Məhkəmə qərarları › İş №2(008)-2554/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2554/2021

12.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2554/2021 12.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyana görə 18.500 (on səkkiz min beş yüz) manat pulun, hüquqi xidmətə görə çəkdiyi xərcin əvəzi olaraq 260 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, cəmi 18.791 (on səkkiz min yeddi yüz doxsan bir) manat məbləğində pulun Cavabdeh tutularaq ona, yəni İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2016-cı il tarixdə oğlu Vüsal Kərimov Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 31 ünvanında yerləşən Cavabdeh işlədiyi lombarda gedərək 700 manat pulu 6 faizlə, hər ay 50 manat ödəmək şərti ilə 51,2 qram çəkidə 01 ədəd boyunbağını girov qoymuş və ona G.TN 763841 nömrəli girov bileti verilmişdir. xx xxxxx 2016-cı il tarixdə o həmin lombarda gələrək 1600 manat pulu 6 faizlə, hər ay 100 manat ödəmək şərti ilə 48,6 qram çəkidə 1 ədəd qızıl boyunbağını girov qoymuşdur və ona GJN 763900 nömrəli girov bileti verilmişdir. xx xxxxxx 2016-cı il tarixdə o yenidən həmin lombarda gələrək 1600 manat pulu 6 % hər ay 100 manat ödəmək şərti ilə 23.3 qram çəkidə 01 ədəd qolbağı, 4,3 qram çəkidə 01 cüt brilyant sırğanı və 2 ədəd brilyant üzükləri, cəmi 44.32 qram çəkidə qızılları girov qoymuşdur və ona GJN ******* nömrəli girov bileti verilmişdir. O, xx xxxxxx 2017-ci il tarixdə götürdüyü pulu xx xxxxx 2016-cı il tarixdə pulu və həmin girovun faizlərini Cavabdeh ödəmişdir. Sonradan Cavabdeh girovun onda olmadığını bəhanə edib girovu qaytarmamışdır. Ümumilikdə cinayət hadisəsi nəticəsində ona 18.000 manat məbləğində maddi ziyan dəymişdir. Göstərilən qızılların qaytarılması və ya onun dəyərini təşkil edən pulun qaytarılması ilə bağlı dəfələrlə Cavabdeh qaytarılmasını tələb etsə də, o bundan imtina etmişdir. Buna görə də, o və digər şəxslər onun barəsində hüquq mühafizə orqanlarına şikayət ərizələri ilə müraciət etmişlər. Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və istintaq yekunlaşdıqdan sonra baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə dövründə də ona dəymiş ziyan ödənilməmiş, məhkəmənin xx xxxx 2019-cu il tarixli, 1(007)-94/2019 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilnmiş və ona 02 (iki) il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Göstərilənlərdən əlavə 2019-cu ilin 27 iyulunda Cavabdeh təkrar ona bildirmişdir ki, 1000 manat müqabilində qızıllarını girov qoyduğu lombarddan çıxardıb ona verə bilər. O təkrarən ona etibar edərək qızıllarının qaytarılması üçün 1000 manat məbləğində pul vermişdir. Lakin o onu yenə də aldadaraq qızıllarını qaytarmayaraq təkrar aldatmışdır. 1000 manatdan puldan cəmi 500 manatını qaytarmış, qalıq 500 manat pulu isə qaytarmamışdır. Göstərilən tarixdən bugünədək Cavabdeh tərəfindən ona dəymiş 18500 manat maddi ziyan ödənilmədiyi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, məhkəmədə Cavabdeh törətdiyi mülki hüquq pozuntusu nəticəsində pozulmuş hüququnun bərpa edilməsi üçün hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosu ilə Bağlanmış müqaviləyə əsasən 260 (iki yüz altmış) manat ödəniş etmişdir. Hesab edir ki, həmin pul məbləği də cavabdeh tərəfindən ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Və eyni zamanda bildirdi ki, cavabdeh bu vaxtədək ona olan 18500 manat borcundan heç bir ödəniş etməmişdir. İddiaçı nümayəndəsi və vəkili X7 oğlu məhkəmə iclasında iddianı müdafiə edərək iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-94/2019 nömrəli, xx.xx.2019cu il tarixli qanuni qüvvəsini almış hökmün surətindən görünür ki, məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxs və mülki Cavabdeh ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxs İddiaçı aid epizodda etirafedici ifadələr verərək bildirmişdir ki, xx xxxxxx 2016-cı il tarixdə oğlu Vüsal Kərimov onun işlədiyi lombarda gedərək 800 manat pulu 6 faizlə, hər ay 50 manat ödəmək şərti ilə atası İddiaçı məxsus 51,2 qram çəkidə 01 ədəd boyunbağını girov qoymuş və o G.TN 763841 nömrəli girov biletini Tahirə vermişdir. İddiaçı xx xxxxx 2016-cı il tarixdə yenidən lombarda gələrək bu dəfə 1600 manat pulu 6 faizlə, hər ay 100 manat ödəmək şərti ilə 48,1 qram çəkidə 1 ədəd qızıl boyunbağını girov qoymuşdur və o bunun əvəzində GJN 763900 nömrəli girov bileti vermişdir. İddiaçı xx xxxxx 2016-cı il tarixdə yenidən lombarda gələrək 1600 manat pulu 6 % hər ay 100 manat ödəmək şərti ilə 23.3 qram çəkidə 01 ədəd qolbağı, 4,3 qram çəkidə 01 cüt brilyant sırğanı və 2 ədəd brilyant üzükləri girov qoymuş və bunun əvəzində İddiaçı GJN 763947 nömrəli girov bileti vermişdir. İddiaçı verdiyi pulları o Elnarə Tağıyevanın işlədiyi lombardından götürmüş və götürdüyü girovları həmin lombartda öz adından 3 faizlə girov qoymuşdur. xx xxxxxx 2017-ci il tarixdə İddiaçı girovun faizlərindən cəmi 100 manat borcu qalmaqla 1600 ödəyib, xx xxxxx 2016-ci il tarixdə qoyduğu girovu çıxartmaq isdəmiş, lakin həmin vaxtlar onun anası rəhmətə getdiyi səbəbindən pulu xərcləmiş və girovu qaytara bilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-94/2019 nömrəli, xx.xx.2019cu il tarixli qanuni qüvvəsini almış hökmün surətindən görünür ki, məhkkəmə məhkəmə iclası zaman tətdiq olunmuş sübutlarla təqsirləndirilən şəxs və mülki Cavabdeh Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirmiş, onun qismən etirafedici ifadələrini isə özünü müdafiə xarakterli olduğu qəbul edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-94/2019 nömrəli, xx.xx.2019cu il tarixli qanuni qüvvəsini almış hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 2 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. İş üzrə maddi sübut kimi tanınmış İddiaçı məxsus olmuş 01 ədəd ağ qızılı rəngli metaldan üzüyün, 01 ədəd ağ qızılı rəngli metaldan sırğanın bir tayının və 01 ədəd qızılı rəngli metaldan üzük (792554) ibtidai istintaq zamanı zərərçəkmiş şəxs X2 qaytarılmış, zərərçəkmiş şəxs X1 mülki iddiası təmin edilmişdir. - xx.xx.2019-cu il tarixli Cavabdeh tərəfindən imzalanmış iltizamdan görünür ki, Cavabdeh İddiaçı qızılların bir qismini lombartdan geri götürmək üçün 1000 (min) manat pul almışdır. - 20074 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 260 (iki yüz altmış) manat köçürülmüşdür. - İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 31 manat məbləğində dövət rüsumu ödəmişdir. - xx.xx.2021-ci il tarixli telefonoqramdan görünür ki, Cavabdeh ilə ***-***-**-** nömrə vasitəsi ilə əlaqə saxlanılmışdır. Cavabdeh məhkəmə iclasında iştirak edə bilmədiyini, qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.[ Beləliklə mülki iş üzrə məhkəmə araşdırması zamanı o cümlədən Nizami Rayon Məhkəməsinin 1(007)-94/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qanuni qüvvəsini almış hökmü ilə müəyyən olunur ki, Cavabdeh heç bir əsas olmadan İddiaçı aldadaraq onun əmlakını ələ keçirərək iddiaçının xeyrinə varlanmış bununlada iddiaçıya 18000 (on səkkiz min) manat məbləğində maddi ziyan vurmuş və sözügedən məbləğdən bu vaxtadək har hansı bir ödəniş etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki. İddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. xx.xx.2019-cu il tarixində Cavabdeh əlyazması ilə yazılmış olan iltizamdan məlum olur ki, qızılların bir hissəsinin geri qaytarmaq adil ilə yenidən İddiaçı aldadaraq 1000 ( bir min ) manat məbləğində pul almış onun yanlız 500 manatı geri qaytarmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın dövlət rüsumunun və vəkilə ödənilmiş məbləğin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi tam şəkildə təmin edildiyindən məhkəmə xərcləri hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi ziyana görə 18.500 (on səkkiz min beş yüz) manat pulun, hüquqi xidmətə görə çəkilmiş xərcin əvəzi olaraq 260 (iki yüz altmış) manat və ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, cəmi 18791 (on səkkiz min yeddi yüz doxsan bir ) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar