Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2651/2023 19.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 3315 (üç min üç yüz on beş) manat dəyərində avtomobilə dəyən maddi zərərin əvəzini və 53 manat dövlət rüsumunun cavabdehdən alınaraq mənim xeyrimə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, **-XT-*** dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomaşın onun həyat yoldaşı X3 məxsusdur. Həmin “Hyundai Sonata” markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobili etbarnamə əsasında idarə edir. Özünün “BC” kateqoriyalı sürücülük vəsiqəsi var və həmin avtomobili onun əsasında idarə edir. xx.xx.2023-cü il tarixində saat 08:00 radələrində ona məxsus olan “Hyundai Sonata” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə məktəbin yanındakı yol ilə hərəkətdə olan zaman Cavabdeh1 idarə etdiyi “DAEWOO BS090” markalı **-TG-*** dövlət nömrə nişanlı avtobusu idarə edən zaman ara məsafəsi saxlama qaydasını kobudcasına pozaraq avtobusu düz üstünə sürmüş, nəticədə Cavabdeh1 inzibati xətanı törətməyi nəticəsində onun idarə etdiyi “Hunday Sonata” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa və ön tərəfdən əzilərək yararsız hala düşmüşdür. Həmin toqquşma nəticəsində avtomobilinə öndən və arxadan xeyli maddi ziyan dəymişdir. Həmin zaman yol-nəqliyyat hadisəsini törətmiş şəxs Cavabdeh1 istifadəsində olan “DAEWOO BS090” markalı **-TG-*** dövlət nömrə nişanlı avtobusu idarə edən zaman, Cavabdeh1 ara məsafəsi saxlama qaydasının tələblərini kobudcasına pozaraq avtobusu diqqətsiz idarə edərək vaxtında saxlamamışdır, Cavabdeh1 inzibati xətanı törətməyi nəticəsində “Hyundai Sonata” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil ön və arxa tərəfdən əzilərək yararsız hala düşmüşdür. Hadisə zamanı ona xəsarət dəyməsə də, avtomobilinə 3315 (üç min üç yüz on beş) manat maddi ziyan dəymişdir. “DAEWOO BS090” markalı, **-TG-*** dövlət nömrə nişanlı avtobusu həmin zaman Cavabdeh1 idarə edirdi. Yol Nəqliyyat hadisəsi zamanı DYP əməkdaşları hadisə yerinə gəldilər və hadisə ilə bağlı avtomobillərə baxıldı və nəticədə Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqda İXP ******* saylı protokol və xx.xx.2023-cü il tarixində həmin protokol əsasında TP ******* saylı qərar tərtib olunmuşdur. Göstərilən yol nəqliyyat hadisəsi “DAEWOO BS090” markalı **-TG-*** dövlət nömrə avtomaşını idarə edən Cavabdeh1 AR İXM-nın müvafiq maddəsində nəzərdə tutulan yol hərəkət təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Yol hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh1 təqsiri DYP-nin əməkdaşları tərəfindən tanınmışdır. Hadisədən sonra Cavabdeh1 idarə etdiyi “DAEWOO BS090” markalı **-TG-*** dövlət nömrə avtobusun sığorta müqaviləsi olmadığını YPX-nin əməkdaşları ona bildirdi. Bu səbəbdən də avtomobilinə dəymiş olan ziyanı Sığorta şirkətindən ala bilməmişdir. Həmin avtobus Cavabdeh2 MMC-ə məxsusdur. Cavabdeh2 MMC sürücü olan digər Cavabdeh1 idarə etdiyi “DAEWOO BS090” markalı **-TG-*** dövlət nömrə nişanlı avtobusun icbari sığortasının olmadığını bildirdi. Sonra ona bildirdi ki, dəymiş ziyanı özü ödəyəcək. Lakin həmin 3315 manatı maddi ziyanı o cavabdehdən tələb edəndə cavabdeh telefonlarına cavab verməməyə başladı. Cavabdeh öz əlyazması ilə yazdığı ərizədə onun avtomobilinə ziyan vurduğunu, həmin zaman sığortası olmadığını və ziyanı özü ödəyəcəyini ərizəsində bildirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin bu cür məsuliyyətsiz hərəkətləri nəticəsində ona mənəvi ziyan vurmuşdur. Bu günə qədər o piyada qalmış, taksilərə küllü miqdarda pul xərləmiş, bu gündən sonra da küllü miqdarda pul xərcləməlidir. Azərbaycan Respublikası MM-in 1097-ci maddəsinə əsasən, cavabdeh əmlakına vurduğu ziyanın əvəzini tam şəkildə ödəməyə borcludur. Yol-nəqliyyat hadisəsi nəticəsində əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə dəfələrlə tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin bu cür hərəkətləri nəticəsində o ağır sarsıntı və iztirab keçirir. Əgər Cavabdeh2 MMC mülkiyyətində olan “DAEWOO BS090” markalı **- TG-*** dövlət nömrə nişanlı avtobusu icbari sığorta etdirmiş olsaydı, onun avtomobilinə dəymiş ziyanı sığorta şirkəti ödəyəcəkdi. Lakin cavabdeh avtobusu icbari sığorta etdirmədiyi üçün, hazırda avtomobilinə dəymiş ziyanı sığortadan ala bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, sürücü olduğunu, gün üçün 15-20 manat qazandığını bildirmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Əlihseyn oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 3315 manat dəyərində avtomobilə dəyən maddi zərərin əvəzini və 53 manat dövlət rüsumunun alınması barədə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə iddia ərizəsi verərək qətnamə çıxarılmasım xahiş etmişdir. Ona qarşı qaldırılan iddiaya etiraz edərək İddiaçı ona qarşı verilən iddianı tamamilə əsassız hesab edir. xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində idarə etdiyi Cavabdeh2 MMC-yə məxsus “DAEWOBS090” **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusla tıxacda olan zaman əyləc sistemi işləməmiş qarşıda daynanan ‘Hunday Sonata” markalı ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə toxunmuşdur. Nəticədə avtomobilin arxa stoplarının şüşələri sınmış və qabaq sağ tərəf işıqları sınmış və kapot əzilmişdir. Foto şəkildə göründüyü kimi avtomobilin arxa buferinə heç nə olmamış orada olan rəngin tökülməsi hadisədən qabaq olmuşdur. Hadisə zamanı Sabunçu rayon DYP-nin əməkdaşları gəlmiş və məlum olmuşdur ki, onun idarə etdiyi Cavabdeh2 MMC-yə məxsus “DAEWOBS090” **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus şirkət tərəfindən nə texniki baxış nə də ki, sığortası olunmamışdır. Səhər xətdə çıxarkən bununla bağlı şirkət tərəfindən ona məlumat verilməmişdir. Hadisədən sonra o iddaçı İddiaçı Əlihseyn oğlu ilə qeyd olunan avtomobili Şuşa şəhərciyində yerləşən avtoservisə aparılmışdır. Həmin avtoservisdə “Hunday Sonata” markalı ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəmirçi rəngləmə işi üçün 650 (altı yüz əlli) manat məbləğində dəymiş ziyan hesablanmışdır. İşıqların yeni alınması üçün 280 (iki səksən) manat ümumilikdə 930 (doqquz yiiz otuz) manat dəymiş ziyan hesablanmışdır. xx.xx.2023-cü il tarixdə həmin avtoservisdə dəmirçi işləyən Elçin adlı ustaya avtomobilin dəmir işinin görülməsi üçün tərəfindən ona 250 (iki yüz əlli) manat zəhmət haqqı verilmişdir. Göründüyü kimi iddia ərizəsində iddiaçı tərəfindən “Hyunadi Snata” Sonata” markalı ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, maddi ziyan şişirdilmişdir. Cavabdeh2 MMC-yə məxsus avtobuslarda texliki baxışı və sığortası olmadığına görə o həmin şirkətdə fəaliyyətini dayandırmışdır. Hal-hazırda da İddiaçı Əlihseyn oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən 3315 manat dəyərində avtomobilə dəyən maddi zərərin əvəzini və 53 manat dövlət rüsumunun alınması barədə əsassız iddia tələbləri irəli sürür. İddiaçı Əlihseyn oğlu cavabdehlər Cavabdeh1 oğ una və Cavabdeh2 MMC-dən 3315 manat dəyərində avtomobilə dəyən maddi zərərin əvəzini və 53 manat dövlət rüsumunun alınması barədə ona aid olan hissədə iddia tələblini təmin edilməməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında dəymiş zərərin hesablnamasına dair aktın surətindən görünür ki, “Hyundai Sonata” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə 3315 manat ziyan dəymişdir. - İddiaçı Əlihseyn oğlunun Cavabdeh1 iddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, iddiaçı zərəvurandan Cavabdeh1 “Hyundai Sonata” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3315 manat məbləğində ziyanın ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - AC 864747 nömrəli Azərbaycan Respublikası Nəqliyyat Vaistəsinin Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Hyundai Sonata markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 olmuşdur. - ƏN İV 087820 nömrəli xx.xx.2017-ci il tarixli etibarnaməmim surətindən görünür ki, Hyundai Sonata markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 Sahil Əlihüseyn oğluna xx.xx.2024-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. - X7 haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli Qərarın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksperizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4184 nömrəli rəyindən görünür ki, “Avangard” avto servis mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktındakı məlmatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Hyundai Santafe” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 1985 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat olmuşdur. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 53 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus avtomobilə Cavabdeh1 istifadəsində olan avtomobil vasitəsi ilə Cavabdeh1 təqsirli hərəkətləri səbəbində maddi ziyan dəymiş, Cavabdeh1 barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyan yalnız Cavabdeh1 tutularaq iddiaçıya ödənməlidir. Məhkəmə iddiaçıya dəymiş ziyanın məbləğinə münasibət bildirərək qeyd edir ki, iddiaçı ona 3315 (üç min üç yüz on beş) manat məbləğində ziyan dəymiş olduğunu qeyd etsə də, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyindən görünür ki, avtomobilin sahibinə dəymiş ziyanın məbləği 1985 manat hesablandığından iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan əlavə Cavabdeh2 MMC-dən dəymiş ziyanın tutulması hissəsində məhkəmə hesab edir ki, zərərvuran X2, iddiaçının dəymiş zərərin əvəzini Cavabdeh2 MMC-dən tələb etməsi qanunun tələblərinə uyğun olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 53 manat məbləğində dövlət rüsumunun 39.85 (otuz doqquz manat, səksən beş qəpik) manat hissəsi Cavabdeh1 alınıb iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh1 aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh1 1985 (bir min doqquz yüz səksən beş) manat pul və 39.85 (otuz doqquz manat, səksən beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2651/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2651/2023
19.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver