Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-259/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Rauf Hacıyev küçəsi, 304 saylı sahədə 0,03 ha torpaq sahəsinin 100 kv.m. torpaq sahəsindən cavabdehin çıxarılaraq həmin torpaq sahəsinin ona təhvil verilməsi, 26.5 metr uzunluğunda olan daş hasarın sökülüb 0,03 ha torpaq sahəsinin sərhədində sənəd üzrə yerləşməsinə dair kordinatlar üzrə naturada yerində yenidən çəkilməsinə Cavabdeh Hüsenağa qızı tərəfindən edilən maneələrin aradan qaldırılmasına, cavabdehə mülkiyyətində olan həmin torpaq sahəsinin sərhədində 26,5 metr uzunluğunda daş hasarın tikilməsinə mane olmaması dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ünvan 1 ünvan Rauf Hüseynov küçəsi, ev 306, ev 2 Q. Yeni qaydalarla: Az. 1039, ünvan 2 ünvanda yerləşən 0,0877 kvm. torpaq sahəsindən 0,03 ha torpaq sahəsini ona ünvan 3 notariat ofisində xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə ona satmışdır. O aldığı 0,03 ha torpaq sahəsinə xx.xx.2023-cü il tarixdə çıxarış almışdır. Çıxarışda ona məxsus torpaq sahəsinin ünvanı ünvan 4 qeyd olunmuşdur. Alqı-satqı müqaviləsi bağlanan zaman cavabdehlə aralarında satılan torpaq sahəsinin bölgü eskizi tərtib edilmişdir. O aldığı 0,03 ha torpaq sahəsinin 4 tərəfi daş hasardır. Lakin cavabdeh onu aldatmış, ona satdığı 0,03 ha torpaq sahəsindən ona 0,02 ha torpaq sahəsi sənədlə və 0,01 ha isə sənədsiz torpaq sahəsi vermişdir. O, bunu bilməmişdir. Lakin o, sonradan Daşınmaz Əmlakın 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdikdən sonra ona məxsus torpaq sahəsinin sənəd üzrə yerləşməsinə dair kordinatları naturada yerində müəyyənləşdirilərək ona göstərilmişdir. Hal-hazırda o, torpaq sahəsinin uzunluğu 26,5 metr hissəsində daş hasarı söküb öz torpaq sahəsinin sərhədində yeni daş hasar çəkmək istəyir. Cavabdeh sənədlə ona məxsus 100 kv.m torpaq sahəsini zəbt edərək ona verməkdən imtina edir. Cavabdeh daş hasarın çəkilməsinə maeəçilik törədir. Cavabdehin maneəsi əsassızdır, belə bir əsassız maneə onun istifadə, sahiblik və mülkiyyət hüquqlarını məhdudlaşdırır və o sərbəst surətdə aldığı torpaq sahəsindən istifadə edə bilmir, hesab edir ki, belə bir süni maneə aradan qaldırılmalıdır. Belə olan halda o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə edərək, ekspertizanın rəyi ilə razı olduğunu bildirmiş və ekspert rəyi uyğun olaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. eyni zamanda hazırda X4 həmin ünvanda yaşamadığını, yerdə qalan torpaq sahəsinin qalan hissəsini isə Vaqif adlı şəxsə satmış və bundan sonra həmin ünvandan köçmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmənin cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə dair təklifini qəbul etməyərək, bildirmişdir ki, ona torpaq sahəsini X1 olduğunu, ona cavab verməli şəxsində X7 olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, cavabdeh həmin torpaq sahələrini digər şəxslərə satdığını, halhazırda həmin torpaq sahəsindən istifadə etmədiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvan: Rauf Hacıyev küçəsi, ev 306, ev 2 Q. Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Rauf Hacıyev küçəsi, 306 ünvanında yerləşən ümumi sahəsi 0.0877 kv.m olan torpaq sahəsinin 0.03 ha olan hissəni İddiaçı 31.000 manata satmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********34 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Rauf Hacıyev küçəsi, 304 saylı sahə ünvanında yerləşən 0.03 ha olan torpaq sahəsi xx.xx.2023-cü il tarixdən İddiaçı mülkiyyətindədir. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvan: Rauf Hacıyev küçəsi, ev 306, ev 2 Q. Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Rauf Hacıyev küçəsi, 306 ünvanında yerləşən ümumi sahəsi 127.9 kv.m olan 4 oltaqlı fərdi yaşayış evini və ümumi sahəsi 0.0577 kv.m olan torpaq sahəsinin X10 120000 manata satmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2025-ci il tarixli, 310/1568 nömrəli ekspertiza rəyindən görünür ki, alqı-satqı müqaviləsi nəticəsində ayrılan torpaq sahəsində hasarlama işləri düzgün aparılmadığı müəyyən edilmişdir. Belə ki, ayrılan hissənin bir hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı koordinatları əks etdirən izahlı baş plan rəyə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan **********38- 10301 reyestr nömrəli daşınmaz əmlak ilə **********34 reyestr nömrəli daşınmaz əmlak qonşu mövqedə olduğu müəyyən edilmişdir. Sahələr bölgü eskizi ilə ayrılmışdırlar, lakin **********34 reyestr nömrəli torpaq sahəsinin sənədlə ərazisi ilə faktiki ərazi arasında sürüşmə mövcud olduğu müəyyən edilmişdir. Bu səbədən faktiki ərazinin təqribən yarı hissəsi **********39 reyestr nömrəli (sahə 0.0323 ha olaraq X6 xüsusi mülkiyyətindədir) daşınmaz əmlakla üst-üstə düşdüyü müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı izahlı ortofoto görüntüsü rəyə əlavə olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat hsablanmışıdr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məlum olur ki, ünvan 1 ünvan: Rauf Hacıyev küçəsi, ev 306, ev 2 Q. Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Rauf Hacıyev küçəsi, 306 ünvanında yerləşən ümumi sahəsi 0.0877 kv.m olan torpaq sahəsi cavabdeh X5 mülkiyyətində olmuşdur. X3 mülkiyyətində olmuş torpaq sahəsinin 0.03 ha olan hissəsini xx.xx.2022-ci il tarixdə İddiaçı oğluna, 0.0577 ha olan hissəsini və onun üzərində yerləşən fərdi yaşayış evini xx.xx.2024-cü il tarixdə X2. Hazırda iddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehin ona satmış olduğu torpaq sahəsi faktiki olaraq ona verilmiş torpaq sahəsinin ölçülər doğru olmadığını, hasara alınmış torpaq sahəsinin 100.kv.m olan hissəsinin əksik olduğunu bildirmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyindən də görünür ki, hazırda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsindan əksikdir. Lakin işin hallarından görünür ki, artıq cavabdeh öz mülkiyyətində olan yerdə qalan torpaq sahəsinidə Vaqif adlı şəxsə satmışır. Belə olan halda məhkəmə iddia tələbinin doğru cavabdehə yönəlmədiyini iddiaçıya izah edərək cavabdehin əsl cavabdehlər ilə əvəz edilməsini təklif etmiş, lakin iddiaçı cavabdehin əsl cavabdehlər ilə əvəz edilməsindən imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi yönəlmiş olduğu cavabdeh iddia tələbinə cavab verməli şəxs olmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflər məhkəmə məsrəflərinə daxildir. İddia tələbi təmin edilmədiyindən çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə maneənin aradan qaldırılması” tələbinə dair iddia tələbi təmin edilməsin. 100 (yüz) manat ekspert xərci iddiaçı Ağamalıyev Balaqada. Niftulla oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-259/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-259/2025
29.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver