Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2476/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı katibliyi ilə, İddiaçı Cavabdeh Damat oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Damat oğluna qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 14974 manat məbləğində borcun və 135 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X1 xx.xx.2024-cü ildə qəflətən dünyasını dəyişmişdir. Atası uzun illər Şükran Firmasının direktoru vəzifəsində çalışıb. Hazırda atasının ölümündən istifadə edən "xxxx" MMC-nin qanun üzrə təmsilçisi Cavabdeh onun atasından 20334 manat dəyərində yanacaq sütkü materialları almış və bildirmişdir ki, hissə-hissə pulları ödəyəcək. Bu vaxta kimi 14974 manat qalmışdır. Atası xəstə olandan onlar dəfələrlə zəng vurub bildirmişdirlər ki, pulların ödənişinə başla, çünki iynə dərmanları və digər müalicəvi prosedurlar üçün pul lazımdır. Faraqat isə hazırda pulunun olmadığını, onlara borc edin onun ödəyəcəyini demişdir. İddiaçı da külli miqdarda borc etmiş, gözləmişdir ki, yəqin ki, pulları geri qaytarar. Sonra onunla Faraqat (tel: ***-***-**-**; ***-***-**-**; aralarında razılaşmışdır ki, etdiyi borc pulları ona qaytaracaq. Çünki aralarında razılaşma belə idi. O atasına olan iynə dərmanları xəstəxana xərclərini qarşıladı. Faraqat isə 2024-cü ilin 14 oktyabrında ona cəmi 360 manat pul verdi. Bundan sonra razılaşmanı pozaraq bir qəpik də ona pul ödəmədi. Hətta həmin razılaşmaya 5 nəfər şahid olanlar da vardır. Hazırda dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq 14.974 manat pulu ödəmir. Cavabdeh öz üzərinə düşən öhdəlikləri icra etməmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Salyan regional Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş Az-İİ 449541 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə, dəqiqləşdirilməmiş qaraciyər çatmamazlığı səbəbindən ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri 18 saylı Notariat ofisinin X-213 nömrəli, xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Balahüseyn Məmmədhəsən oğlunun vərəsəsinin ərizəsinə əsasən Vərəsəlik işi üzrə İddiaçı H qanun üzrə vərəliyi qəbul etmiş vərəsəsidir. xx.xx.2024-cü il tarixli X5 ilə İddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh Damat oğlu 14 oktyabr 2024-cü il tarixdə İddiaçı Salyan rayonu Yanacaq doldurma məntəqəsində 14974 manat borc almışdır. Borcun 1 ay müddətində, yəni 14 noyabr 2024-cü il tarixədək qaytarılması aktda təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 135 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1038-ci maddəsinə əsasən Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Beləliklə iddiaçı tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli aktdan məlum olur ki, Cavabdeh İddiaçı 14974 manat borcu olmuşdur, sövügedən borcu 1 ay müddətinə yəni xx.xx.2024-cü il tarixdək ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən borc pulun geri qaytaraılmadığını bildirmişdir, cavabdeh isə məhkəmə iclasına çağırılmasını baxmayaraq məhkəməyə gəlməmiş və ya qeyd edilən borcdan hər hansı bir ödəniş etməsinə dair əsaslı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırki öhdəliyin yaranma əsası kimi cavabdeh ilə iddiaçının atasının arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi olduğunu bildirsədə, bunu təsdiiq edəcək edəcək sənədi məhkəmyə təqdim etməmişdir. Lakin məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hesab etsə belə ki, sözügedən borc məbləği iddiaçının atası ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi əsasında yaranmışdır, iddiaçı hazırda atasının vərəsəsi olduğundan, cavabdehdən atasının borcunu tələb etmək hüququ olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Damat oğlundan 14974 (on dörd min doqquz yüz yetmiş dörd) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan sonra məhkəmə iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, hazırki iddia tələbi təmin edilmiş olduğundan mülki iş üzrə ödənilmiş dövlət rüsumuda cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Damat oğlundan 14974 (on dörd min doqquz yüz yetmiş dörd) manat pul və 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2476/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2476/2025
01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver