Məhkəmə qərarları › İş №2(008)-249/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-249/2023

25.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-249/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “maneənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “maneənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində mülkiyyətində olan 5827 saylı bağ sahəsində torpaqdan və evdən istifadə hüququna cavabdeh tərəfindən törədilən qeyd edilən hər cür maneənin, qəsdin aradan qaldırılması və hərəkətlərinə son qoyulması, satışını apardığı daş, qum, çınqıl və sair tikinti materiallarının tamamilə qeyd edilən ərazidən cavabdehin hesabına götürülməsinin təmin edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsindən X7 tərəfindən ona ayrılmış 0,12 ha sahəsi olan 5827 saylı bağ sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 608 nömrəli reyestr kitabının 57594 nömrəli vərəqində qeydiyyata alınmaqla ona Seriya RX xüsusi mülkiyyət hüququ əsasında № ******* saylı çıxarış verilmişdir. Həmin torpaq sahəsi onun tərəfindən daş hasara alınmaqla mərkəz yol tərəfdən giriş dəmir darvaza qoyulmuşdur. Torpaq sahəsində həm yeni bağ evi inşa etdirmək, həm də yaşıllaşdırma üçün müxtəlif növ ağaclar əkib abadlıq işləri görmək istəyir. Bununla yanaşı həmin torpaq sahəsinə bitişik olmaqla yaşadığı bağ evi vardır. Yay aylarında ailəlildə orada yaşayır. Lakin bir qrup şəxslər peyda olaraq onların tərəfindən mülkiyyətində olan qeyd edilən torpaq sahəsinə giriş darvazası da daxil olmaqla hasarın magistral yol tərəfində daş, qum, çınqıl, sment və sair tozlu olan tikinti materiallarının satışı aparılır. Hansı ki, həmin zolaq boyu ətraf sahələrin hamısında yaşıllaşdırma işləri aparılmış, ağaclar əkilmişdir. Dəfələrlə həmin işlərlə məşğul olan şəxslərlə danışıq aparıb tikinti materiallarını həmin ərazidən yığışdırılımasını tələb etsə də məhəl qoymadan həmin vəziyyəti davam etdirirlər. Onlar məcbur olub məsələni aydınlaşdırmaq üçün Nardaran Bələdiyyəsinə müraciət etmişlər. Onlara şifahi şəkildə bildirdilər ki, 448 kv.m. olmaqla həmin sahə fərdi yaşayış evi tikmək üçün Nardaran Bələdiyyəsi tərəfindən tərtib edilmiş sxem əsasında X2 istifadəsinə verilmişdir. Lakin, orada qanunsuz olaraq qeyd edilən tikinti materiallarının satışı ilə məşğul olurlar. Söz verdilər ki,ərazinin təmizlənməsini təmin edəcəklər. O da iki aydan cox gözləmişdir. Ancaq bələdiyyə tərəfindən heç bir tədbir görülməmişdir. Məcbur olub vəkilə müraciət etmişdir. Vəkilin sorğusu əsasında bələdiyyə tərəfindən ancaq tərtib edilmiş sxemin surəti təqdim edilmişdir. Bundan sonra o, həmin ərazidən tikinti materiallarının 3 gün müddətində götürülməsi barədə cavabdeh Səfurə Həsənovaya da ərizə ilə müraciət etmişdir. Cavabdeh isə məsələyə heç bir münasibət bildirmədi. Cavabdehin qanunun tələblərinə zidd hərəkətləri nəticəsində orada elə dözülməz vəziyyət yaranmışdır ki, sərbəst şəkildə mülkiyyətində olan torpaq sahəsinə giriş çıxış və hər hansı bir abadlıq işlərinin aparılması eləcə də bağ evi kimi yanası sahədə olan evində normal istirahət etməyi mümkün deyildir. Belə ki, Ağır çəkili yük maşınları ilə ora gətirib tökdükləri daşın, qumun, çınqılın, smentin həm tökülməsi, həm də ekskavator traktorlar vasitəsi ilə satış üçün yığılanada yaranan tozdan, maşınlardan çıxan boğucu tüstü və maşınların səsindən orada yaşamaq qeyri-mümkündür. Onlar hətta torpaqda ağaclar əkmək istəmiş, lakin, bağbanlar bildirirlər ki, orada yaranmış həmin toza görə heç bir ağac əkilməsi mümkün deyildir. Çünki həmin materiallardan yaranan toz əkilmiş ağacların və yaşıllığın inkişafına imkan verməz. İddia tələbində qeyd edilənləri təsdiq edən həmin ərazinin video çəkilişini diskə köçürməklə ərizəsinə əlavə etmişdir. Onların mülkiyyətindən sərbəst istifadə hüququnu pozan cavabdehin özünə də manenin aradan qaldırılması barədə etdiyi müraciəti də nəticəsiz qaldığından məcbur olub pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən İddiaçı mülkiyyətində olan 1200 kv.m bağ sahəsinin şimal-qərb sərhədli ilə dairəvi yol arasındakı şərti sərhədli 448 kv.m torpaq sahəsində cavabdeh tərəfindən yerləşdirilmiş tikinti materialların ( daş, qum, çınqıl, taxta və sair) satışı kimi istifadə olunan və ərazidə saxlanılan ağır tonnajlı texnikalar ( traktor, buldozer, ekskavator və sair) ərazidən cavabdehin hesabına götürülməsinin və bağ sahəsinə aid yolun tam şəkildə açılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə Azərbaycan Respublikası Mülki Prosesuall Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olduğundan məhkəmə ərizəni mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, yaşayış mənəqələri üçün nəzərdə tutulmuş 0.12 ha porpaq sahəsindən ibarət olan 5827 saylı bağ sahəsi tam olaraq İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Bakı şəhəri Nardaran Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli vəkil sorğusuna xx.xx.2021-ci il tarixdə vermiş olduğu cavabdan görünür ki, vətəndaş X3 istifadəsində olan Nardaran qəsəbəsi, bağ massivində yerləşən xx.xx.2014 tarixində qeydiyyata götürülmüş 448 kv.m torpaq sahəsinə aid sənədin təsdiq edilmiş surəti vəkilə təqdim edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Nardaran Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli istifadə olunan torpaq sahəsinin sxeminin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ massivinin 448 kv.m-nin faktiki istifadəçisi X5r. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********56 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı **********09 rayastr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, daş hasarla bərkidilmiş 2464 kv.m torpaq sahəsinin daxilində yerləşən, sahəsi 1200 kv.m olan 5827 saylı bağ sahəsinin sərhədləri iddiaçının naturada göstərdiyi nöqtələr əsasında müəyyən edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, İddiaçı mülkiyyətində olan 1200 kv.m bağ sahəsinin şimal-qərb sərhəddi ilə Dairəvi yol arasındakı şərti sərhədli 448 kv.m torpaq sahəsi, tikinti materiallarının (daş,qum,taxta və sair) satışı kimi istifadə olunur və ərazidə ağır tonnajlı texnikalar (traktor, buldozer, ekskavator və dair) yerləşdirilmişdir. İddiaçının məlumatına əsasən sözügedən ərazidə tikinti materiallarının boşaldılması və satışı evin və həyətin çirklənməsinə səbəb olur. Elektron kadastr məlumat bazasına əsasən ərazi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 noyabr 2022-ci il tarixli, 10/7194 nömrəli ekspertizanın rəyindən görünür ki, İddiaçı **********09 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, daş hasarla bərkidilmiş 2464 kv.m torpaq sahəsinin daxilində yerləşən, sahəsi 1200 kv. m olan 5827 saylı bağ sahəsinin sərhədləri iddiaçının naturada göstərdiyi nöqtələr əsasında müəyyən edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, İddiaçı mülkiyyətində olan 1200 kv.m bağ sahəsinin şimalqərb sərhəddi ilə dairəvi yol arasındakı şərti sərhədli 448 kv.m torpaq sahəsi, tikinti maeriallarının (daş,qum, taxta və sair) satışı kimi istifadə olunur və ərazidə ağır tonnajlı texnikalar (traktor, buldozer, ekskvator və sair) yerləşdirilmişdir. Elektron kadastr məlumat bazasına əsasən ərazi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Aparılmış tədqiqiatın dəyəri 50 manat müəyyən edilmişdir. Məhkəmə iclasına dəvət edilmiş mütəxəsis rəyini vermiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxsisis olan Elxan Həsənov izahat verərək bildirmişdir, iddiaçıya məxsus torpaq sahəsinin qarşısnda iri tonajlı maşınların və.s yerləşdiyi 448 kv.m torpaq sahəsi dövlət mülkiyyətinə məxsus torpaq sahəsidir, qeyd edilən ərazidə yerləşdirilən qum, çınqıl və s tikinti matrialları bütün yolu tutmaqla yanaşı, ətraf ərazidə yerləşən qoyunların o cümlədən iddiaçının mülkiyətinədən istifadəsinə maneələr yaradır, bundan əlavə Muradovanın evinə gedən yol kəsilmiş və onun evinin darvazasına qədər tutulmuşdur. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki iş matriallarına əlavə edilmiş Nardaran Bələdiyəsinin vermiş olduğu məktubdan görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin qarşısında yerləşən 448 kv.m torpaq sahəsində vergi ödəyicisi kimi X6 qeydiyyata alınmışdır. Mülki iş üzrə təyin edilmiş ekspertizanın rəyindən də məlum olur ki, iddiaçının mülkiyyətində olan yaşayış mənətəqləri üçün nəzərdə tutulmuş 0.12 ha torpaq sahəsinin şimal-qərb sərhəddi ilə dairəvi yol arasındakı şərti sərhədli 448 kv.m torpaq sahəsi, tikinti materiallarının (daş,qum, taxta və sair) satışı kimi istifadə olunur və ərazidə ağır tonnajlı texnikalar (traktor, buldozer, ekskvator və sair) yerləşdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən ərazidə cavavdeh tərəfindən ağır tonnajlı texnikaların və daş,qum, taxta və sair yerləşdirilməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə sərbəst istifadə etməsinə birbaşa maneə yaratmasa da dolayı yolla maneə yaratdığından iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin “bağ sahəsinə aid yolun tam şəkildə açılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə konkret olmadığından, yəni bağ sahəsinə gedən yolu dedikdə hardan hara olması məhkəməyə məlum olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflər məhkəmə məsrəflərinə daxildir. X1 ekspert rəyi üzrə 50 (əlli) manat ekspert xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsidə yerləşən 1200kv.m olan 5827 saylı bağ sahəsinin şimal-qərb sərhədi ilə dairəvi yol arasındakı şərti sərhədli 448 kv.m torpaq sahəsində cavabdeh X6 tərəfindən yerləşdirilmiş tikinti materiallarının satışı kimi istifadə olunan və ərazidə saxlanılan ağır tonajlı texnikalar (traktor, buldozer, ekskavator, və sair) ərazidən cavabdehin hesabına götürülsün. 50 (əlli) manat ekspert xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar