Məhkəmə qərarları › İş №2(008)-2406/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2406/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2406/2021 30.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakları ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Mirzəli oğluna qarşı kredit borcunun tutulması tələbinə dair tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Mirzəli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 957,48 manat əsas borcun və 117,04 manat faiz borcu olmaqla ümumilikdə 1074,52 manat və 30,4 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödəniləmsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə daxil olmuş İddiaçı ASC-nin xx.xx.3021-ci il tarixli kredit öhdəliyinin tam icra edilməsi haqqında arayışından görünür ki, bank ilə Cavabdeh Mirzəli oğlu arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 109804-757844/1 saylı kredit müqaviləsi üzrə verilmiş 1500 manat kredit tam ödənilmişdir. Məhkəmə arayışı və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş yuxarıda qeyd olunan arayışdan görünür ki, cavabdeh tərəfindən banka olan borc məbləği tam ödənilmişdir və buna görə də hazırda mübahisə mövcud deyildir. Azərbaycan Respublikasının MPM-nin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Mirzəli oğluna qarşı kredit borcunun tutulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar