Məhkəmə qərarları › İş №2(008)-2583/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2583/2022

14.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2583/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakıilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülk işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Kreditor "xxxx" Kommersiya Bankı ASC borclu Cavabdeh qarşı kredit tələbi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6446/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin olunmuş, xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 950,3 ABŞ dollar əsas kredit borcunun, 34,40 ABŞ dollar faiz, 2,69 ABŞ dollar cərimə, cəmi 987,62 ABŞ dollar və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulması əmr edilmişdir. Borclu Cavabdeh oğlu həmin əmrə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmənin 2(008)-6446/2016 saylı xx.xx.2016-cı il tarixli əmrinin ləğv olunmasını və iddia icraatına keçirilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə etiraz təmin olunmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmışlar, lakin iddiaçı və cavabdeh məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar