Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2394/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızınınsədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 1000 (min) manat məbləğində pulunun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2023-cü il tarixdə xaricdə təhsillə bağlı sosial şəbəkədə olan bir reklamla qarşılaşmış və oradakı nömrə ilə əlaqə saxladıqda onu cavabdehlə əlaqələndirdilər. O, onunla əlaqə saxlamış və onu ofisinə dəvət etdi, o valideynləri ilə birlikdə ofisə getsin. Cavabdehlə tanış olmuş və onları əmin etdi ki, o çoxlu sayda şəxsləri Türkiyə Respublikasında ali təhsil müəsissələrinə təhsil almaqda köməklik etmişdir. Ona isə Türkiyə Respublikası Ərzurum şəhəri, Atatürk universiteti, X1 düzəldə biləcəyini bildirdi, həmçinin həmin universitetin diplomunun Azərbaycan Respublikasında tanıtdırılmasına köməklik edəcəyini bildirdi. Həmçinin şirkət olduğunu, bu sahədə uzun illərdir fəaliyyət göstərdiyini, kifayət qədər təcrübəsinin olduğunu bildirdi. Onlar onun dediklərinə inanaraq razılaşmış və onunla müqavilə bağlamışlar. Müqaviləyə əsasən Türkiyə Respublikası Ərzurum şəhəri, Atatürk universiteti, Dövlət idarəçilik ixtisasının qiyabi şöbəsinə onu düzəltməyi üzərinə götürmüş, o isə bunun müqabilində ona 1000 (min) manat ödəməli idi. O, həmin pulun bir hissəsini, yəni 600 manatını cavabdehə nağd olaraq ödəmiş qalan 400 yüz manatı isə onun onları təqdim etdiyi kart hesabına ödəmişdir. Eyni zanamda cavabdehin onlardan tələb etdiyi bütün sənədləri ona təqdim etmişdir. İşin hansı mərhələdə olması ilə əlaqədar əlaqə saxladıqda o, onlara bildirdi ki, o sənədləri universitetə təqdim etmiş, hər şey yaxşıdı, tezliklə bildirəcək deyə cavab verirdi və bu hal dəfələrlə təkrarlandı. Sonradan o onun onları aldatdığını görüb ondan pulu tələb etmiş, lakin o bundan boyun qaçırdı, o, məcbur olub polisə müraciət etmişdir və onlar bu məsələnin mülki iş olduğunu və məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonradan İddiaçı Cavabdeh1 əsl Cavabdeh2 MMC ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə dair ərizə mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. İş materiallarında olan Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarından görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə alaraq İddiaçı yazmış olduğu ərizəsi əsasında toplanmış materila üzrə cinayət işi başlanması rədd edilməsi, ərizəçiyə baş vermiş hadisə ilə bağlı aidiyyəti üzrə Məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. xx.xx.2025-ci il tarixli Pretenziyadan görünür ki, xx.xx.2023-cü il tarixli, EO 61 nömrəli əsasən onu Türkiyə Respublikası Ərzurum şəhəri, Atatürk Universiteti, X1 düzəlməyi ilə əlaqədar olaraq aldığı pulu geri qaytarmağını xahiş etmişdir.5 gün ərzində qayatrılması, əks təqdirdə məhkməyə müraciət edəcəyi barədə məlumatlandırılmışdır. Əlİddiaçı ilə Eagle Education arasında bağlanılmış xx.xx.2023-cü il tarixli EO/61 nömrəli Xidmət Müqaviləsindən görünür ki, müqavilə bağlanaraq Atatürk Universiteti qiyabi əsaslarla Ali Təhsil Müəssisəsinə Dövlət idarəçiliyi pilləsinə qəbul prosesinin təşkili, zəruri danışıqların və sənədləşmələrin aparılması xidmətlərinin göstərilməsini sifariş verib, icraçı isə müqavilə üzrə müəyyənləşdirilmiş qaydada xidmətləri icra etməyi öhdəsinə götürmüşdür. Bu müqavilə üzrə xidmətlərin dəyəri 1000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsaəsn tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci madəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 781-ci maddəsinəəsasən Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdeh ”Eagle Organizer” MMC ilə İddiaçı arasında bağlanmış tapşırığ müqaviləsində görünür ki, Eagle Organizer” MMC İddiaçı Atatürk Universiteti qiyabi əsaslarla Ali Təhsil Müəssisəsinə Dövlət idarəçiliyi pilləsinə qəbul prosesinin təşkili, zəruri danışıqların və sənədləşmələrin aparılması xidmətlərinin göstərilməsi üçün üzərinə öhdəlik götürmüş, tapşırığ verin isə göstərilmiş xidmətin qarşısında tapşırığ alan 1000 manat məbləğində xidmət haqqı ödəmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehin tapşırığ müqaviləsi üzrə hər hansı bir hərəkət etməməsi səbəbindən ödəmiş olduğu pulu geri qaytarılmasını tələb etmişdir. Cavabdeh isə məhkəməyə çağırılmış olsada məhkəmə iclaslarına gəlməmiş, sözügedən müqavilə üzrə üzərinə götümüş olduğu öhdəlikləri icra etməsi və bunun nəticələri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə üzərinə götürmüş olduğ öhdəlikləri icra etməsi və onun nəticələri barədə sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi təmin edilməli, iddiaçıya sözügedən müqavilə üzrə dəymiş zərə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcələsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinin tələbinə görə Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Bundan sonra məhkəmə iddia tələbinin 30 manat dövlət rüsumunun hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissələrdə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ”Eagle Organizer” MMC-dən 1000 (bir min) manat məbləğində pul vəsaiti və 30( otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2394/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2394/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver