Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-251/2023 17.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 79826.51 (yetmiş doqquz min səkkiz yüz iyirmi altı min, əlli bir qəpik) manat əsas, 7428.26 (yeddi min dörd yüz iyirmi səkkiz manat, iyirmi altı qəpik) manat faiz borcu və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 271117/123413 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 216 (iki yüz on altı) ay müddətinə illik 10 (on) faiz dərəcəsi ilə 85 000 (səksən beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 87254.77 (səksən yeddi min iki yüz əlli dörd manat, yetmiş yeddi qəpik) manat təşkil edir. Bundan 79826.51 (yetmiş doqquz min səkkiz yüz iyirmi altı min, əlli bir qəpik) manat əsas, 7428.26 (yeddi min dörd yüz iyirmi səkkiz manat, iyirmi altı qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavadehin nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bildirmişdir ki, cavabdehin səhhətində problemlər olduğundan, əməliyyat olunduğundan ödənişlər edə bilməmişdir. Lakin onun səhhəti yaxşılaşdığından ödəniş edəcəyini bildirmişdir. Bundan əlavə ilkin və təkrar ekspertiza rəylərindən razı olmadığını bildirmişdir. Ekspertizaya qoyulmuş sualla razılaşmadığını, faiz borcların xx.xx.2021-ci il tarixədək hesablanmasının qanunvericiliyin tələblərinə zidd olmasını, İddiaçı ASC lisenziyasının 2020-ci il tarixdən etibarən olmamasını nəzərə alaraq faiz borcların lisenziyanın ləğv edildiyi tarixədək hesablanmalı olduğunu bildirmişdir. Cavabdeh tərəfindən edilmiş ödənişlər “Banklar və bank fəaliyyəti” haqqında Qanuna əsasən hesablanmalı olduğu halda, ekspertiza rəyində hansı qanunvericilik tələblərinə riayət olunduğu müəyyən edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 271117/123413 saylı krediti müqaviləsinə əsasən cavabdehə illik 10 faiz hesablanması şərti ilə 216 ay müddətinə 85000 manat məbləğində kredit verilmişdir. - xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 271117/123413 saylı müqaviləyə əsasən borcu, 79826.51 manat məbləğində əsas borc, 7428.26 manat məbləğində faiz borcu olmaqla, cəmi 87254.77 manat təşkil edir. - Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinin surətindən görünür ki, aylıq olaraq 850.18 manat ödəniş müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, сavabdeh xx.xx.2017-ci il tarixli 271117/123413 saylı krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1749 nömrəli rəydən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borc xx.xx.2021-ci il tarixə 79.826,51 manat əsas borc, 7.428,26 manat faiz borcu təşkil edir. Aparılmış tədqiqatın dəyəri 145 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4228 nömrəli təkrar rəydən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borc xx.xx.2021-ci il tarixə 80.377.87 manat əsas borc, 6.949,01 manat faiz borcu təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manat müəyyən edilmişdir. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də cavabdeh, kredit müqaviləsinin risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu əsas və faiz borcun məbləğlərinə diqqət yetirərək qeyd edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu əsas və faiz borc məbləği kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4228 nömrəli təkrar rəyi əsas götürülməlidir. Beləki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1749 nömrəli rəyi ilə razılaşmayan cavabdeh ödəniş qəbzlərini məhkəməy təqdim edərək, təkrar ekspertiza keçirilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra məhkəmə tərəfindən mülki iş təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Bundan sonra isə iş üzrə cavbdehin təqdim etmiş olduğu ödəniş qəbzləri ilə bankın təqdim etmiş olduğu hesabdan çıxarışın müqaisəli tədqiqatı aparılmış, əsas borcun məbləği 80.377.87 manat, faiz borcun məbləği isə 6949.01 (altı min doqquz yüz qırx doqquz manat, bir qəpik) manat olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc iddia tələbinə uyğun olaraq 79826.51 manat, faiz borcun məbləği isə təkrar ekspertizanın rəyinə uyğun olaraq 6949.01 manat hissədə təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki iş üzrə təyin edilmiş ekspertizaların ümumi xərci 345 manat olduğundan və iddia tələbi qismən təmin edildiyindən, ekspertiza xərci tərəflərin arasında bərabər şəkildə bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 600-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 79826.51 (yetmiş doqquz min səkkiz yüz iyirmi altı manat, əlli bir qəpik) manat məbləğində əsas borc, 6949.01 (altı min doqquz yüz qırx doqquz manat, bir qəpik) manat məbləğində faiz borcu və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 345 (üç yüz qırx beş ) manat məbləğində olan ekspertiza xərcinin 172.50 manat hissəsi iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətdən, 172.50 manat olan hissəsi isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-251/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-251/2023
17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver