Məhkəmə qərarları › İş №2(008)-2419/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2419/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2419/2023 09.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqlarını işə düzəltmək adı ilə aldığı 4000 manat, Xəyalın məhkəməsi adı ilə aldığı 4600 manat və Gədəbəy rayonunda kartof əkib becərmək adı ilə aldığı 7600 manat pulun, 138.60 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X9 ilə təxminən 2 il bundan əvvəl uşağını həkimə aparan zaman taksi sürücüsü kimi tanış olmuş, onunla uşağını Ömür klinikasına aparıb gətirmiş, təxminən birlikdə 5 gün uşağı aparıb-gətirmişlər. Taksidə söhbət əsnasında cavabdeh ona bildirmişdir ki, artıq o “karqo terminalında” işə düzəlib və ona görə uşağı aparıb-gətirə bilməyəcəkdir. Həmin vaxt o, cavabdehə bildirmişdir ki, əgər orada yaxşı iş olsa onun da oğlunu, qızını ora işə düzəltməkdə köməklik göstərsin. Bir həftədən sonra cavabdeh ona zəng etmiş və tanışı Xəyal vasitəsi ilə uşaqlarını işə düzəldə biləcəyini bildirmişdir. İşə düzəltmək üçün ilkin sənədləri hazırlamağı və 6500 manat pul istəmiş və bildirmişdir ki, 10 gün ərzində işə çağıracaqdır. O zaman 6500 manat pulu hissə-hissə olmaqla cavabdehə vermiş və həmin vaxt pulu Xəyal adlı şəxsə verəcəkdir. Lakin 3 ay keçməsinə baxmayaraq uşaqlarının heç birini işə düzəldə bilməmişdir. O, dəfələrlə Samirə xəbərdarlıq edərək ya uşaqlarını işə düzəltməyi, ya da ona verdiyi pulu qaytarmağı tələb etmişdir. Samir vaxtı uzatmışdır. Ona görə də xəstə həyat yoldaşı ilə birlikdə Samirin Sabunçu rayonu ərazisində doğum evində tibb bacısı işləyən anasının yanına gedərək Samirin karqoda işləyib-işləmədiyini soruşmuş və Samirin anası bildirmişdir ki, oğlu işdən gec gəlir. Anası ona deyilənləri Samirə çatdıracağını və onun uşaqlarını işə düzəltdirməsi üçün verdiyi sözə əməl etdirəcəyini bildirmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq, Samir yenə də heç bir iş görməmişdir. Ona görə məcbur olub Samirin yaşadığı evə gedərək onun ata-anası ilə görüşmüş, ya uşaqları işə düzəldilməsini, ya da pulunu qaytarılmasını tələb etmişdir. Həmin vaxt Samirin ata-anası şübhəli danışmışlar, onun uşaqlarını işə düzəldibdüzəltməyəcəklərini bilmədiklərini bildirmişlər. O zaman Samiri çağırtdırmış və ondan uşaqların işə düzəldib-düzəltməyəcəyini soruşmuşdur. Həmin vaxt Samir bildirmişdir ki, iş məsələsini Xəyal həll edəcəkdir. Ona görə o, Samirin anası ilə Xəyalgilə getmişdir. Xəyalın anası ilə görüşmüş, həmin vaxt Xəyalın bacısı bildirmişdir ki, Samir və anası yalan deyir, Samir yalnız onun pulunu Xəyala verib, digərlərindən heç bir qəpik almayıb, həmin pulları Samir alıb xərcləyib. O, pulu verməsələr məhkəməyə müraciət edəcəyini bildirmişdir. Həmin vaxt Xəyalın anası və bacısı evi satıb pulunu ödəyəcəklərini bildirmişlər. Ona görə o, sonradan ev üçün müştəri göndərmiş, lakin evi satmamışlar. Həmin vaxt ona aydın olmuşdur ki, Samir və Xəyal onu aldadır, ona görə məcbur olub polisə müraciət etmişdir. Polis orqanları həm Xəyalı, həm Samiri saxlasalar da, lakin sonradan Samiri işdən kənarlaşdırmışlar. Ona və digər şəxslərə olan borcun qaytarılması barədə Sabunçu Rayon Məhkəməsində işə baxılarkən Samir ona bildirmişdir ki, Xəyala verilmiş bütün pulların qaytarılması məqsədi ilə məhkəmədə iş görmək üçün ondan 4500 manat pul almışdır. Həmin vaxt Samir ona bildirmişdir ki, Xəyal barədə məhkəmə prosesi gedir və Xəyalın ona-Samirə böyük məbləğdə pul borcu vardır. Ona görə məhkəmə işlərinin aparılması üçün ona 4500 manat pul versə, məhkəmə qətnaməsi qəbul etdirəcək və Xəyaldan pul alaraq ona olan bütün borcları qaytaracaqdır. Ona görə o zaman əlavə olaraq Samirə 4500 manat pul vermişdir. Onunla cavabdeh arasında çoxsaylı telefon danışıqlarında ondan pulun alması faktı təsdiq edilmişdir. O zaman elə hesab etmiş ki, Samir günahsızdır və onun pulunu başqa adla mənimsəmişdir. Ona görə o zaman Samirlə münasibətlərini təkrarən yaxşılaşdırmışdır. Bir müddət sonra Samir bildirmişdir ki, Gədəbəydə torpaq sahəsi var, orada yaxşı kartof əkib becərməklə 3 qat qazanc götürə bilər. Bunun üçün pul lazım olduğunu bildirmişdir. Ona görə o, Samirə iki hektar torpaq sahəsinin əkib becərmək üçün ilkin olaraq 3400 manat, daha sonra 3200 manat pul vermişdir. O zaman Samir söz vermişdir ki, hər hektardan 10 ton kartof götürəcəkdir. O da Samirə inanmışdır. Bir müddət sonra Samirdən kartof əkib-əkmədiyini soruşduqda, Samir bildirmişdir ki, verilmiş pulun müqabilində kartof əkmiş və kartofun çıxarılması üçün əlavə pul lazım olduğunu bildirmişdir. Ona görə də yenidən əlavə olaraq 1000 manat pulu yeznəsi vasitəsi ilə Samirə göndərmişdir. Lakin sonradan Samir ona nə kartof, nə də pul qaytarmamışdır. Samir onu aldatmış, ona verilən pula özü üçün yaxşı münbit sahədə kartof əkmiş və sataraq külli miqdarda gəlir götürmüşdür. Lakin ona bildirmişdir ki, guya onun üçün əkdiyi sahədən cəmi 3 ton keyfiyyətsiz və çürük kartof çıxarılmış, həmin kartofu heç kim almamış və zay olmuşdur. Samirin onu aldatmasını yerində yoxlamaq üçün Gədəbəy rayonuna getmiş və kartof sahəsini mütəxəssislərlə aydınlaşdırmış və məlum olmuşdur ki, Samir onu aldadıb, ondan aldığı pula özü üçün yaxşı yerdə kartof əkmiş, onun üçün isə pis yerdə və az sahədə kartof əkmiş, həm də əkilən toxumluğu lazım olandan iki dəfə az sərf etmişdir. Ona görə də orada kartof bitməmişdir. Ona görə Samirdən pulu istədikdə, Samir müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Samirin əvvəldən fikiri onu aldatmaq olmuş və o öz istəyinə nail omuşdur. Həyat yoldaşı 1-ci qrup əlildir və onun himayəsində olan əkiz nəvələri ağır xəstədirlər və onun daimi müalicəyə ehtiyacı vardır. Maddi vəsaitinin olmaması üzündən xəstə ailə üzvləri müalicəsini təmin edə bilmir. Bununla əlaqədar onu aldadaraq pulu alıb qaytarmayan Aliyev Samir barəsində qanuni tədbir görülməsi və ona verdiyi 7600 manat pulun qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılmış, iş üzrə cavabdeh Aliyev Samifin izahatı alınmışdır. Cavabdeh öz izahatında qeyd etmişdir ki, ümumilikdə ondan 7600 manat pul almış, lakin kartof əkibbecərə bilmədiyi üçün pul qazana bilməmişdir. Ondan aldığı pulun 6100 manat pulun yarısını, ayda 100 manat olmaqla qaytara bilər. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində HK-1/3021 saylı material üzrə işin mülki xarakterli olduğunu əsas gətirməklə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Mübahisəli işin mülki qaydada həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh uşaqlarını işə düzəltmək adı ilə aldığı 4000 manat, Alıyev Xəyalın məhkəmədə vəkilə verilməsi, avtomaşının təmiri, icarə haqqının ödənilməsi və s. ad ilə ondan aldığı 6500 manat və Gədəbəy rayonunda kartof əkib-becərmək adı ilə ondan aldığı 7600 manat, ümumilikdə 18.100 manat pulun və 138.60 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh Xəyalın məhkəməsində iş görmək adı ilə aldığı 6500 manat, kartof əkib becərmək adı ilə aldığı 7600 manat pulun və ödənilmiş 138.60 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Gədəbəy rayonunda kartof əkib becərilməsi üçün xərclədiyi 614 (altı yüz on dörd) manat vəsaitin, müxtəlif vaxtlarda ona verdiyi 2014 (iki min on dörd) manat vəsaitin və ona vurduğu mənəvi ziyana görə 10.000 (on min) manat vəsaitin, ümumilikdə 12.428 (on iki min dörd yüz iyirmi səkkiz) manat vəsaitin alınaraq ona ödəniİməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində bildirdiyi ilk 2 (iki) iddia üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə məhkəmə baxışı keçirilib və müvafiq qərar qəbul edilmişdir. Cavabdehin iddia ərizəsində özünə daha keyfiyyətli torpaq sahəsi alması barədə məlumat həqiqəti əks etdirmir. Belə ki, cavabdehin icarəyə götürərək kartof əkdiyi sahə qaratorpaq ərazidə, onun kartof əkdiyi sahə isə sarıtorpaq ərazidə yerləşir. Cavabdeh iddia ərizəsində guya ona 7600 (yeddi min altı yüz) manat verdiyini qeyd etmişdir. Lakin həmin məbləğin 1000 (min) manatını Təranənin kürəkəni ona verməmiş, özü kəndə gedərək hazır məhsulu sahədən fəhlələrə çıxartdıraraq aparmışdır. O, görüləcək bütün işlər və xərcləri barədə Təranəyə əvvəlcədən məlumat vermişdir. Təranə onunla hazırlanmış və hesablanmış layihə əsasında ona aşağıda qeyd edilən xərcləri ödəmək üçün pul vermiş, kifayət etmədiyi halda özünün vəsait xəcləməsini və sonradan xərclərini ödəyəcəyini bildirmişdir. Torpaq icarə haqqı - 2 hektar 500 manatdan = 1000 manat; payız şumu - 2 hektar 60 manatdan = 120 manat; toxum - 2 hektar 6 ton 55 qəpikdən = 3300 manat; toxum səpmək - 2 hektar 130 manatdan = 260 manat; gübrə -10 kisə - Azot =260 manat; gübrə - 4 kisə yemləmə =144 manat; alaq dərmanı - 180 manat; dərmanı səpməyə -100 manat; yaz şumu - 2 hektar 60 manatdan = 120 manat; əkin - 2 hektar 150 manatdan = 300 manat; birinci döyüm - 2 hektar 60 manatdan = 120 manat; birinci döyüm - 2 hektar 60 manatdan = 100 manat; həşərat dərmanı- 50 manatdan 2 dəfə =120 manat; maşın pulu (Qazel) - 130 + 60 = 190 manat; fəhlə - gündəlik 25 manat, 2 nəfər x10 gün = 500 manat; fəhlələrə və traktorçuya yemək - 300 manat; fəhlələrə və traktorçuya siqaret pulu -100 manat, ümumi xərc 7214 manat. Göründüyü kimi, Təranənin əlavə xərcləri hesablamadan ona kartof əkinindən 7214 - 6600= 614 (altı yüz on dörd) manat məbləğində borcu qalmışdır. Fəhlələrdən aldığı məlumata görə İddiaçı kartof əkdiyi sahədən 3,5 - 4 ton kartof çıxarılıb. İddiaçı ondan 2022-ci ilin noyabr ayında Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə şikayət edərək ona borclu olduğunu bildirmişdir. O, öz abrıma utanaraq orda Təranənin ümümi xərcləmiş olduğu 6100 manat vəsaitin yarısını, yəni 3050 manat hissəsini hər ay 100 manat ödəyəcəyini bildirdi. Ondan sonra İddiaçı 1500+300=1800 manat ödəmişdir. Bununla İddiaçı 614+1800=2014 manat məbləğində pul vəsaiti vermiş hesab olunur. O, gündəlik 25 (iyirmi beş) manat ödəməklə icarəyə götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğu vaxtda 5 dəfə İddiaçı (ümumilikdə 20 gün) kartof əkdiyi sahəsində işlərin yerinə yetirilməsi üçün öz hesabına Gədəbəy rayonuna getmişdir (Gədəbəy rayonuna gedib gəlmək üçün avtomobilin tək yanacaq xərci 120-150 manat edir). Buna görə Təranə ona ödəniş etməyib. Bununla, İddiaçı onu qazana biləcəyi gəlirdən məhrum etmişdir. İddiaçı bu dələduzluq əməlləri ilə ona və ailə üzvlənə mənəvi zərər vurmuşdur. İddiaçı onun vaxtını boşuna sərf etməsinə, lüzumsuz xərcə düşməsinə səbəb olmuş, habelə əldə edəcəyi gəlirləri əldən çıxdığından mənəvi iztirablar çəkmişdir. Bunun nəticəsində də ona mənəvi zərər dəyib. Ona dəymiş mənəvi ziyanı 10 000 (on min) manat vəsait kimi qiymətləndirir. Bundan əlavə, ödəmiş olduğu 138 manat 60 qəpik dövlət rüsumunun ona ödənilməsi barədə iddiasının qarşılıqlı iddia təmin edildikdə cavabdehdən tutulmalı olduğu qənaətindədir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini etiraf etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən etiraf etmiş, qarşılıqlı iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, kartof əkini üçün İddiaçı 7600 manat pul almışdır. Həmin puldan poçt vasitəsi ilə İddiaçı adına 1500 manat və 300 manat göndərmiş, sonuncu 1500 manatı qəbul etmiş, 300 manatı isə qəbul etməmişdir. Bundan başqa, ödəniş etməmişdir. Bundan başqa, o, İddiaçı 6500 manat pul almış, İddiaçı ilə onun Xəyala qarşı olan iddiaları təmin edilmişdir. İcra şöbəsində Xəyaldan onun xeyrinə tutulmalı olan 6500 manat pulun İddiaçı tərəfindən qəbul edilməsi barədə razılıq ərizəsi yazmışdır. Ondan tələb olunan 7600 manat pulun 1000 manatını İddiaçı kürəkəni xərcləmiş, ona 6600 manat pul verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh izahatındakı xüsusatları təsdiq edərək, iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, İddiaçı 1000 manat məbləğində pulu Samirə çatdırması üçün ona vermişdir. O da həmin pulu Bəşir adlı adama vermişdir. Bəşir Samirlə iş görən adam idi. Pulu Bəşirə verməsini Samir özü demişdir. 6500 manatın verilməsini görməmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, şahid ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış borclu barəsində bütün tədbirlərin görülməsi haqqında xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2021-ci il tarixli 2(008)-1589/2021 nömrəli icra sənədinə əsasən borclu X2 3700 manat, 6500 manat pul vəsaiti alınaraq onun xeyrinə ödənilməlidir. X1 hal-hazırda borcu 10230 manat təşkil edir. O – Cavabdeh tələbkar olduğu məhkəmə qərarına əsasən ona borclu X7 tərəfindən verilməli olan 6500 manat pulun digər tələbkar İddiaçı verilməsinə etiraz etmir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 128 manat dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1589/2021 nömrəli xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X2 3700 manat məbləğində pulun tutularaq İddiaçı, 6500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 139 manat dövlət rüsumu ödəmişdir. - cinayət işinin bağlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı şikayəti əsasında cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, o, İddiaçı kartof əkib qazanc əldə etmək üçün 7600 manat pul almış, lakin məhsul götürə bilmədiklərinə görə pul qazana bilməmişlər. Təranə pulunu tələb edəndə imkanı olmadığından qaytara bilməmişdir. Məhkəmə, ilkin iddia ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh İddiaçı 6500 manat və Gədəbəy rayonunda kartof əkib-becərilməsi üçün 7600 manat məbləğində pul vəsaiti alması işin mübahisəsiz halıdır. Belə ki, qeyd olunan hal Cavabdeh məhkəmə iclasında verdiyi izahat, cinayət işinin bağlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar və Cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə ünvanlanmış borclu barəsində bütün tədbirlərin görülməsi haqqında xx.xx.2022-ci il tarixli ərizə ilə təsdiq olunur. Cavabdeh məhkəmə iclaslarında ziddiyyətli izahatlar verərək, İddiaçı aldığı 7600 manat məbləğində puldan 1500 manatını qaytardığını, daha sonra 7600 manat pulun 1000 manatını İddiaçı kürəkəninin xərclədiyini, ona 6600 manat pul verildiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, Cavabdeh İddiaçı 6500 manat və Gədəbəy rayonunda kartof əkibbecərilməsi üçün 7600 manat pul alması və həmin pul vəsaitlərini hal-hazırkı vaxtadak sonuncuya qaytarmadığı məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən, ilkin iddia həmin hissələrdə təmin edilməli, Cavabdeh 6500 manat və 7600 manat olmaqla, cəmi 14.100 (on dörd min yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş 138.60 manat dövlət rüsumu iddia qiymətindən artıq olduğundan, 138.60 manat dövlət rüsumunun tutulması hissəsində ilkin iddia qismən təmin edilməli, Cavabdeh 132.30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə, qarşılıqlı iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hazırkı qarşılıqlı iddiada maddi və mənəvi zərərin vurulduğunu sübut etmək vəzifəsi Cavabdeh üzərinə düşür. Lakin Cavabdeh tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, Cavabdeh tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə Cavabdeh qarşılıqlı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan zərərin nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız Cavabdeh mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, Cavabdeh izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 6500 manat və 7600 manat olmaqla, cəmi 14.100 (on dörd min yüz) manat məbləğində pul vəsaiti və 132.30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə rədd edilməli, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6500 manat və 7600 manat olmaqla, cəmi 14.100 (on dörd min yüz) manat məbləğində pul vəsaiti və 132.30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar