Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2405/2023 13.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Nuriddin qızının iştirakı ilə, İddiaçı Nuriddin qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nuriddin qızı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2014-cü il X10 və xx.xx.2014-cü il X1 üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 250 (iki yüz elli) manat məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında 02 noyabr 2011ci il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan 29 iyul 2012-ci il təvəllüdlü X11, 21 mart 2014-cü il təvəllüdlü X10 və 21 mart 2014-cü il təvəllüdlü X14 adlı övladları dünyaya gəlmişdirlər. 1 dekabr 2020-ci il tarixdə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Övladları onun himayəsindədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, iş 2(008)-3337/2022 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş X9, X10 və X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 180 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Buna baxmayaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Hazırda o, təyin edilmiş aliment vəsaitini "yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təyin edilməsini istəyir. Qeyd olunan qanun normasına görə 2023-ci il üçün uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu 230 manat təşkil edir. Buna görə də, o "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Nuriddin qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh etiraz ərizəsi ilə müraciət edərək İddiaçı məhkəməyə ona qarşı aliment məbləğinin artırılması tələbi ilə müraciət edərək yetkinlik yaşına çatmamış xx.xx.2012-ci il tarixdə anadan olmuş X9, xx.xx.2014 il tarixdə anadan olmuş X10 və X2 üçün ondan hər bir uşaq üçün müəyyən olunmuş alimentin məbləğinin artırılaraq hər uşaq üçün 250 (iki yüz əlli) manat tututlaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi ilə razılaşmır və hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi rədd olunmalıdır. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, Bakı şəhri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022 il tarixli qətnaməsi ilə üç uşağın saxlanması üçün ondan hər bir uşaq üçün 180 manat məbləğində tutulması qət olunmuşdur. İddiaçı iddia tələbində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə istinad edirək göstərir ki, həmin maddəyə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasl üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu məcəllənin 76-cı maddəsinə uygıın olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmənin nəzərinə çatdırır ki,qanunun bu maddəsinin bir neçə tələbi vardır ki, onun hazirkı vəziyyəti bu tələblərə cavab vermir. Aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa. Məlumat üçün bildirir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi çıxarılarkən o Daxili İşlər orqanlarında işləyidi və indi də işləyir, qazancı (gəliri ) sabit və müntəzəm olmuşdur. Hal hazırda onun aylıq əmək haqqı 1300 manat təşkil etməsinə baxmayaraq, o cəmi 325 manat əmək haqqı alır. Aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallar. O, dövlət işində işləyir və qazancı vardır, qazancından alimentin bir hissə kimi tutulması mümkündür. Tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallara gəldikdə bildirir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022 il tarixli qətnaməsinin çıxarılmasından elə böyük bir vaxt keçməmişdir və iddiaçının hər hansı bir marağı əhəmiyyətli dərəcədə pozulmasını özündə əks etdirən elə bir hal baş verməmişdir. Əksinə o, bu dövr ərzində ailə qurmuş və ailənin saxlanması onun qarşısında duran bir vəzifədir. Bundan başqa onun yaşlı valideynləri onunla yaşayır və onların da bütün təminatları onun üzərinə düşür. onun əmək haqqından iddiaçıdan başqa, Bakı şəhəri Xətai rayon məhkəməsinin qətnaməsinə əsasən birinci həyat yoldaşının xeyrinə 154 manat aliment 20 manat isə əlavə xərclərə görə aliment tutulur. Hal hazırda onun əmək haqqı 1395 manat təşkil etsə də, o dövlətə vergi və sair ödəmələrdən sonra hər ay cəmi 325 manat əməkhaqqı alır. Hesab edir ki, işin belə halında iddiaçının iddia tələbi təmin oluna bilməz. O, başa düşmüşdür ki, iddiaçı uşaqların saxlanmasından çox bu gün cəzaçəkmə müəssisəsində (qeyri-qanuni yaşadığı qadını qətlə yetirdiyinə görə) cəza çəkən atasına maddi köməklik etmək üçün alimentin artırılmasını istəyir. Çünki o məhkəmə qətnaməsi ilə ondan tutulan alimentdən əlavə gücü çatandan əlavə uşaqlarına köməklik edir. Göründüyü kimi iddiaçının ona qarşı iddia tələbi əsassızdır, hesab edir ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin Az-İ seriyalı, 387693 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında nikah Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. xx.xx.2021-ci il tarixdə 310 nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 100620 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 atası Cavabdeh, anası İddiaçı Nuriddin qızıdır. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 288897 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş X7 atası Cavabdeh, anası İddiaçı Nuriddin qızıdır. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 288896 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş X5 atası Cavabdeh, anası İddiaçı Nuriddin qızıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3337/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnamənin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(008)- 6062/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılması, xx.xx.2012-ci il tarixdə doğulmuş X6, xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 180 (bir yüz səksən) manat cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi, Mediyasiya xərcinin 30(otuz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş AZ İİ 559999 seriyalı nikah haqqında şəahdətnamənin surəindən görünür ki, Cavabdeh ilə X12 arasında xx.xx.2023-cü il arixdə nikah bağlanmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Nuriddin qızı 50 (əlli) manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 220 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqlarını pozduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Lakin məhkəmə artırılmalı olan alimentin məbləğinə diqqət yetirərək qeyd edir ki, cavabdeh ilə iddiaçının birgə nikahından doğulmuş üç övladlarından savayı da, cavabdehin başqa nikahdan da bir övladı vardır. Cavabdeh məhkəmənin qətnaməsi ilə həmin uşağın saxlanması üçün də aliment ödəyir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının himayəsində olan 3 azyaşlı uşağın saxlanması üçün ödənilməli alimentin miqdarı elə həddə müəyyən edilməlidir ki, cavabdehi həddən artıq maddi çətinliyə salmamalı, qətnamənin icrası mümkün olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(008)-3337/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2012-ci il tarixdə doğulmuş X4, xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-3337/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. xx.xx.2012-ci il tarixdə doğulmuş X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı Nuriddin qızına ödənilsin. 50 (əlli) manat mediyasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2405/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2405/2023
13.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver