Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2462/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Rüstəmova Əminə Pünhan qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il tarixdə doğulmuş X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsindəki Hərbi hissələrin birində işləyir və Zirə qəsəbəsində övladlarıla birlikdə yaşayır. Cavabdeh olan keçmiş həyat yoldaşı Cavabdeh xx.xx.2010-cu il tarixdə rəsmi qayda ilə nikahları rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə 2 uşağımız doğulmuşdur. Cavabdeh olan keçmiş həyat yoldaşı Cavabdeh ilə aiə münasibətləri pozulduğundan ayrı yaşayırlar. Övladları onun yanında qalır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2 (008)-2808/2018 nömrəli qətnamə ilə aralarında nikah pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılması və Cavabdeh hər ay qazancının 1/3 miqdarında aliment iddiaçıya verilməsi barədə qətnamə qət edilmişdir. Apellyasiya Məhkəməsində onun şikayəti üzrə işə baxaraq iddia tələbi qismən təmin edilmiş, qətnamə alimentin ödənilməsi hissəsi dəyişdirilməsi və hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat ödənilməsi barədə xx.xx.2019-cu il tarixli 2(103)-6794/2019 nömrəli qətnamə qət olunmuşdur. Bundan sonra 2022-ci ilin əvvələrində cavabdehə qarşı alimentin artırılması tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, iddia qismən təmin edilərək hər uşaq üçün 180 manat olmaqla cəmi 360 manat alimentin ödənilməsi barədə xx.xx.2022-ci il tarixli, 2(008)-2267/2022 nömrəli qətnamə qət edilmişdir. Hazırda övladları artıq böyüyüb, xərcləri artıb.Onun təhsil xərci ,geyim xərci, sağlamlığı, cəmiyyətə layiqli bir insan bir insan kimi formalaşması üçün 180 manat aliment cox azdır. Bu səbəbdən də, alimentin artırılması övladlarının tələbatlarını ödəmək üçün çox vacibdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qız, ifadəsində iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi etiraza uyğun izahat verərək, 650 manat maaş aldığını yeni nikaha girdiyini və həmin nikahdan bir övladının olduğunu, himayəsində yaşlı və xəstə anasının olduğunu, 360 manat alimentin çətinliklə verdiyini bildirərək, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2267/2022 nömrəli, 24 may 2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-6794/2019 nömrəli qətnaməsi ilə xx.xx.2011ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutularaq alimentin miqdarı dəyişdirilərək, hər uşağa görə hər ay 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin 03 iyun 2011-ci il tarixli, 690907 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X2 06 may 2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin 10 may 2014-cü il tarixli, 316754 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 14 fevral 2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə uşaqlar böyüdükcə onların təsil, tərbiyyə və digər xərcləri ilə bağlı iddiaçının maddi vəziyətində olan dəyişikliklər həmin maddənin dispozitiv şərtlərindəndir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 220 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqları pozulduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Lakin məhkəmə artırılmalı olan alimentin məbləğinə diqqət yetirərək qeyd edir ki, mülki iş üzrə iddiaçının himayəsində olan azyaşlı uşağın saxlanması üçün ödənilməli alimentin miqdarı elə həddə müəyyən edilməlidir ki, cavabdehi həddən artıq maddi çətinliyə salmamalı, qətnamənin icrası mümkün olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(008)-2267/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2011-ci il tarixdə doğulmuş X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 2(008)-2267/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. xx.xx.2011-ci il tarixdə doğulmuş X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-2462/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2462/2023
27.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver