Məhkəmə qərarları › İş №2(008)-2398/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2398/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2398/2025 22.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 1513 (min beş yüz on üç) manat pulun və ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə dost və tanış münasibətində olmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixdə ona telefonla mesaj yazaraq anasının vəfat etdiyini və pula ehtiyacı olduğunu bildirdi və ona borc verməsini xahiş etdi. O, bir neçə dəfə olmaqla cavabdehin kart hesabına pul vəsaiti köçürmüşdür. Bundan sonra cavabdeh təkrar-təkrar yenə ondan borc pul istəyib və tərəfindən bir neçə dəfə hissə-hissə olmaqla, ümumilikdə 1513 manat olmaqla cavabdehin hesabına pul məbləği köçürülmüşdür. Cavabdeh 2024-cü ilin dekabr ayında borc aldığı pulu qaytaracağına söz versə də, sözünə əməl etməmiş, borcundan heç bir məbləğ qaytarmamışdır. Sonuncu dəfə whatsapp proqramı üzərindən ona səs yazısı göndərərək, dekabr ayında pulu qaytaracağını bildirmişdir. Vaxt çatan zaman cavabdehdən borcunu istəmək üçün telefon zəngləri etmiş və mesajlar yazmışdır. Lakin cavabdeh borcu ödəməkdən boyun qaçıraraq nə onun zənglərinə, nə də telefon mesajlarına cavab verməmişdir. Göstərilənlərə əsasən hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh ona hazırda 1000 manat borcu var. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf etdi və izahatında bildirdi ki, iddiaçıya 1000 manat borcu var və ödəyə bilər, iddiaçı da buna etiraz etmir. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 5.13 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ****4772 nömrəli kartdan saat 15.45-də ****1910 nömrəli karta 145 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Bayramov M. kartına saat 15.30-da 100 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Bayramov M. kartına saat 14.53-də 100 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ****4772 nömrəli kartdan saat 20.53-də ****1910 nömrəli karta 100 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ****4772 nömrəli kartdan saat 17.01-də ****1910 nömrəli karta 50 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ****4772 nömrəli kartdan saat 01.37-də ****1910 nömrəli karta 50 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ****4772 nömrəli kartdan saat 00.53-də ****1910 nömrəli karta 80 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ****4772 nömrəli kartdan saat 11.14-də ****1910 nömrəli karta 39 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, 5167********8782 nömrəli kartdan saat 14.47-də 4098********1910 nömrəli karta 29 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, 5167********8782 nömrəli kartdan saat 10.27-də 4098********1910 nömrəli karta 40 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, 5490********8029 nömrəli kartdan saat 13.29-da 4098********1910 nömrəli karta 115 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, 5490********8029 nömrəli kartdan saat 01.52-də 4098********1910 nömrəli karta 60 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, 5490********8029 nömrəli kartdan saat 18.35-də 4098********1910 nömrəli karta 150 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ****4772 nömrəli kartdan saat 11.19-da ****1910 nömrəli karta 50 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ****4772 nömrəli kartdan saat 12.11-də ****1910 nömrəli karta 60 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ****4772 nömrəli kartdan saat 23.13-də ****1910 nömrəli karta 150 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ****4772 nömrəli kartdan saat 23.06-da ****1910 nömrəli karta 50 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ****4772 nömrəli kartdan saat 13.49-da ****1910 nömrəli karta 100 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ****4772 nömrəli kartdan saat 16:14-də ****1910 nömrəli karta 50 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ****4772 nömrəli kartdan saat 14.26-da ****1910 nömrəli karta 50 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında borc pulun verilməsi ilə bağlı şifahi razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehin kartına müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 1513 manat məblələğində pul köçürülmüşdür. Qeyd olunan hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərlə təsdiq olunur. Cavabdeh iddiaçıya 1000 manat borcun qaytarılmasına etiraz etmədiyini, sonuncu da həmin məbləğdə pulun ona ödənilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İddiaçı tərəfindən tutulmalı olan borc məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 (bir min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 35.13 manat məbləğində dövlət rüsumunun 30 manatı Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar