh ilə təsadüfən “Zeytun” restoranında rastlaşmış və nə səbəbə onları aldatdığını soruşduqda, ziyana düşdüyündən mebelləri təhvil verə bilmədiyini və istədiyi yerə şikayət edə biləcəyini demişdir. Daha sonra məcburiyyət qarşısında qalaraq R.Bilalovun mənzili üçün sifariş verdiyi bütün mebelləri şəxsi vəsaiti hesabına təmin etmişdir. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona 50.600 manat maddi ziyan dəymişdir. Bu barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş və Nəsimi RPİ-nin İş-nin müstəntiqi Sübhan Zeynalovun 28 oktyabr 2023-cü il tarixli qərarına əsasən cinayət işinin başlanması iş üzrə xüsusatların mülki xarakterli olması səbəbi ilə rədd edilmişdir. II. Tərəflərin mövqeləri: İddiaçının vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 19- 26 avqust 2025-ci il tarixlərdə ölkə hüdudlarından kənarda olacağından məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edir. 24 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək, iddiaçının dizayn işləri ilə məşğul olan şirkəti olduğunu, müştəri evin içində müəyyən işlərin görülməsi üçün müraciət etdiyini, aralarında razılaşma olduğundan, tərəflər ilk dəfə Səbail rayonunun ərazisində görüşərək 18000 ABŞ dolları (yəni 30600 manat) pulu cavabdehə verdiyini, sonradan 15000 manat və daha sonra 5000 manat verildiyini, işlə bağlı gecikmə olduğuna görə iş icraçısı Cavabdeh ilə əlaqə saxlayaraq işlərin 2022-ci ilin avqustunda başa çatdıracağını bildirmiş, sifarişçiylə mebel sexinə gedərək, hansı ki, cavabdeh həmin sexin ona məxsus olduğunu bildiyini, sifarişçi ilə həmin sexə gedən zaman başqa şəxsə məxsus olduğu ona məlum olmuş, sonuncu dəfə təsadüfən cavabdehlə Zümrüd restoranında rastlaşmış, işi görməkdən imtina etdiyini, iddiaçı bu barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə müraciət etmiş, lakin mülki mübahisə olduğu üçün cinayət işinin başlanması rədd qərarı verilmiş, iddiaçı hal-hazırda məhkəmədən 50.600 manat məbləğində maddi ziyanın, 241.80 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 320 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 24 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia ərizəsini qəbul etməyərək, işləri çox hissəsini gördüyünü, bir hissəsini isə, yəni mətbəxin şüşə qapıları və qarderobun qapısının qaldığını, mebellərin hazırlanması üçün 52000 manata razılaşdıqlarını, işlərin onun tərəfindən icra olunacağından, A.Təhminə və R.Bilalov arasında bağlanmış müqaviləyə qol çəkdiyini, sifarişçi R.Bilalovdan pul məbləğlərini A.Təhminənin götürdüyünü, sonradan Təhminə tərəfindən ona verilən zaman isə komissiya tutduğunu bildirmişdir. 24 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində qızının Ravil Bilalov adında bir müştəri ilə müqavilə bağladığını, həmin müqavilə üzrə bir çox problem yaşadığını, iş icraçısı Cavabdeh tərəfindən işlər vaxtında təhvil verilmədiyi üçün Ravil və Elmira adlı şəxslərin qızının evində qaldıqlarını, bir müddət Cavabdeh məlumat ala bilmədiklərindən, onu axtarmağa başaldıqlarını və sonda A.Təhminə məcbur qalaraq borc götürüb Vəfadar adlı ustayla mebelləri yenidən düzəltdiyini bildirmişdir. 09 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahid Sarıboga Hasan ifadəsində yumuşaq mebel ustası oldğunu, Cavabdeh yanında işlədiyini, orada yumşaq mebel düzeltdiyini, iki dəfə də Təhminə xanımdan iş təhvil aldıqlarını, bir divan, iki yataq sifariş götürdüklərini, biri böyük, digəri isə uşaq yatağı olduğunu, böyük yataq dəstinin paxlava formasında olduğunu, sifarişləri bitirdikdən sonra evin sahibinin gəldiyini, mebelləri açıb baxdıqlarını, bəyəndiklərini, daha sonra Səlahattin adında işçi ilə birlikdə sifarişçinin ünvanına göndərdiklərini, quraşdırmağa qoymadıqlarını, ustalara məxsus alətlərin də orada qaldığını, tərəfindən düzəldilmiş divanın ayaqlarını bəyənmədiklərini, ümumilikdə 3000 manata Cavabdeh ilə danışdıqlarını, evə gedən zaman hamam şkafının, geyim otağının yığıldığını, qapıların hələ quraşdırılmadığını və 2 ədəd geyim otağının qapılarının yerində olduğunu gördüyünü bildirmişdir. 09 avqust 2024-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahid Nazmi Gül ifadəsində Təhminə xanımı Ersın bəyin vasitəsi ilə tanıdığını, 5-6 dəfə gördüyünü, Zabratda Ersın bəylə bir yerdə işlədiklərini, sifariş götürdükləri ev sahibinin adının Rabil olduğunu, geyim otağı və mətbəxi mebelini düzəltdiklərini, evdə 3 dənə hamam otağı olduğunu, pul işləri ilə Ersın bəyin məşğul olduğunu, ümumi məbləğ 50000 manata razılaşdığını, təxmini 15-20000 manat pul aldıqlarını, hazırki vaxta qədər 11000 manat alacaqlarının qaldığını, sifarişçiyə məxsus evdə mətbəx mebellərini, giriş hissədə olan şkaf, qarderob, qapıları düzəltdiklərini, lakin qapıların quraşdırmasını ev sahibinin istəmədiyini, evdəki böyük otağ da təmir işlərini gördüklərini, yeganə geyim otağının qapıları qaldığını, uşaq və böyük otaqlarının hamamlarının şkafını quraşdırdığını, evə giriş qapısından solda otaqda Tv altdığını düzəltdiklərini, mebellərin materiallarını özləri tərəfinfən aldıqlarını, ümumilikdə tərəflərindən görülmüş təhvil verilmiş, həmçinin görülmüş, lakin sifarişçi tərəfindən təhvil alınmamış 50000 manatlıq işi gördüklərini bildirmişdir. 23 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, Rabil Bilalov tərəfindən birinci ödəniş kimi 30600 manat pul verildiyini, həmin məbləğin bütövlükdə Cavabdeh çatdığını, ikinci ödəniş olaraq 15000, üçünçü ödəniş olaraq 5000 manatı cavabdehə Nəsimi rayonunda verdiyini, 6000 ABŞ dollarını kameranın altında verdiyini, ümumi 50600 manat pul verdiklərini, müştəri ilə 61000 manata danışdığını, Cavabdeh ilə 52000 manata razılaşdıqlarını, Cavabdeh verilmiş 50600 manat pulun qarşılığında onun tərəfindən R.Bilalova məxsus mənzildə cuzi işlərin görüldüyünü, yəni qarderobun içinə laminatla yığdığını, 1200 manata mebelin karkasını yığdığını, yataq mebelini, divanı düzəltidiyini, divanın ayaqlarını səhv düzəldiyindən sifarişçi tərəfindən bəyənilmədiyindən qəbul edilmədiyini, qapıların düzəldilməsi ilə əlaqədar Vəfadar adlı usta ilə razılaşdığını, 7000 manata müqavilə bağladıqlarını, onun tərəfindən görülən işlərin bəyəndiyindən digər işlərin görülməsi ilə bağlı razılaşdıqlarını bildirmişdir 23 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində evin sahibi olduğunu, təmir üçün Təhminə xanımla danışdığını, Təhminə xanımı onun dayısı oğlunun evini dizayn etdiyini, işlərini bəyəndikləri üçün əlaqə saxladığını, Cavabdeh ilə Təhminə xanım vasitəsi ilə tanış olduğunu, ilk dəfə mart ayında İçəri şəhərdə yoldaşına məxsus restoranda görüşdükləri zaman materiallar alınması üçün 18000 ABŞ dollar pulu pul verdiyini, həmin zaman yanlarında həyat yoldaşı, Cavabdeh, Təhminə xanım və onun yoldaşı olduğunu, həmin pul məbləğini Təhminə xanıma verdiyini, o da öz növbəsində pulu Cavabdeh verdiyini, manat əlavəsi vermədiyini, ümumilikdə 60000 manata razılaşdıqlarını, pulun hamısını verdiyini, növbəti pul verilişlərində isə Təhminə xanıma verdiyini, ilk ödənişi Cavabdeh yanında verdiyini, ikinci ödənişi edəndə qaynansıgildə qaldığı zaman Təhminə xanımın özü yuxarı qalxaraq 9000 ABŞ dolları pulu götürdüyünü və boya işlərinin başlanması üçün Cavabdeh verəcəyini, üçüncü dəfə pulu Ersınlə problem yaranandan sonra verildiyini, həmçinin qapıların quraşdırılması zaman yerinə oturmadığını, 2 yataq mebeli, bir divan yığıldığını, divanın ayaqlarını düzəltdiyini, lakin üstünün olmadığını, onu da başqa yerdə düzəltdirdiyini, Cavabdeh ona məxsus mənzildə çamaşırxananın, mətbəxin karkasını, tv masası, yataq düzəltdiyini, evin iş materiallarında olan şəkillərdəki formada olmadığını bildirmişdir. 10 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 izahatında keçən məhkəmə iclasında sifarişçi iş üzrə şahid qismində dindirildiyini, onların da izahatlarından görünür ki, məhkəməyə təqdim edilən foto şəkillər evə quraşdırılmadığını, cavabdeh tərəfindən əşyalar tam şəkildə yerləşdirilmədiyini, qalan işləri tamamlanmasından ötrü ev sahibləri iddiaçıya notarial qaydada təsdiq edilmiş borc verdiyini, sexdəki şəxslərin cavabdeh tərəfindən malların qiyməti ödənilmədiyini, həmin əşyalar iddiaçı tərəfindən ödənildikdən sonra götürüldüyünü, şahidin ona məxsus evində hazırki rəngdə əşyaların olmadığını, boyacı və digər ustanın bu mebeli düzəltdiyini etiraf edə biləcəyini, lakin həmin mebellər evə quraşdırılmadığını, cavabdehin bildirdikləri özünü müdafiə xarakteri daşıdığını, əlavə xərc çəkdikləri üçün 52.000 manatı tələb etdiklərini, həmin məbləğin cavabdehin özün də etiraf etdiyini, əlavə gördüyü işlərin sübut etmə vəzifəsinin cavabdehin üzərinə düşdüyünü, məhkəməyə təqdim edilmiş foto şəkillərin şahid tərəfindən təkzib olunduğunu bildirmişdir. 01 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında evdə ümumilikdə 9 ədəd qapı düzəldilib quraşdırıldığını, qapının giriş hissəsində dresuar yerləşdirildiyini, girişdə koridorun sağ hissəsində geyinmə otağı üçün qarderob düzəldildiyini, lakin qapıların taxılmadığını, mətbəx şkafları tamamilə düzəldildiyini, sadecə ən üstdə 5 ədəd şüşə şkaf qapağı taxılmadığını, salonda TV masa yerləşdirildiyini, divan, stol, stul, divanın önü üçün masa düzəldildiyini, lakin iddiaçının götürmədiyini, yataq otağı üçün yataq, yataq başlığı, TV masası, çalışma masası və tumbuçkalar hazırlanıb yerləşdirildiyini, qarderobunun isə sadecə qapılarının taxılmadığını, iddiaçı tərəfindən götürülmədiyini, ümumi və uşaq otağındaki hamamlarım şkaflarının quraşdırıldığını, uşaq otağında dovşan başlıqlı yataq, kitab şkafı və yer sandığı quraşdırdığını, R.Bilalovla və A.Təhminə arasında 62000 manatlıq müqavilə bağlandığını, Təhminə xanımla 52000 manata razılşadıqlarını, ümumilikdə 38020 manat məbləğində pul aldığını və A.Təhminəyə 11550 manat pul verdiyini bildirmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə olunan xx.xx.2021-ci il tarixdə bağlanılan müqavilədən görünür ki, X10 İnterıor Studıo M.M.C arasında müqavilə imzalanmışdır. X6 evinin dizayn olunması və mebellə təmin edilərək quraşdırılması ilə əlaqədar bağlanmışdır. Həmin müqaviləyə Erzin Ozkaya da imza etmişdir. İş materiallarına evin dizaynı ilə əlaqədar fotoşəkillər əlavə olunmuşdur. İş materiallarına əlavə olunan Cinayət işi başlanmasının rədd edilməsi haqqında 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh Elvan oğlunun əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Aparılmış araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, 2021-ci ilin aprel ayında evini dizayn etdirən müştəri Ravil Bilalovla müqavilə imzalamış, həmin müqaviləyə əsasən o, Ravil adlı şəxsin evini mebellə təhvil verməli olmuşdur. Aralarındakı razılaşmaya görə mebellərə əsasən o, Cavabdeh 50.600 manat pul vermə olmuşdur. Bu səbəbdən də Ersın aralarında müqavilədə bağlanmışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Qoşa Qala» qapılarının qarşısında keçmiş həyat yoldaşı X13 yanında 18.000 ABŞ dolları, yəni 30.600 manat pulu Ersınə vermişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Nəsimi rayonu, A.Salamzadə küçəsində anası Zəkiyyə Həziyevanm iştirakı ilə 15.000 manat, iki gün sonra da yenidən eyni yerdə 5.000 manat pulu Cavabdeh vermişdir. Cavabdeh ona demişdir ki, 2022-ci ilin avqust ayında mebelləri tam şəkildə təhvil verəcəkdir. 2022-ci ilin iyun ayında Cavabdeh onunla əlaqə saxlayıb demişdir ki, artıq işlərini Bakı şəhəri, Binəqədi rayonu ərazisinə «Arsenal Gropun» yaxınlığında yerləşən obyektdə işlərini davam etdirir. Həmin ərəfədə R.Bilalovla həmin yerə gedərək həqiqətən də Ersınin mebel sexi işlətdiyini görmüşlər. 2022-ci ilin iyul ayında mənzil sahibi B.Ravillə birlikdə Türkiyə Cümhuriyyətinə getmiş, orada B.Ravilə məxsus mənzilə pərdələri aldıqdan sonra Bakıya qayıtmışlar. Bakıya qayıtdıqdan sonra Cavabdeh ilə aləqə saxladıqda artıq telefon zənglərinə cavab verməmişdir. Bundan sonra Binəqədi rayonunda yerləşən mebel sexinə gedib oradan Ersın barədə məlumat almaq istədikdə demişlər ki, bu mebel sexi başqa şəxsə aiddir, bunun Cavabdeh heç bir aidiyyatı yoxdur. O, Cavabdeh tapa bilməmiş, sonradan 2022-ci ilin noyabr ayında Cavabdeh ilə Zeytun restoranında rastlaşmış, həmin vaxt aralarında mübahisə yaranmışdır. Araşdırma zamanı izahatı alınmış Cavabdeh Elvan oğlu göstərmişdir ki, İddiaçı təxminən 2020-ci ildən tanıyır. 2020-ci ilin aprel ayında Təhminə xanım onunla mobil telefonla əlaqə saxlayaraq bir işi olduğunu bildirərək onu Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisinə dəvət etmişdir. Ofisə çatdıqda orada A.Təhminə, onun əri Serdar və tanımadığı bir nəfər xanım olmuşdur. Ofisdə əyləşib söhbət edən zaman A.Təhminə ona demişdir ki, Bakı şəhəri, Nəsimi rayonu Ə.Hüyseynov küçəsində yerləşən 1 ədəd mənzil vardır. Həmin mənzilin sahibi sonradan adını bildiyi Ravil Bilalov adlı şəxdir. Həmin Ravil adlı şəxs mənzilin mebel təchizatı ilə bağlı onunla müqavilə bağlamaq istəyir. Buna görə də düşünür ki, mebel işlərini onunla görsün və bu barədə qiymətlərlə maraqlansın. Mənzilə lazım olan mebellər A.Təhminə tərəfindən ona deyilmişdir. Gün təyin etdikdən sonra A.Təhminə ilə birlikdə qeyd olunan mənzilə gedərək ora yerləşdiriləcək mebellərin ölçüsünü götürmüşdür. Orada da hesablamalara görə Təhminə xanım ona 52.000 manat pul ödəməli, lakin bu söhbət təxminən 6-7 ay uzanmış, yekun olaraq xx.xx.2021-ci il tarixdə A.Təhminə əlaqə saxlayıb onu Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Qoşa Qala» qapılarının qarşısında çağırmışdır. Ora gəldikdə orada A.Təhminənin keçmiş həyat yoldaşı X14, mənzil sahibi Ravil və onun adını bilmədiyi arvadı olmuşdur. B.Ravil ilə A.Təhminə öz aralarında müqavilə bağlamış, B.Ravil ona demişdir ki, müqaviləni Təhminə ilə bağlasa da mebel işlərini gördüyündən o da müqaviləyə qol çəkməlidir, buna etiraz etməyib qol çəkmişdir. B.Ravil elə orada da 17.200 ABŞ dolları və 900 manat pulu sayıb A.Təhminənin əri Sərdara vermişdir. Sərdar ona ümumilikdə 14.700 ABŞ dolları pul vermiş, qalan pulları özlərində saxlamışlar ki, müəyyən qədər pula ehtiyacları vardır. O da onlara demişdir ki, şifahi razılaşmaya əsasən ona 52.000 manat pul ödəməlidirlər. 14.700 ABŞ dolları məbləğində pulu aldıqdan sonra işləri görməyə başlamışdır. Belə ki, mətbəx mebelinin dolabını yığdırmış, ora aid ləvazimatların hamısını boyayıb mənzilə yerləşdirmişdir. Televizora məxsus bütün mebel dəstini yığaraq mənzilə yerləşdirmişdir. Divanı yığıb tam bitirmişdir. Bundan sonra o, A.Təhminəyə xəbər etmiş, Təhminə, Ravil və onun arvadı birlikdə gedib divana baxmışlar, hətta xoşlarına gəlmişdir. Həmçinin onlar uşaq yataqlarına, böyük yataq dəstələrinə də baxıb bəyənmişlər. O. həmin ərəfədə yataq dəstlərini, dolablarını, digər şkafları, uşaq yataqlarını mənzilə yerləşdirmişdir. Bundan sonra 3 ədəd hamam dolablarını hazırlayıb mənzilə yerləşdirmişdir. Daha sonra A.Təhminə tərəfindən mənzilə sifariş verilmiş 9 ədəd otaq qapılarını tam vəziyyətdə hazır edib mənzilə göndərmiş, qapıları A.Təhminə ilə razılaşdırdıqları kimi mənzil sahibi ilə birlikdə özləri mənzilə yerləşdirmişlər. Həmçinin uşaq otağının dolablarını da hazır edib mənzilə yığmışdır. Bu işləri gördükdən sonra mənzilə dair başqa işlər qalmışdır. A.Təhminədən artıq qalan pulları tələb etmişdir. Həmin vaxtı A.Təhminə ona yalnız bir neçə gün ərzində 5.700 ABŞ dolları və 3.000 manat olmaqla pul vermişdir. Həmin pulları aldıqdan sonra işləri sürətləndirmiş, buna baxmayaraq işlərin yekunlaşması üçün yenə də pullar lazım olmuş, aralarında olan sözləşməyə görə A.Təhminə ona 52.000 manat ödəniş etməlimiş, daha sonra A.Təhminə ilə nə qədər əlaqə saxlamaq istəsə də onun zənglərinə cavab verməmiş, hətta onunla görüşüb söhbət etməkdən qaçmışdır. A.Təhminə ona ümumilikdə 37.680 manat pul vermiş, həmçinin müxtəlif vaxtlarda ondan 5.600 manat borc almışdır. Araşdırma zamanı izahatı alınmış X4 göstərmişdir ki, özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu Ə.Hüyseynov küçəsində yerləşən mənzili İddiaçı göstərmişdir. Aralarındakı razılaşmaya əsasən A.Təhminə mənzilin sanitar qovşağından tutmuş mətbəxinə kimi bütün mebellərlə təhciz edəcəkdir. Mənzilə yerləşdiriləcək mebellər, güzgülər və s əşyalar arasında artıq aralarında razılaşma olmuşdur. Bunun üçün o, A.Təhminəyə 60.000 manat pul ödəməli olmuşdur. İlk dəfə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Qoşa Qala» qapılarının qarşısında görüşən zaman Ersın bəyi görmüşdür. Orada həmçinin Təhminə və onun həyat yoldaşı Serdar da olmuşdur. Elə orada 18.000 ABŞ dolları, yəni 30.600 manat pulu İddiaçı vermiş, o da öz növbəsində onun yanında həmin pulu Ersınə vermişdir. Ona məxsus mənzildə təmir gecikmişdir. Həmin müddət çatdıqda A.Təhminədən mebelləri tələb etmişdir. Həmçinin Ersınlə əlaqə saxladıqda əvvəlcə işlərin qaydasında getdiyini desə də, sonradan ona demişdir ki, tərəfindən A.Təhminəyə verilmiş pullar tam çatmamışdır. Artıq 2022-ci ilin əvvələrinə qədər hissə-hissə olmaqla 60.000 manat pulu tam olaraq A.Təhminəyə ödəmişdir. Cavabdeh ona məxsus mənzilə mətbəx mebelinin yarımçıq karkasını, paltar mebelinin karkasını göndərmişdir. 2023-cü ilin əvvəllərində A.Təhminə ona məxsus mənzili təhvil verə bilmişdir. O, A.Təhminə ilə Cavabdeh ilə arasında olan pul münasibətlərindən xəbəri yoxdur. Yalnız bir dəfə 18.000 ABŞ dollarını A.Təhminəyə vermiş, o da onun yanında öz növbəsində həmin pulu Cavabdeh vermişdir. İş materiallarına Vəfadar Müzəffərov və İddiaçı arasında xx.xx.2022-ci il tarixində mebellərin sifarişi ilə bağlı razılaşma müqaviləsi bağlanmışdır. İş materiallarında əlavə olunan borc müqaviləsindən görünür ki, 07 fevral 2023-cü il tarixində X2 ilə İddiaçı arasında borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinə əsasən borc verən, borc alana 10000 manat məbləğində pulu notariusun depozit hesabı vasitəsi ilə borc verilmişdir. Borc alan krediti xx.xx.2023-cü il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh Mustafayev Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki iş üzrə 16 sentyabr 2024-cü il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsində yerləşən mənzilə yerli baxış keçirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsində yerləşən mənzilin giriş hissəsində tünd göy rəngli dresuar yerləşdiyi, koridorun sağ hissəsində geyinmə otağı üçün qarderob düzəldildiyi, koridordan sol tərəfdə çamaşır otağı yerləşdiyi, ümumi hamam otağında şkaf və vanna yerləşdiyini, yataq otağında yataq, başlığı, Tv masası, çalışma masası və qarderob yerləşdiyini, qarderobun qapaqları taxıldığını, uşaq otağında isə dovşan başlıqlı yataq, kitab şkafı, yer sandığı yerləşdiyi, salonda Tv masası, krem rəngli divan, stol, stul, ön masa yerləşdiyi, evdə tünd boz rəngli 9 ədəd qapı yerləşdiyini, mətbəx üçün krem rəngli şkaflar taxıldığı, həmçinin şkafın yuxarı hissəsi üçün şüşə qapaqlardan istifadə edildiyi keçirilən yerli baxış zamanı müəyyən edilmişdir. İş materiallarına Cavabdeh tərəfindən görülən işlər barədə məlumat əlavə olunmuşdur. Həmin məlumatdan görünür ki, evdə ümumi 9 ədəd qapı düzəldilib quraşdırıldığını, qapının giriş hissəsində dresuar yerləşdirildiyini, girişdə, koridorun sağ hissəsində geyinmə otağı üçün qarderob düzəldildiyini (qapaqsız), mətbəx şkafları kompleks taxıldığını, salonda TV stendi quraşdırıldığı, uşaq otağında dovşan başlıqlı yataq düzəldildiyini, ümumi və uşaq otağındaki hamam otağının şkafları düzəldildiyini, yataq otağı üçün yataq, yataq başlığı, TV masası, çalışma masası, tumbuşkalar hazırlanıb yerləşdirildiyini, yataq otağı qarderoblu kompelks (qapaqsız), çamaşırxana qapıları danışıqlarında olmadığından etmədiyi qeyd edilmişdir. İş materiallarına Cavabdeh tərəfindən görülən, lakin alınmayan işlər barədə məlumat əlavə olunmuşdur. Həmin məlumatdan görünür ki, geyinmə qarderobunun qapaqları əksik, mətbəx 30x35= 5 əd. şüşə qapıları əksik, uşaq otağı şkaf və qapıları əksik, yataq otağı hamam şkafı hazırlanmış, lakin götürülməmiş, stol (sehpa), divan, stullar hamısı hazırlanmış, lakin götürülməmiş və geyinmə otaqlarının qapıları əksik olduğu qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4194/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdehə qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair mülki iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 01 nömrəli məktubundan görünür ki, Bilalov Ravilə məxsus mənzildə görülmüş işlərin dəyərinin müəyyən edilməsi üçün mənzilə baxış keçirmək mümkün olmadığından qiymətləndirici mütəxəssis sifarişin icrasını heyata keçirə bilməmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2-ci maddəsinə əsasən bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3-cü maddəsinə əsasən danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4-cü maddəsinə əsasən elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 770-ci maddəyə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik, hüquq münasibətləri əmələ gəlmişdir. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 7, 37 nömrəli mənzil sifarişçi R.Bilalova məxsusdur və Cavabdeh həmin mənzildə təmir işləri aparmaq üçün tərəflər arasında 09 aprel 2021-ci il tarixində sifarişçi ilə icraçı arasında bağlanmış müqaviləni imzalamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4194/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdehə qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair mülki iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Lakin "xxxx" MMC tərəfindən R. Bilalova məxsus mənzilində görülmüş işlərin dəyərinin müəyyən edilməsi üçün mənzilə baxış keçirilməsi təyin olunsa da mülkiyyətçinin buna etirazı nəticəsində baxış keçirilməsi mümkün olmamışdır. İşin araşdırılan hallarından göründüyü kimi iddiaçının istinad etdiyi cavabdeh tərəfindən öhdəliyin lazımı qaydada yerinə yetirilməməsi, mənzili keyfiyyətsiz və yararsız təmir etməsi onun evi yenidən başqa usta vasitəsi ilə yenidən təmir etməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Cavabdehin məhkəmədə verdiyi izahatında da məlum olur ki, o evi bacardığı qədər səliqəli təmir etmiş, aldığı sifarişləri yerinə yetirmiş, bir hissəsini R.Bilalova məxsus evə quraşdırmış, lakin bir hissəsini düzəltsə də sifarişçi R.Bilalov bunu bəyənmədiyindən, götürmədiyini qeyd etmişdir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur Məhkəmə sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alaraq qeyd edir ki, bağlanmış podrat müqaviləsinə əsasən icraçı A.Təhminə sifarişçi R.Bilalova qüsurdan azad (qüsursuz) mənzill təhvil verməyi öz öhdəsinə götürsə də, öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, podrat müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün mülki iş materiallarına əlavə edilmiş A.Təhminə ilə Vəfadar adlı şəxs arasında bağlanmış müqaviləyə əsasən məhkəmə bu halı onun 09 aprel 2021-ci il tarixli podrat müqaviləsi üzrə sifarişçi qarşısında daşıdığı müqavilə öhdəliyinin icrası kimi qiymətləndirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sifarişçi Ravil Bilalovun evinin dizayn olunması və mebellə təmin edilərək quraşdırılması üçün xx.xx.2021-ci ildə icraçı İddiaçı arasında müqavilə imzalanmış və həmin müqaviləyə iş icraçısı olan Cavabdeh imza etmişdir. Elə həmin gün sifarişçi Ravil Bilalov tərəfindən 17.200 ABŞ dolları və 900 manat pul İddiaçı əri Sərdara verilmiş daha sonra İddiaçı tərəfindən həmin məbləğdən 14700 ABŞ dolları Cavabdeh verilmişdir. Bu hal iş materiallarında olan (iş vərəqə 119) öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilən X1 iddiaçının anası olduğunu 2022-ci ilin apel ayında A.Salamzadə küçəsində qızı tərəfindən Cavabdeh 15000 manat pulun verilməsində iştirak etdiyini desə də, məhkəmə iclasında şahid qismində dindirilən zaman Cavabdeh nə qədər pul verildiyini, harda verildiyini deyə bilməmiş həmçinin Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda verilən ifadəsi ilə ziddiyətli ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən sifarişçi Ravil Bilalov birinci dəfə pulu Təminə xanıma verdiyini sonradan o da Cavabdeh verdiyini, sonrakı pulları isə İddiaçı verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirka edən şahid Sarıboga Hasan ifadəsində mebel ustası olduğunu, divan yataq dəsti və digər əşyaların onun tərəfindən düzəldildiyini, lakin sifarişçi tərəfindən divanın ayaqları bəyənilmədiyindən götürülmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Nazmi Gül ifadəsində Rabil bəyə məxsus evdə mətbəxt və digər şkafların onun tərəfindən düzəldildiyini və həmin ünvanda şəxsən iştirak edərək quraşdırdığını (iş vərəqə 70) onun həmin ünvanda quraşdırma işlərini görməsini əks etdirən fotoşəkil olduğunu, ümumi məbləğdən Cavabdeh 11.000 manat verilmədiyini bildirmişdir. İş materiallarında olan (səh 119) Cavabdeh tərəfindən İddiaçı tərəfindən ona verilmiş pul məbləğlərinin 14700 ABŞ dolları, 3300 ABŞ dolları, 5900 ABŞ dolları və 3000 manat pul məbləğlərinin alınmasını təstiq edən əlyazmanı məhkəməyə təqdim etmişdir. Lakin, iddiaçı tərəfindən Cavabdeh nə qədər pul verilməsini təstiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda işin araşdırılan hallarından göründüyü kimi 16 sentyabr 2024-cü il tarixində Ravil Bilalovun Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsində yerləşən mənzilinə məhkəmə tərəfindən yerli baxış keçirilmiş, görülmüş işlər video lentə alınraq, məhkəmə iclasında tərəflərin iştirakı ilə bütün görülüb təhvil verilmiş (iş vərəqə 206) və görülüb təhvil alınmamış (iş vərəqə 205) işlərin siyahısı təqdim olunmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsində yerləşən mənzilin giriş hissəsində tünd göy rəngli dresuar yerləşdiyi, koridorun sağ hissəsində geyinmə otağı üçün qarderob düzəldildiyi, koridordan sol tərəfdə çamaşır otağı yerləşdiyi, ümumi hamam otağında şkaf və vanna yerləşdiyini, yataq otağında yataq, başlığı, Tv masası, çalışma masası və qarderob yerləşdiyini, qarderobun qapaqları taxıldığını, uşaq otağında isə dovşan başlıqlı yataq, kitab şkafı, yer sandığı yerləşdiyi, salonda Tv masası, krem rəngli divan, stol, stul, ön masa yerləşdiyi, evdə tünd boz rəngli 9 ədəd qapı yerləşdiyini, mətbəx üçün krem rəngli şkaflar taxıldığı, həmçinin şkafın yuxarı hissəsi üçün şüşə qapaqlardan istifadə edildiyi məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən görülən, lakin sifarişçi tərəfindən alınmayan işlər mövcuddur. Ekspertiza təyin edilsə də, Bilalov Ravilə məxsus mənzilə baxış keçirtmək mümkün olmadığından görülmüş və görülməmiş işlərin dəyərini nə qədər təşkil etməsi mümkün olmamışdır. Göründüyü kimi iddiaçı 50600 manat maddi zərər tələb etsə də, cavabdehin hansı təqsirli hərəkəti nəticəsində ona zərər dəyməsini təstiq edəcək sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, dəymiş maddi ziyanın əvəzi olaraq 50600 manatın cavabdehdən tələb edilməsi qanuni və əsaslı hesab etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehə hər hansı pul verilməsini təsdiq edən tutarlı sübut gətirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə iddianın dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsasən formal mülahizələrdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Beləliklə məhkəmə hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə iddiaçının dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsasən formal mülahizələrdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi rədd edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 241,80 manat dövlət rüsumu və hüquqi yardımla əlaqədar vəkillə bağladığı müqaviləyə əsasən 320 (üç yüz iyirmi) manat iddiaçının özünə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehə qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-236/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-236/2025
22.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver