Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-253/2023 18.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X2 və Cavabdeh qarşı “kredit borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər X2 və Cavabdeh qarşı “kredit borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında razılıq əldə olunduğuna görə, iddianın baxılmamış saxlanılmasını və iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin baxılmamış saxlanılmasına etiraz etmədiyini, məhkəmə xərclərinin tərəflər arasında bölünməsini xahiş etmişdir.. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən və cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalı, məhkəmə xərcləri tərəflər arasında bərabər bölüməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia baxılmamış saxlanıldığından ödənilmiş ekspertiza xərci bərabər olaraq iddiaçı və cavabdehə aid edilməlidir. Belə ki, 100 manat mühasibatlıq ekspertiza xərci tərəflər arasında bərabər bölünərək, 50 manat iddiaçıdan, 50 manat cavabdehlərdən tutulmalı, 200 manat əmtəəşünaslıq ekspertizasının xərcinin 100 manatı iddiaçıya 100 olan hissəsi isə cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Bu səbəbdən də, iddia ərizəsi baxılmamış saxlanıldığından 30 (otuz) manat dövlət rüsumu iddiaçı geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər X2 və Cavabdeh qarşı “kredit borcun tutulması” tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. 100 (yüz) manat mühasibatlıq ekspertiza xərcinin 50 manat hissəsi iddiaçı "xxxx" ASC-dən, 50 manat hissəsi isə cavabdehlər X1 və Cavabdeh tutularaq Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. 200 (iki yüz) manat əmtəəşünaslıq ekspertiza xərcinin 100 (bir yüz) manat hissəsi iddiaçı "xxxx" ASC-dən, 100 (bir yüz) manat hissəsi isə cavabdehlər X1 və Cavabdeh tutularaq Tərəqqi MMC-nin hesabına ödənilsin. xx.xx.2021-ci il tarixli, ********* nömrəli və qəbzə əsasən iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu büdcədən "xxxx" ASC-nin hesabına geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-253/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-253/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver