Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2657/2025 13.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan borc alıb qaytarmadığı üçün maddi zərərə görə 10400 (on min dörd yüz) manat məbləğində pulun və dövlət rüsumu kimi 128 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı illərdir sökülən bina və ya tikinti obyeklərindən çıxarılan məhsullar və malların satışını həyata keçirtmiş, bu sahədə işi ilə əlaqədar 2014-cü ildən Xanım adlı şəxsi tanımışdır. 2024-cü ilin əvvəllərində Xanım adlı şəxs onu 28 May metrostansiyası yaxınlığına dəvət edərək, borc pula ehtiyacının olduğunu deyərək, 2000 (iki min) manat pul istəmişdir. İddiaçı onunla razılaşdıqdan sonra Leyla adlı şəxs ilə əlaqə saxlamış sonuncu ona Xanım adlı şəxsə borc verməyi məsləhət görməmişdir. Daha sonra Leyla pulu Xalidə verəcəyini və ondan da geri istəyəcəyini bildirmişdir. İddiaçı 2024-cü ilin fevral ayında Leyla adlı tanışından 2000 manat pul götürərək, Xanıma Nəsimi rayonu, Xətai prospekti yaxınlığında olan ofisində vermişdir. Xanım ona hər ay pulu hissə-hissə qaytaracağını və ümumilikdə bir neçə ay ərzində borcunu tam bağlayacağını bildirmişdir. 2024-cü ilin mart ayında Xanım soununcu ilə əlaqə saxlayaraq sıxıntılarının olduğunu, anasının əməliyyat olunacağını deyərək, yenidən 2000 manat borc istəmişdir. İddiaçı həmin pulu Leyla adlı tanışından xahiş etmiş və Leyla pulu onun kart hesabına göndərmişdir. Həmin pulu 28 May metrostansiyası yaxılığında çıxararaq Cavabdeh gətirib vermişdir. Xanım ona bir neçə ay ərzində hər ay 200 manat və bəzən isə 400 manat pul vermişdir. Həmin pulu isə Leyla adlı tanışın lombardına, yəni faizə vermişdir. İbrahimov Xaild, Cavabdeh pul verən zaman o, pulu lombarddan götürdüyünü və üzərinə faiz borcları gələcəyini demişdir. 2024-cü ilin aprel ayında Xanım, Xaliddən yenidən ehtiyac və sıxıntıları olduğunu deyərək 2000 manat borc pul istəmişdir. Sonuncu isə xx.xx.2024-cü il tarixdə Cavabdeh onun ofisinin qarşısında Nəsimi rayonu, Xətai prospektində 2000 manat pul vermişdir. Xanım isə hər ay ümumilikdə 6000 (altı min) borcun faizlərini ödəyəcəyini və bir neçə ay ərzində borcunu tam geri qaytaracağını bildirmişdir. Cavabdeh indiyədək müxtəlif aylarda ümumilikdə 1200 manat pul ödəmişdir. İddiaçı həmin pulu Leyla adlı tanışına vermişdir. Sonradan cavadeh ona borcunu geri qaytarmadıqda faiz borclarını hazırda iddiaçı Xalid İsmayılov vermişdir. İddiaçının cavabdehə borc kimi verdiyi 6000 (altı min) manat borc faizləri ilə birlikdə 10400 (on min dörd yüz) manat olmuşdur. Cavabdeh pulu qaytarmağına dair vəd versə də, qaytarmamışdır. Bu barədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət etmişdir. Dəfələrlə pulun qaytarılmasını ondan tələb etsə də, heç bir müsbət nəticə olmamışdır. Telefon zənglərinə cavab verməmiş, pulu qaytarılmasından boyun qaçırtmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qismən qəbul etdiyini və iddiaçıya 6000 manat borcu olduğunu bildirdi. 12 mart 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, cavabdehi bir neçə ildir ki tanıdığını, pula ehtiyyacı olduğu üçün ondan borc istədiyini, o da özündə olmadığından Leyla adlı şəxsdən 2.000 manat borc götürüb cavabdehə verdiyini, Leyla adlı şəxs lombard işlətdiyini, cavabdeh də faizlə ödəməyi qəbul etdiyini, video çəkiliş etməyi təklif etsə də, cavabdehin qəbul etmədiyini, bundan 1 ay sonra yenə də Leyla adlı şəxsdən 2.000 manat götürərək Xanıma borc verdiyini, üzərindən bir müddət keçəndən sonra təkrar 2.000 manat borc pul verdiyini, cavabdehin arabir ödəniş etdiyini, bununla da onun etibarını qazandığını, cavabdehin ümumilikdə 1.200 manat ödəniş etdiyini, sonradan cavabdehin borcu ödəmədiyini və onun adına faiz gəldiyini görəndən sonra 12.600 manatı ödədiyini, cavabdehin də, ailəsinin də gəlirinin yaxşı olduğunu, borcu ödəmədiyini görəndən sonra Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə şikayət etdiyini, Polis idarəsində 3.000 manat pul verdiyini bildirsə də, ona o qədər pul ödəmədiyini, qalan pulu isə hissə-hissə ödəyəcəyini bildirmişdir. 12 mart 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçı ilə birgə satış etdiklərini, bir müddət sonra satışlarda problem yarandığı üçün borc pula ehtiyyacı olduğunu, iddiaçıdan ümumi 6.000 manat borc pul aldığını, ilk dəfə 2.000 manat borc pul verəndən sonra sonra iki dəfə də cavabdehdən 2.000 manat borc pul götürdüyünü bildirmişdir. 10 aprel 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qismən qəbul etmədiyini, iddiaçıya 6000 manat borcu qaldığını və iddiaçı ilə aralarında şifahi qaydada razılşadıqlarını bildirmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı polis leytenantı X2 tərəfindən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin rədd edilməsi və ona mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilməsi barədə xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir. - Təhqiqat zamanı vətəndaş Cavabdeh İddiaçı müraciəti əsasında toplanmış materialla tanış olduqdan sonra vermiş olduğu izahatında həmin şəxsi Kamran kimi tanıdığını, 2024-cü ilin əvvəlində Xalid adlı şəxsdən 2000 manat borca pul götürdüyünü və hər ay geri qaytaracağına dair razılığa gəldiklərini bildirmişdir. Cavabdeh daha sonra martaprel aylarında Xalid adlı şəxsdən yenidən 4000 manat borca pul götürmüşdür. Cavabdeh 2024-cü il ərzində Xalidə müxtəlif məbləğlərdə yəni, 200, 400, 600 manat şəklində müxtəlif aylarda pulu geri qaytarmışdır. Lakin Xalid həmin pulu onun borcundan silməmiş və lombarda faiz borcları olduğunu demişdir. O, Xalidə təxminən 3000 (üç min) manat civarı pul qaytarsa belə onun borcundan silinməmişdir. Ən son Cavabdeh borcunun faizlərlə birlikdə 10400 (on min dörd yüz) manat olduğunu demişdir. Cavabdeh izahatında halhazırda o, məbləği Xalidə geri qaytarmağa maddi imkanının olmadığını və hər ay müxtəlif məbləğlərdə pulu qaytaracağını bildirmişdir. Xalid adlı şəxsə 6000 (altı min) manat pul qaytarmaq niyyətində olduğunu və onu hər ay kiçik məbləğlərdə qaytara biləcəyini qeyd etmişdir. Məhkəmə araşdırması nəticəsində tərəflər arasında borc (pul) münasibətlərinin olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 6000 manat borca pul vermişdir. İddiaçı cavabdehə borca pul verdiyi vaxt lombardan götürdüyünü və faiz borclarının da üstunə gələcəyini bildirmiş və hal-hazırda da 10400 (on min dörd yüz) manat pulun geri qaytarılmasını tələb edir. İddiaçı, cavabdehin pulun geri qaytarmadığını görüb, onu rəsmi qaydada Nəsimi RPİ-nin 22-ci PŞ-nə şikayət ərizəsi ilə müraciət etmiş, təhqiqatçı Oruc Əliyev tərəfindən araşdırma başlanılmış, həmin araşdırma zamanı cavabdeh izahat verərək, ondan ümumilikdə 6000 manat pul almasını etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında da iddiaçıya 6000 manat borcu qaldığını etiraf etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki, həm iddiaçı həm də cavabdeh etiraf edir ki, üç dəfə 2000 manat olmaqla ümumilikdə 6000 manat cavabdehə borc pul verilmiş, həmçinin həmin məbləğdən 200, 400, ümumilikdə 1200 manat Cavabdeh tərəfindən qaytarılması qeyd olunsa da, məhkəmə iclasında cavabdeh hazırda 6000 manat borcunun olduğunu etiraf etmişdir. İddia tələbinin qismən təmin olunması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının Leyla adlı şəxsdən 6000 manat pul məbləğini götürüb hazırki cavabdehə verməsi, həmin məbləğin lombarddan götürülmüş pul məbləğinə hesablanmış faiz borcla bağlı İddiaçı özü məsuliyyət daşıdığından, bununla bağlı Cavabdeh ilə hər hansı bir razılaşma saziş olmadığından, cavabdehin aldığı borcu faizi ilə birlikdə qaytaracağı barədə öhdəlik götürməsi və pulu hansı faiz nisbətində qaytaracağına dair razılaşma öz təstiqini tapmır. Belə ki, İddiaçı lombardan pulun götürülməsi ilə bağlı məhkəmə təkrarən qeyd edir ki, bu hal iddiaçı ilə lombard təşkilatı arasında olan mübahisə olduğundan hazırki cavabdehlə hər hansı bağlılığı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 6000 manat pul tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 128 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 80 (səksən) manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində borc və 80 (səksən) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-2657/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2657/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver