Məhkəmə qərarları › İş №2(008)-257/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-257/2024

01.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-257/2024 01.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Ağayeva Səmayə Əbdurəhim qızının katibliyi, İddiaçı, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərildiyi “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ : İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, o, üçüncü şəxs X6 ilə xx.xx.2008ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Bundan sonra Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzildə yaşamağa başlamışlar və hazırda da həmin mənzildə yaşayırlar. Onların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4 doğulmuşdur. Ağstafa Rayon Məhkəməsinin 2(015)-11/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahın pozulması və X1 atası X3 yanında qalması qət edilmişdir. Cavabdeh onun həmin mənzildə yaşamasını istəmir, onun isə, qalmağa başqa yaşayış yeri yoxdur. Hesab edir ki, sözügedən mənzilə istifadə hüququ tanınmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə almması tələb olunmur. Belə olan halda hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməlidir. Həmin normada da qeyd edilir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın (228.1). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşma çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər (228.5). Qeyd olunanlara normalara əsaslanaraq, iddiaçı hesab edir ki, onun ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə istifadə hüququ tanınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, İddiaçı onun gəlini olmuşdur. Oğlu ilə nikaha daxil olduqları vaxtdan ona məxsus ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzildə yaşamışlar. Lakin məhkəmə tərəfindən nikahları pozulmuş, uşaq atanın himayəsinə verilmişdir. Belə olan halda, İddiaçı onun evində qalmasına etiraz edir, evdən çıxmasını tələb edir. Qeyd olunanlara əsasən cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iddia ilə razılaşmayaraq izahatında bildirdi ki, İddiaçı onun keçmiş həyat yoldaşı olmuşdur. Nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşaqları onun himayəsinə verilmişdir. İddiaçı hal-hazırda da onlarla birlikdə yaşamağa davam edir. Qalmağa başqa yerinin olmadığını bildirsə də, Sabunçu Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə ünvan 3 ünvanında yerləşən 3B saylı fərdi yaşayış evinin üzərində iddiaçının ½ hissədə payı müəyyən edilmişdir. O, qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə 2646 nömrəli akt qeydi aparılmaqla rəsmi nikaha bağlanmışdır. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə X4 doğulmuşdur. - Ağstafa Rayon Məhkəməsinin 2(015)-11/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən çıxarışdan görünür ki, X6 ilə İddiaçı arasındakı nikahın pozulması və xx.xx.2009-cu il təvəllüdlü X1 atası X3 yanında qalması qət edilmişdir. - 71 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2009-cu il tarixli arayışına əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzildə qeydiyyatsız yaşayır. - X5 Həmkarlar İttifaqının Azərbaycan Respublika Komitəsinin 32 №li SMD-nin Həmkarlar Komitəsinin Profkomun xx.xx.1990-cı il tarixli, 10 №li Protokolunun surətindən görünür ki, X2 həmin təşkilatda işlədiyinə görə, onun adına yaşadığı mənzilə verilmiş sənədlər arxivə verilib ləğv edildiyinə görə, yaşadığı mənzilə, yəni ev 18, mənzil 7, sahəsi 39,4 m2 olan üçotaqlı mənzilə yeni sənədlərin verilməsi qərara alınmışdır. - Cavabdeh və X6 Bakı şəhəri Sabunçu RPİ-nin rəisinə ünvanladıqları xx.xx.2012-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizələrində İddiaçı ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzilə pasport qeydiyyatına düşməsinə etirazları olmadığını bildirmişlər. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisənin hansı normativ-hüquqi aktla tənzimlənməsini məhz mübahisəli hüquq münasibətinin yaranma tarixi ilə əlaqələndirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə X6 xx.xx.2008-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Həmin vaxtdan ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzildə yaşamağa başlamışlar və hazırda da həmin mənzildə yaşayırlar. Ağstafa Rayon Məhkəməsinin 2(015)-11/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulması və birgə nikahdan doğulmuş X1 atasının yanında qalması qət edilmişdir. Beləliklə, İddiaçı Cavabdeh keçmiş gəlini, üçüncü şəxs X3 isə keçmiş arvadıdır. Onların yaşadıqları ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı 2008-ci ildən tarixdən ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzildə yaşamasına əsaslanaraq, məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 2000-ci il sentyabr 1-dən sonra yarandığı üçün mübahisəyə Mülki Məcəllənin aşağıda qeyd olunan müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yəni qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsi ilə (etibarlı ailə münasibətləri istisna olmaqla), yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır (həmin mənzilin mülkiyyətçisi ümumiyyətlə mövcud deyil). Cavabdeh həmin mənzilin mülkiyyətçisi olması qəbul edilsə belə, İddiaçı onun ailə üzvü deyil, keçmiş gəlini olmuşdur, yəni Mülki Məcəllənin 228-ci maddəsində təsbit edilən ailə üzvü kateqoriyasına daxil deyil. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərildiyi “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası qanuni və əsaslı olmadığından, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərildiyi “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qayda verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qayda verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar