Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2400/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X3 iştirakları ilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1394,68 manat məbləğində maddi ziyanin ”İddiaçı”BOKT MMC-nin xeyrinə tutulasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25.06.2019-cu il tarixdən 29.12.2019-cu il tarixdək Cavabdeh İddiaçı BOKT MMC-də kredit mütəxəssisi vəzifəsində işləmiş və işi müştərilərə kredit verilməsindən ibarət olmuşdur. Xidməti vəzifələrini yerinə yetirən vaxt Cavabdeh tərəfindən İddiaçı BOKT MMC-yə 7566, 68 manat miqdarında maddi ziyan dəymişdir. Belə ki, cavabdeh X5 təşkilatda işləyən zaman onun portfelinin yoxlanması zamanı aşağıda qeyd olunan 16 sayda kredit müqaviləsində uyğunsuzluq aşkarlanmışdır. Beləki ki, həmin işlər üzrə müştərilər mövcud borcların onlara aid olmamasını bildirmişlər. Cavabdeh müxtəlif tarixlərdə aşağıda adları qeyd olunan müştərilərə kredit ayırmışdır. Lakin portfelin yoxlanılması zamanı meydana çıxan çatışmazlıqları aydınlaşdırmaq üçün həmin müştərilərlə əlaqə saxlanılmış, görüşlər keçirilmişdi. Müştərilərin ərizələrinə istinadən həmin kredit müqavilələri, eləcə də kreditin rəsmiləşdirlməsi məqsədi ilə tərtib edilmiş digər sənədlər müştərilər tərəfindən imzalanmamış, yaxud həmin sənədlər imzalansa da sonradan Raul tərəfindən müştəriyə «təşkilat krediti verməkdən imtina” kimi cavablar verilmiş, bəzi hallarda isə müştəriyə kreditin ayrılmasını təsdiq edən kredit kartı verilmiş, lakin sonradan həmin kredit kartının artıq istifadə edilmiş kredit kartı olduğu məlum olmuşdur. Kredit mütəxəssisi Cavabdehndn qeyd edilənlərlə əlaqədar izahatlar alınmış, həmin izahatlarda müştərilərin ərizələrində qeyd etdiklərinə uyğun izahat vermiş, müştəri, adına ayrılmış kredit məbləğlərinin onun tərəfindən mənimsənilməsini bildirmişdir. Nəticədə sözügedən kredit mütəxəssisinin əməlləri təşkilata 7566,68 manat məbləğində ziyan vurulması ilə nəticələnmişdir. Bu halların araşdırılması, cavabdehin əməlinə düzgün hüquqi qiymət verilməsi məqsədi ilə təşklat tərəfindən Səbail rayon prokurorluğuna müraciət edilmişdir. Səbail rayon prokurorluğu işi aidiyyatı üzrə araşdırlması məqsədilə Səbail rayon Polisinə göndərmişdir. Səbail rayon polisinin 09.03.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdi. Lakin, qərala cinayət işinin başlanması rədd edilsə də cavabdhin özünün, eləcə də müştırilərin izahatlar alınmaqla həmin əməllərin Cavabdeh tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Aparılan danışıqlar nəticəsində cavbdeh tərəfindən dəymiş ziynın bir hissəsi ödənilmişdir.Lakin buna baxmayaraq 1394,68 manat məbləğində ziyan qalmaqdadır. Təşkilat tərəfindən işə götürülən zaman 25 iyun 2019-cu il tarixdə X7 haqqında fərdi müqavilə bağlanmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh İddiaçı BOKT MMC-nin 25.06.2019-cu il 103 №-li əmrlə kredit mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Həmçinin tərəflər arasında «X7» haqqında fərdi müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən maddi məsul şəxs işəgötürən tərəfindən etibar edilmiş pul vəsaitlərinin, əmlakın, informasiyanın, maddi və digər sərvətlərin qorunub saxlanılması, emalı-satışı, daşınması, istifadəsi və ya başqa əməliyyatların aparılması ilə əlaqədar işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı işi layiqincə yerinə yetirməyi və işə götürənə vuruduğu maddi ziyana görə tam məsuliyyət daşıması öhdəliyini öz üzərinə götürür. İş materiallarından görünür ki, İddiaçı BOKT MMC-nin 29.12.2019-cu il tarixli 241 №-li əmrilə Cavabdeh tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 09.03.2020-ci il tarixli qərardan və Cavabdeh verdiyi çoxsaylı izahatlardan görünür ki, aparılmış araşdırma zamanı İddiaçı BOKT MMC-də işləmiş Cavabdeh tərəfindən kredit verilməsi ilə adı ilə ümumi 7566,68 manat məbləğində pulun mənimsənilməsi və cəmiyyət tərəfindən aparılmış araşdırma zamanı Cavabdeh tərəfindən 6172 manat məbləğində pulun ödənildiyi müəyyən edilmiş, Cavabdeh cəmiyyətə zərər vurduğunu tam etiraf etmişdir. İş materiallarından qalıq borcunun Cavabdeh tərəfindən ödənilməsi görünmür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinə 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X7 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, Cavabdeh İddiaçı BOKT MMC-də kredit mütəxəssisi vəzifəsində çalışdığı zaman aparılmış yoxlama nəticəsində 7566,68 manat məbləğində zərər vurması müəyyən edilmiş, Cavabdeh həmin məbləğdə cəmiyyətə zərər vurduğunu etiraf etmiş, həmin məbləğdən 6172 manat ödəniş etmiş, lakin qalan 1394,68 manat pul məbləğini isə Cəmiyyətə ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1394,68 manat məbləğində maddi ziyan ”İddiaçı”BOKT MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1394,68 manat məbləğində maddi ziyan ”İddiaçı”BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2400/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2400/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver