Məhkəmə qərarları › İş №2(008)-2656/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2656/2025

13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2656/2025 13.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun adında olan 4050 azn bank kreditləri, ona olan 5400 azn pulun ümumilikdə cəmi 9450 azn pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi haqqında və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci ildə Cavabdeh (iş yoldaşım) ailə üzvlərinin cərrahiyyə əməliyyatının olması ilə əlaqədar onun evinə yaxın olan ərazidə qonşusunun işlədiyi kapital bankdan 6792 azn pul götürərək həmən bankda video müşahidə aparılan gözləmə zalında Cavabdeh təqdim etmişdir. Bu hadisədən 3 ay keçdiqdən sonra ailə üzvlərinin birinin yenidən təkrar əməliyyat olması üçün ona kömək etməyi ondan xahiş edir. O, əvvəlcə imtina etdi sonra Aviaşirkətdən kömək istəmək məqsədi ilə “German Hospital” tərəfindən təqdim edilən sənədi gördükdən sonra onun səmimiliyinə inandm, kreditin ödənilməsi Cavabdeh tərəfindən özü öz əlindən borc müqaviləsini növbədə iş yerində ona təcili pul lazım olduğu üçün öz sözləri, öz xətti ilə pulun və kreditin vaxtında ödənilməsini öz imzası ilə təsdiq etdi. İşlədiyi dövrdə ondan öz təsarufatında bəzi problemlər olduğunu deyərək müxtəlif vaxtlarda borc pul alaraq sözlə maaşda qaytaracaq vədi vermişdir bu məbləğ hesabladıqda 1400 azn təşkil edir. xx.xx.2022 ci il tarixində xalq bankdan 3500 azn pul götürərək həmən bankın ərazisində ona təqdim etmişdir. Oda bunun əvəzinə ona maaş kartını və kartın şifrəsini verir və şifahi olaraq pulu çıxardıb kreditin ödənilməsi kartdan onun icazəsindən sonra etməyimi xahiş edir. Bundan sonra bəzi dərmanların alınması üçün bu dəfə öz tanışının “finca” qeyri-bank kredit təşkilatından pul götürməsini və ondan onun tanışına Bərxudarov Natiqə zamin durmaq üçün xahiş edir. xx.xx.2022 -ci ildə Finca qeyri-bank kredit təşkilatına yaxınlaşıb onun tanışına zamin durmuşdur. Bu kreditin ödənilməsi Cavabdeh tərəfindən özu öz əlindən vaxtı vaxtında kreditin haqlanması ilə əlaqədar öhdəlik götürüb və yazılı sürətdə öz imzası ilə təsdiq ediyi sənədə, bu zaminlik məsələsinidə öz xətti ilə özü əlavə edir. Hall hazırda 1400 və kreditin bəzi hallarda onun tərəfindən ödənilməsi ilə birlikdə ona borcu 5400 azn, banka isə 4050 azn borcu var. Sonradan ona bəlli olur ki, Cavabdeh maaş kartından hansısa banka borcu olduğundan məhkəmə qaydasında onun maaş kartından pul çıxılır. Kreditin vaxtı vaxtında ödəmədiyi və banklarda gecikmə olduğu üçün bu məsələ onun ailə üzvlərinə məlum olur atası və anası onun iş yerinə gələrək bir başa onun rəhbər heyyətinə müraciyyət ederək məsələni yaxından tamış olmaq istəmişlər. Cavabdeh rəhbər heyətin qarşısında bu məsləni tez bir zamanda həll etməsini söz verir və bu hadisədən sonra bir iki ay krediti ödəyir və sonra daha ödəmir. O da Cavabdeh bu cür məhsuliyyətsiz davranışını görüb onun pulu vaxtında ödəməsə hüquq mühafizə orqanlarına müraciyyət edəcəyi haqında ona xəbərdarlıq edib və iş zamanı xidməti zəruriyyətə görə istifadə etdiyi telefon səs yazma programının onun sesinin yazılmasını məlumat vermişdir. O da ona sənində səsivi yazıram onu hara istəyirsən ver onun adamım var deyib. Sonra işdə ona məlum olur ki, ondan başqa üç nəfərdən pul alıb və bir işçini başqa xidmətdə işə düzəldilməsinə söz verir. O, bu məlumatı bildikdən sonra 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş sonra isə xətai rayonu 34 sayli polis bölməsinə çağırılıb orda şikayət ərizəsi yazmış və Mehərrəmov Elçində ondan sonra ora çağırılır və izahatı alınır. Sonra Polis bölməsində Polis mayoru tərəfindən ona onun verdiyi ifadəyə görə çətinliyi olduğu uçün kreditin vaxtı kecikdirdiyini deyir və ona olduğu borcunu isə hissə hissə ödəməsini üçün möhlət isteyib. Bundan sonra krediti bir - iki ay ödədikdən sonra məhsuliyyətsizlik edərək krediti vaxtı vaxtında ödəmir yuxarda adı çəkilən bankda çalışan işçilərə krediti Cavabdeh tərəfindən ödənildiyi haqqında banka məlumat verdikdən sonra bir müddət bank işçiləri kreditin kecikdiyi halda ondan kecikmə haqqinda maraqlanırdılar oda öz növbəsində bir az problemlərim var tezliklə ödəyəcəyini bank işçilərinə məlumat verib. Sonra kapital bankla əlaqə saxlayıb krediti ödəyə bilmədiyi haqda məlumat verib və xahiş edib ki, krediti güzəştli şərtlərlə deyişdirilsin və ona bu haqda məlumat verir, xahiş edir ki banka yaxınlaşım kredit müqaviləsini deyişdirim. Cavabdeh əvvəllər verdiyi vədini yerinə yetirməyərək, onun pulunu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, o cavabdehə 6750, 3400 və 1400 manat məbləğində borca pul vermişdir. Cavabdeh ona verilən puldan təxminən 4000 manat məbləğində ödəniş etmişdir. Lakin cavabdeh onun götürmüş olduğu kreditin faizlərinidə ödəməli olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün heüsab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh tərəfindən yazılmış iltizamdan surətindən görünür ki, o Cavabdeh İddiaçı müəyyən tarixlərdə "xxxx" ASC-dən 6000 manat, "xxxx" ASC-dən 3400 manat, əlbəəl 1400 manat pul vəsaiti götürmüşdür. Bankların aylıq ödənişləri Cavabdeh özü ödəyəcəyini bildirmişdir. Bundan başqa 2022-ci ilin dekabr ayının son günü borcu bağlayacaqdır. Hər ayın 10 kimi maaş kartından kreditlər ödəniləcək. Finca bank götürülən 6000 manat borc xx.xx.2022-ci il tarixədək bağlanacaqdır. xx.xx.2022-ci il tarixli GTZK5744779A299 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC-dən 35 ay müddətinə 19% ilə 6792 manat kreditə pul götürmüşdür. xx.xx.2022-ci il tarixli GTZK5744779A299 nömrəli kredit müqaviləsinə əlavə olunan ödəniş qrafikindən görünür ki, İddiaçı 35 ay müddətinə hər ay 254,26 manat cəmi 8899.10 manat ödəniş etməlidir. DKM/020N05A01709822 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC-dən 36 ay müddətinə 16% ilə 3500 manat kredit vermişdir. DKM/020N05A01709822 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, İddiaçı hər ay 123,05 manat cəmi 4429.82 manat ödəniş etməlidir. xx.xx.2024-cü il tarixli 2024/201/485 nömrəli arayışdan görünür ki, “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2022 cil il tarixli . **********0177 saylı kredit müqaviləsinə əsasən verilən 6000.00 məbləğ üzrə zaminlik öhdəliyi yoxdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı dekabr 2022-ci il-iyul 2024-cü il tarixlərdə aralığında eManat terminal vasitəsilə xx.xx.2022-ci ildə 125 manat, xx.xx.2023-cü ildə 125 manat, xx.xx.2023-cü ildə 125 manat, xx.xx.2023-cü ildə 125 manat, xx.xx.2023-cü ildə 125 manat, xx.xx.2023-cü ildə 125 manat, xx.xx.2023cü ildə 125 manat, xx.xx.2023-cü ildə 125 manat xx.xx.2023-cü ildə 123 manat, xx.xx.2023-cü ildə 110 manat, xx.xx.2023-cü ildə 3 manat, xx.xx.2023-cü ildə 125 manat, xx.xx.2024-cü ildə 130 manat, xx.xx.2024-cü ildə 125 manat, xx.xx.2024-cü ildə 130 manat, xx.xx.2024-cü ildə 105 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli, xx.xx.2025-ci il tarixli ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən 230 manat dövlət rüsumu ödənilmişdir. İş matriallarında olan diskdə iddiaçı ilə cavabdeh arasında olan səs yazılarından görünür ki, cavabdeh ilə iddiaçı arasında borcla bağlı ödənişlərin olub-olmaması ilə bağlı danışığlar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılmış ilizamdan da görünürki, Cavabdeh İddiaçı Kabital Bank ASC-dən götürmüş olduğu kreditdən 6000 manat, Xalq bank ASC-dən götürmüş olduğu kreditdən 3400 manat və əlbə-əl isə 1400 manat məbləğində cəmi 10800 manat məbləğində borc almışdır. İddiaçının məhkəmədə vermiş olduğu izahatından görünür ki, cavabdeh ona olan borcundan 4000 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehə Kabital Bank ASC-dən götürmüş olduğu kreditdən 6750 manatının cavabdehə borca vermiş olduğunu bildirəsədə, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı cavabdehin onun tərəfindən banklardan götürülmüş pulun faizi ilə birlikdə qaytarmalı olduğunu bildirsədə, bunu hansı əsasla tələb etməsini və iş matriallarında tərəflər arasında buna dair hər hansı bir müqavilə öhdəliyinin olması müəyyən edilməmişdir. Beləki cavabdeh tərəfindən yazılmış iltizamda iddiaçı tərəfindən Kabital Bank ASC-dən və Xalq BankASC-dən götürülmüş kreditlərin aylıq ödənişinin cavabdeh ödəyəcəyi göstərilsədə, sözügedən götürülmüş kredit məbləğinə münasibətdə faiz məbləğinində ödənilməsi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6800 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bundan sonra məhkəmə tərəindən müəyyən edilirki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. İşin hallarından görünür ki, iddia tələbi ümumilikdə 3450 manat pulun tutulması olduğu halda iddiaçı həmin məbləğə münasibətdə 114.50 manat məbləğindədövlət rüsumju ödəməliolduğu halda 230 manat məbləğindədövlət rüsumu ödədiyindən artıq ödənilmiş hissə iddidaçıya geri qaytarılmalıdır. Bundan başqa iddia tələbi qismən təmin edildiyindən iddiaçıtərəfindən iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlətrüsumunun 88 manat olan hissəsi cavabdehdən iddiaçının xeyrinə tutlmalıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6800 (altı min səkkiz yüz) manat pul vəsaiti və 88 (səksən səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən İddiaçı tərəfindən ödənilmiş 115 (bir yüz on beş) manat məbləğində dövlət rüsumu büdcədən İddiaçı geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar