Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2525/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 10500 manat borcun və 122 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 evlərinin yaxınlığında köşk işlədirdi, 2020-ci ilin noyabr ayında bir ay ərzində qaytarmaq şərtilə ondan 2000 manat borc pul istəmiş, daha sonra isə 2020-ci ilin dekabr ayında anası Cavabdeh2 ona yaxınlaşaraq 15000 manat pul lazım olduğunu, çox gəlirli bir iş gördüklərini bildirmişdir. İddiaçı 15000 manat pulu notariat ofisində kredit müqaviləsi bağlamaqla cavabdehlərə vermişdir. Ümumilikdə cavabdehlərə 17000 manat borc vermişdir. 2021-ci ilin may ayında cavabdehlər vəziyətlərinin yaxşı olmadıqlarını və pulu qaytara bilməyəcəklərini bildirmişlər. Bir müddət sonra Cavabdeh2 ona borc məbləğindən 6000 manat qaytarmış lakin qalan məbləği vermədikləri üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək bildirdi ki, iddiaya məhkəmədə baxılam müddətdə cavabdeh borc məbləğindən ödəmələr etmiş hazırda cavabdehlərdən 9700 mant borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək, hər ay nəğd şəkildə ödənişlər etdiyini, hazırda 9700 borcunun qaldığını bildirdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 02 fevral 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh2 və Cavabdeh1 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, eyni zamanda tərəflər arasındakı mübahisə mülkü xarakterli münasibətə olduğundan İddiaçı müraciətində göstərdiyi xüsusatlar üzrə Azərbaycan Respublikası Milki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət elmək hüququnun olması izah olunmuşdur. xx.xx.2022-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsində Cavabdeh2 izahatından görünür ki, İddiaçı 15000 manat pulu oğlu Cavabdeh1 almış və oğlu borcu qaytara bilməsə o qaytaracağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsində Cavabdeh1 izahatından görünür ki, İddiaçı 2000 manat borc pul alsa da, qalan 15000 manatı isə birlikdə işləyib gəlir əldə etmələri üçün almışdır. İş materiallarında olan 07 dekabr 2020-ci il tarixdə 4 saylı ASAN Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təstiq edilmiş kredit müqaviləsinə əsasən 15000 manat pul Cavabdeh1 vermişdir. İş materiallarına əlavə olunmuş 02 fevral 2023-cü il tarixli icra qeydindən görünür ki, İddiaçı xeyrinə Cavabdeh1 müddət üçün vaxtında ödənilməmiş 14925 manat tutulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh tərəfindən 7300 manat pulun qaytarıldığı 9700 manat borc qaldığını bildirdi. Cavabdeh1 9700 manat borcu qaldığını və tez bir zamanda ödəyəcəyini bildirdi. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin cinayət işinin rədd olunması barədə xx.xx.2022-ci il tarixli qərarda və iş materialları ilə də 17000 manat pulun Cavabdeh2 tərəfindən alınması öz təstiqini tapmadığından ona aid hissədə iddia təmin oluna bilməz. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 9700 mant borcunun olduğunu və ödəyəcəyini etiraf etmişdir Belə olan halda iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 9700 manat borc pul alınaraq, İddiaçı qaytarılmalıdır. Həmçinin 122 manat dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilməli, 117 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 9700 (doqquz min yeddi yüz) manat məbləğində pul vəsaiti və 117 (yüz on yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-2525/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2525/2023
05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver