Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2465/2021 14.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı ASC-nın nümayəndəsi X3, Cavabdeh Cavabdeh1 iştirakları ilə, İddiaçı İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 16.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3981,63 ABŞ dolları əsas borc, 2813,85 ABŞ dolları faiz borcu, 627,16 ABŞ dolları cərimə və 16.09.2017-ci il tarixdən 20.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 305,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 7728,39 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 16.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 22 faizlə 24 ay müddətinə 9400 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 20.11.2020-ci il tarixədək Cavabdeh1 banka 16.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3981,63 ABŞ dolları əsas borc, 2813,85 ABŞ dolları faiz borcu, 627,16 ABŞ dolları cərimə16.09.2017-ci il tarixdən 20.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 305,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 7728,39 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, Cavabdeh2 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adıçəkilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək qeyd etdi ki, bankla aparılan danışıqlara əsasən bank yeni bir ödəniş cədvəli tərtib etməli idi, lakin bu günə kimi bunu etməmişdir. Odur ki, haızrki borcu qəbul etmir və iddianının rəddə edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" İKB ASC, Cavabdeh1 və Cavabdeh2 16.09.2015-ci il tarixdə 19-M-1-0-461-15 №-li Bank hesabı, kredit və zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən (hazırkı adı İddiaçı ASC) illik 24 faizlə 24 ay müddətinə 9400 ABŞ dolları kredit götürmüş, Cavabdeh2 zamin qismində iştirak etmiş, kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli tərtib edilmişdir. İş materiallarında olan 16.09.2015-ci il tarixli məxaric orderindən görünür ki, Bank tərəfindən Cavabdeh1 9400 ABŞ dolları məbləğində pul verilmişdir. Tərəflər arasında imzalanmış 03.06.2016-cı il tarixli əlavəyə görə 16.09.2015-ci il tarixli müqavilənin müddəti 03.06.2019-cu il tarixədək uzadılmışdır. İş materiallarında olan İddiaçı ASC (əvvəlki adı "xxxx" İKB ASC) tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 20.11.2020-ci il tarixə yaranmış əsas borcu 3981,63 ABŞ dolları əsas borc, 2813,85 ABŞ dolları faiz borcu, 627,16 ABŞ dolları cərimə və 16.09.2017-ci il tarixdən 20.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 305,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 7728,39 ABŞ dolları təşkil edir. Hazırda iddiaçı cavabdehlərdən 7728,39 ABŞ dolları məbləğində kredit borcunun tutularaq ödənilməsini istəyir. İş materiallarında olan 30.11.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarından cavabdehlər tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın 9/4277 №-li 03.09.2021-ci il tarixli rəyinə əsasən kredit müqaviləsi üzrə 16.09.2017-ci il tarixə olan borc 8 256,00 ABŞ dolları, faiz borcu 2335,99 ABŞ dolları, illik 5 faizlə hesablanan faiz borcu isə 2944,20 ABŞ dolları təşkil edir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbindən görünür ki, iddiaçı müqavilədən yaranmış borcu həm Cavabdeh1, həm də zamin Cavabdeh2 birgə tələb edir. Yuxarda qeyd olunan müqavilədən görünür ki, zamin Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəlik üçün kredit verən qarşısında kredit alanla birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Lakin, məhkəmə hesab edir ki, iddia zamin Cavabdeh2 qarşı rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Qeyd edildiyi kimi, müqavilənin müddəti 03.06.2019-cu il tarixədək uzadılmışdır. Belə olan halda, zaminə qarşı iddia 03.06.2020-ci il tarixədək verilə bilərdi. Hazırki iddia 15.02.2021-ci il tarixdə verilimişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, borc bank tərəfindən təqdim edilən maliyyə arayışında Cavabdeh1 tutulmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 627,16 ABŞ dolları məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 60 ABŞ dolları məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəməyə təqdim edilən hesabdan çıxarışdan məhkəmədə iddia qaldırıldıqdan sonra hər hansı bir ödənişin edilməsi görünmür. Beləliklə, məhkəmə hesab edir ki, 16.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3981,63 ABŞ dolları əsas borc, 2813,85 ABŞ dolları faiz borcu, 60 ABŞ dolları cərimə və 16.09.2017-ci il tarixdən 20.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 305,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 7161,23 ABŞ dolları borc Cavabdeh1 bankın xeyrinə tutulmalıdır. Ekspertiza rəyində göstərilən məbləğlər 16.09.2017-ci il tarixədək hesablandığından, müqavilənin müddəti isə 16.09.2019-ci il müddətədək uzadıldığından, məhkəmə həmin məbləğləri nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odkr ki, 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. İş üzrə ekspertiza cavabdehin vəsatəti əsasında təyin edildiyindən, məhkəmə hesab edir ki, dəyəri olan 145 manat cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 16.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3981,63 ABŞ dolları əsas borc, 2813,85 ABŞ dolları faiz borcu, 60 ABŞ dolları cərimə və 16.09.2017-ci il tarixdən 20.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 305,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 7161,23 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) İddiaçı ASC-nın xeyrinə tutulmalı, iddia qalan hissədə və zamin Cavabdeh2 qarşı rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 16.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3981,63 ABŞ dolları əsas borc, 2813,85 ABŞ dolları faiz borcu, 60 ABŞ dolları cərimə və 16.09.2017-ci il tarixdən 20.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 305,75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 7161,23 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə və zamin Cavabdeh2 qarşı rədd edilsin. Aparılmış ekspertiza tədqiqatı dəyəri 145 manat Cavabdeh1 tutulsun və X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE**********0002088501 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2465/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2465/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver